İmişli rayonunda bədbəxt hadisə baş verib.
Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə rayon ərazisindən keçən su kanalında qeydə alınıb.
Belə ki, İmişli şəhər sakini, 1943-ci il təvəllüdlü Məstan Vəliyeva evlərinin yaxınlığından keçən su kanalına düşərək boğulub.
Onun meyiti batdığı yerin yaxınlığında tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media