Çingiz Mehdiyev həbs edilmədi - Əmlakları da özündə qalacaq

2015-2020-ci illərdə Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib. 

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, təqsirləndirilən şəxs 3 il sınaq müddəti olmaqla 8 il müddətinə şərti azadlıqdan məhkum etmə cəzasına məhkum edilib.
 

Xatırladaq ki, Çingiz Mehdiyevin dəymiş ziyanı tam ödəyib. Ötən prosesdə dövlət ittihamçısı çıxış edərək Çingiz Mehdiyevin ziyanı ödəməsinin də nəzərə alınmasını və ona 3 il sınaq müddəti seçilməklə şərti cəza verilməsini təklif edib. Lakin ziyan tam ödənilməmişdən öncə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 10 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini istəmişdi. 


Qeyd edək ki, Ç.Mehdiyev külli miqdarda dövlət vəsaitini mənimsəməkdə və həmin pulları qanunsuz leqallaşdırmaqda ittiham edilir. Cinayətin üstü Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində açılıb.  

İttihama görə, Ç. Mehdiyev, Formula 1 yarışları ərəfəsində marşallar üçün geyim, ləvazimat, yağçəkən parçalar və digər əşyaları sifariş verərkən malların qiymətini süni şəkildə artırıb. Dövlət büdcəsindən ayrılmış pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb.  

Qiymət şişirtməsi nəticəsində əldə edilmiş pullar isə qəsdən mənimsənilib. Həmçinin o, özünə etibar edilmiş külli miqdarda vəsaiti talamaq niyyəti ilə ofşor zonada - Seyşel adalarında cinayətdən xəbərsiz anasının adına yaratdığı şirkəti Formula 1 yarışlarının keçirilməsi üçün ixtisaslaşmış təşkilat kimi təqdim edərək müqavilə bağlatdırıb.
 

İstintaqla Ç.Mehdiyevin ümumilikdə 397 min 852 min manat dövlət vəsaitini mənimsədiyi üzə çıxıb.


Bundan əlavə o, əldə etdiyi pulların həqiqi mənbəyini gizlətmək məqsədilə külli miqdarda pul vəsaitlərini xarici banklara köçürərək leqallaşdırıb.

Qeyd olunan əməllərə görə, Ç.Mehdiyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 12.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü ( vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Həmçinin 1 milyon manata yaxın qiymətləndirilən əmlakları üzərinə həbs qoyulub.

İstintaq dövründə Ç.Mehdiyev 100 min manatı dövlət büdcəsinə ödəyib. (APA) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qarabağdakı yaşayış sahələri ora köçürülmüş məcburi köçkünlərin mülkiyyətinə veriləcək

Qarabağdakı yaşayış sahələri ora köçürülmüş məcburi köçkünlərin mülkiyyətinə veriləcək

Xoşqədəm formada qalma sirrini bölüşdü – VİDEO

Xoşqədəm formada qalma sirrini bölüşdü – VİDEO

Moped sürənlərin NƏZƏRİNƏ – Yeni rüsumlar MÜƏYYƏN OLUNDU

Moped sürənlərin NƏZƏRİNƏ – Yeni rüsumlar MÜƏYYƏN OLUNDU

“Akkord”un binasında FACİƏ: Gənc oğlan 8-ci mərtəbədən yıxılıb ÖLDÜ

“Akkord”un binasında FACİƏ: Gənc oğlan 8-ci mərtəbədən yıxılıb ÖLDÜ

İnzibati xəta törətmiş şəxsə məcburi psixiatriya yardımı göstəriləcək - RƏSMİ

İnzibati xəta törətmiş şəxsə məcburi psixiatriya yardımı göstəriləcək - RƏSMİ

23 iyulun ulduz falı — Bu gün tələsik qərarlardan uzaq durmaq lazımdır

23 iyulun ulduz falı — Bu gün tələsik qərarlardan uzaq durmaq lazımdır

İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu YARADILACAQ

İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu YARADILACAQ

Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri TƏSDİQLƏDİ

Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri TƏSDİQLƏDİ

Ayı işıq dirəyinə çıxdı, xilasedicilər gəldi – Video

Ayı işıq dirəyinə çıxdı, xilasedicilər gəldi – Video

Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı

Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı

İlhamə Novruzova vəzifəsindən azad edildi

İlhamə Novruzova vəzifəsindən azad edildi

Azərbaycandan Bolqarıstana neft ixracı KƏSKİN ARTDI

Azərbaycandan Bolqarıstana neft ixracı KƏSKİN ARTDI

Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir - Səbəb

Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir - Səbəb

Bakıda böyük həcmdə içməli su küçəyə axır - VİDEO

Bakıda böyük həcmdə içməli su küçəyə axır - VİDEO

Ukrayna münaqişəsini Filippində keçirilən bir görüşlə həll etmək mümkün deyil – VİDEO

Ukrayna münaqişəsini Filippində keçirilən bir görüşlə həll etmək mümkün deyil – VİDEO

Çimərliklərə gedənlərin NƏZƏRİNƏ

Çimərliklərə gedənlərin NƏZƏRİNƏ

“20 Yanvar”dakı kafedən idarə edilən dəstə - Milyonlar mənimsəyib

“20 Yanvar”dakı kafedən idarə edilən dəstə - Milyonlar mənimsəyib

Azərbaycana gələn xarici turistlərin sayında AZALMA

Azərbaycana gələn xarici turistlərin sayında AZALMA

30 yaşlı bloqer estetik əməliyyat zamanı vəfat etdi

30 yaşlı bloqer estetik əməliyyat zamanı vəfat etdi

Karlson Netanyahunun sirrini açdı: “HƏMAS-a vəsait göndərilməsini xahiş edib” - VİDEO

Karlson Netanyahunun sirrini açdı: “HƏMAS-a vəsait göndərilməsini xahiş edib” - VİDEO

Ukrayna taktikanı dəyişdi: Rusiyada yanacaq böhranı qismən zəiflədi

Ukrayna taktikanı dəyişdi: Rusiyada yanacaq böhranı qismən zəiflədi

Rusiya Xerson və Xarkov vilayətlərinə zərbə endirib: Ölən və yaralananlar var

Rusiya Xerson və Xarkov vilayətlərinə zərbə endirib: Ölən və yaralananlar var

Amerikalı iş adamı: Vaşinqton Kiyevə istədiyi qədər yardım edə bilmir - VİDEO

Amerikalı iş adamı: Vaşinqton Kiyevə istədiyi qədər yardım edə bilmir - VİDEO

Yeni avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ: Bu elanlara inanmayın

Yeni avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ: Bu elanlara inanmayın

End of content

No more pages to load

RADİO