“Qlobal səviyyədə səhiyyə böhranı və pandemiyalar müsbət dəyişikli imkanları daraldır”.
Bizim.Media xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev XII Qlobal Bakı Forumu çərçivəsində "Qlobal Səhiyyə Böhranda: Hazırlılıq və Bərabərlikdə Yeni Cəbhələr" adlı paneldə çıxışı zamanı deyib.
O bildirib ki, bu, həm də müxtəlif müəlicə üsulları və peyvəndlərin yaranmasını zəruri edir:
“Səhiyyə sisteminin gələcəyi texnoloji inkişaf və fərdiləşmiş dərman istehsalı istiqamətinə yönələcək. Bizə artıq süni intellekt yoldaşlıq edir. Hətta süni intellekt bəzi xəstəlikləri tamamilə sağaltmağa kömək edə bilər”.
Nazir eyni zamanda süni intellektin qanunvericilikdə əks olunmasının önəmli olduğunu diqqətə çatdırıb.
Bizim.Media