Qusarın Zuxul kəndində, yüksək dağlıq massivində baş verən yanğın ötən gün saat 19 radələrində tam söndürülüb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürən avtomaşını gəlsə də, nəqliyyat vasitəsinin dağlıq meşəlik massivə qalxması mümkünsüz olub.
Bu səbəbdən kənd bələdiyyəsinə məxsus sahədə baş verən yanğın FHN əməkdaşları və kənd camaatıının yardımı ilə, əl əməyi ilə söndürülüb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu