"Valideyn anlamalıdır ki, uşağını belə sıxlıqda oxutmaq ona əzab verməkdən başqa bir şey deyil"

Orta ümumtəhsil məktəblərinin rus bölməsinə marağın artaması geniş müzakirələrə səbəb olub. Moderator.az-ın əməkdaşı bu məqsədlə tanınmış təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyevin fikrini öyrənib.

- Etibar müəllim, Son dövrlər Orta ümumtəhsil məktəblərində valideynlərin rus bölməsinə üstünlük vermələrinin səbəbləri nədən ibarətdir?

- Məncə bu rasional xarakter daşımır. Bəzən deyirlər ki, “İlbəil orta məktəblərin rus bölməsinə qəbul göstəricisi artır”. Bu fikir doğru deyil. Sadəcə, ümumilikdə əhalinin sayında artım olduğundan Azərbaycan bölməsi ilə yanaşı rus bölməsinə də qəbul göstəricisi əvvəlki illərlə müqayisədə təbii olaraq dəyişir. Əslində isə faiz nisbəti sabit qalır. Rus bölməsi üzrə göstərici Bakı şəhərində təxminən 15 faiz ətrafında dəyişir. Paytaxt və paytaxtətrafı əraziləri çıxmaq şərtilə digər yerlərdə isə bu məsələ o qədər də aktual deyil. Bəzi valideynlər rus dilini bilməyən uşağın “qonşudan qalma dala” prinsipi ilə rus bölməsini zorla seçməsi sonra ciddi fəsadlar yaradır. Məktəb dil kursu deyil. Məktəb yalançı modabazlıq məkanı olmamalıdır. Rus dilini ana dili kimi bilməyən uşaq təbii ki, dərs proqramını nəinki mənimsəməyəcək, heç anlaya da bilməyəcək. Oxumağa, öyrənməyə də həvəsdən düşəcək. Dili tam bilməyən uşaq, deyək ki, belə uşaqlar ibtidai sinif mərhələsini birtəhər “oxudu”lar sonra onlar orta və yuxarı siniflərdə böyük çətinliklərlə üzləşirlər. Bu gün birmənalı olaraq söyləmək olar ki, Azərbaycan dilində ümumi orta təhsilin səviyyəsi rus bölməsindən yüksəkdir.

- Bəlkə valideynlər müəllimlərin səviyyəsini əsas götürürlər?

- İnandırıcı deyil. Orta məktəblərdə konkret fənləri tədris edən müəllimlərin böyük əksəriyyəti Azərbaycan bölməsində dərs deyən müəllimlərdir.Bu zərurətdən irəli gəlir. Çünki rus bölməsi üzrə ixtisaslı kadr çatışmamazlığı var. Daha ciddi məsələ ondan ibarətdir ki, rus bölməsi üzrə ibtidai sinif müəllimi vakansiyalarına ya sənəd verən azdır və ya sənəd verənlərin əksəriyyəti zəruri keçid balını toplaya bilmir.

İbtidai siniflərdə rus bölməsi üzrə müəllim çatışmamazlığı ucbatında xüsusən şəhərlərdə (Bakı və Sumqayıt) bəzən 1sinifdə uşaq sayı 40 nəfəri keçir. Valideyn anlamalıdır ki, uşağını belə sıxlıqda oxutmaq ona əzab verməkdən başqa bir şey deyil. Bir dərs vaxtı 45 dəqiqə, uşaq sayı 40-dan çox. Müəllim necə dərs keçsin və uşaq fənni necə qavrasın?! Konkret qiymətləndirmə meyarları və monitorinqlər bunu deməyə əsas verir.

- Bəs son illərin tələbə qəbulunun nəticələri nə deyir?

- Maraqlı sualdır. Bizim müşahidələrimiz göstərir ki, eyni ixtisasa Azərbaycan bölməsi üzrə təxminən 600 balla daxil olan abituriyent, həmin ixtisasın rus bölməsinə 400 balla daxil olur.

Ali məktəblərə qəbul olunan abituriyentlərin ümumi bal göstəricisinə nəzər salaq. Azərbaycan bölməsində yüksək (500-700 arası) bal toplayan abituriyentlərin nisbət faizi dəfələrlə yüksəkdir Aşağı balla ali məktəbin rus bölməsinə daxil olmuş tələbələrin təbii ki, yüksək ixrisaslı kadr kimi yetişməsi də inandırıcı deyil. Məndə olan məlumata görə son illər orta və yuxarı siniflərdə rus bölməsində oxuya bilməyib Azərbaycan bölməsinə keçən uşaqlara da kifayət qədər təsadüf olunur. Həmin uşaqlar Azərbaycan bölməsinə qayıtdıqdan sonra da ciddi uğur qazana bilmirlər. Hansı ki, əvvəldən Azərbaycan bölməsində uğurla oxuya bilərdilər.

- Etibar müəllim, bu məsələlər qanunvericiliklə necə tənzim olunur?

- Azərbaycanda icbari ümumi orta təhsil dövlət dilində təmin olunur. Dövlətin humanist və tolerant siyasəti sayəsində digər dillərdə də icbari təhsilə imkan yaradılır. Amma bəzi valideynlərin bunun həddən ziyadə və lüzumsuz tələb kimi qarşıya qoymaları qeyri-ciddi görünür. Yəni, ailədə azərbaycanca danışılır, uşaq azərbaycan dillidir, ana və ya atanın təkidi ilə onu rus bölməsinə yazdırmaq iddiası ortaya qoyulur. Əvvəllər bu kimi halların qarşısınının alınması üçün səhv etmirəmsə, məktəblərdə uşaqlarin dil qabiliyyəti yoxlanılırdı. Bu məsələdə subyektiv amilləri aradan qaldırmaq üçün müsahibə götürüldü. Müsahibənin yenidən tətbiqinin tərəfdarı deyiləm. Amma bəzi valideynlərin bundan sui-istifadə cəhdi yolverilməzdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Atletiko"nun Simeone ilə bağlı QƏRARI

"Atletiko"nun Simeone ilə bağlı QƏRARI

Bakıda evdən meyit TAPILDI

Bakıda evdən meyit TAPILDI

DİN: 30 cinayətin üstü açılıb, 38 nəfər saxlanılıb

DİN: 30 cinayətin üstü açılıb, 38 nəfər saxlanılıb

Liqa 1-də qiyməti ƏN ÇOX ARTAN futbolçular

Liqa 1-də qiyməti ƏN ÇOX ARTAN futbolçular

Nar görün hansı xəstəliyin güclü DƏRMANI İMİŞ

Nar görün hansı xəstəliyin güclü DƏRMANI İMİŞ

Hakan Fidan: “ABŞ ilə İran arasında danışıqlar gedir”

Hakan Fidan: “ABŞ ilə İran arasında danışıqlar gedir”

Ukrayna millisi QARƏT OLUNDU

Ukrayna millisi QARƏT OLUNDU

Hakan Fidan: “İsrailin bu üsuluna sonuncu dəfə Stalin əl atmışdı” - VİDEO

Hakan Fidan: “İsrailin bu üsuluna sonuncu dəfə Stalin əl atmışdı” - VİDEO

"Belə nəticə gözləmirdim" - Sent Lüsiya millisinin baş məşqçisi

"Belə nəticə gözləmirdim" - Sent Lüsiya millisinin baş məşqçisi

Nanə əməliyyat olundu

Nanə əməliyyat olundu

Hakan Fidan: “İsrailin ABŞ siyasətinə təsiri getdikcə daha aydın görünür” - VİDEO

Hakan Fidan: “İsrailin ABŞ siyasətinə təsiri getdikcə daha aydın görünür” - VİDEO

Naftalanda qəza olub, ölən var - VİDEO

Naftalanda qəza olub, ölən var - VİDEO

“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov

“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov

Əraqçi: “İsrail İranın ən böyük iki poladəritmə zavoduna hücum edib”

Əraqçi: “İsrail İranın ən böyük iki poladəritmə zavoduna hücum edib”

Səhhətində problem yaranan Murad Dadaşovun yeni görüntüsü YAYILDI - FOTO

Səhhətində problem yaranan Murad Dadaşovun yeni görüntüsü YAYILDI - FOTO

Sabunçu tuneli bağlandı - VİDEO

Sabunçu tuneli bağlandı - VİDEO

Ölkə ərazisində yağış güclənib, subasma halları davam edir - FAKTİKİ HAVA

Ölkə ərazisində yağış güclənib, subasma halları davam edir - FAKTİKİ HAVA

Hakan Fidan İsraili regionu uzunmüddətli münaqişəyə cəlb etməkdə İTTİHAM ETDİ

Hakan Fidan İsraili regionu uzunmüddətli münaqişəyə cəlb etməkdə İTTİHAM ETDİ

“Yuventus” Levandovski ilə danışıqlara BAŞLADI

“Yuventus” Levandovski ilə danışıqlara BAŞLADI

Rubio: “Yaxın Şərqdəki bütün bəlaların günahkarı İrandır”

Rubio: “Yaxın Şərqdəki bütün bəlaların günahkarı İrandır”

84 yaşlı qadın süni intellektin yaratdığı kişiyə aşiq oldu

84 yaşlı qadın süni intellektin yaratdığı kişiyə aşiq oldu

İran səmasında 50-dən çox qırıcı təyyarə görünüb - VİDEO

İran səmasında 50-dən çox qırıcı təyyarə görünüb - VİDEO

Türkiyə millisində CİDDİ İTKİ

Türkiyə millisində CİDDİ İTKİ

"Hürrəm Sultan" QAYITDI

"Hürrəm Sultan" QAYITDI

End of content

No more pages to load

RADİO