2 nəfəri başından güllələyən 60 yaşlı şəxs: “Kişi olsaydın...”

Şəkidə iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Namik Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bizim.Media xəbər verir ki, məhkəmədə törədilən dəhşətli qətllərin təfərrüatı məlum olub.

Xatırladaq ki, Şəkinin Baş Şabalıd kəndində 60 yaşlı Namik Məmmədov həmkəndliləri 1966-cı il təvəllüdlü Sədiyev Azər Sədi oğlunu və 1957-ci il təvəllüdlü Məmmədsoy İsrafil Əhmədiyyə oğlunu güllələyərək qətlə yetirib.

İttihama görə, Namik Məmmədov əvvəlcə özünə məxsus torpaq sahəsində mal-qara otarmaqda günahlandırdığı İsrafil Məmmədsoyu öldürüb.

Sonra isə qonşusu Azər Sədiyevi güllələyib. Azər Sədiyevi isə daha əvvəl aralarında baş vermiş narazılığa görə öldürüb. Belə ki, Namik Məmmədov Azər Sədiyevin onu və ailə üzvlərini təhqir etdiyini, oğlan uşağı olmadığına görə onu ələ saldığını əsas gətirərək qətlə yetirib.

Qətlə yetirilənlərdən İsrafil Məmmədsoy Baş Şabalıd kəndində yerləşən tibb məntəqəsinin müdiri olub.

Namik Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.2.10-cu (xüsusi amansızlıqla iki və ya daha çox şəxsi öldürmə və xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla təkrarən qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs qətli özünə məxsus ov tüfəngi ilə törədib. Həmin silahdan kənd ərazisindəki yırtıcı heyvanlardan qorunmaq üçün istifadə edirmiş.

Dindirilən zaman N.Məmmədov bildirib ki, qonşusu İsrafil Məmmədsoy tərəfindən təzyiqlərə məruz qalırmış:

“İsrafil Məmmədsoy qonşuluğa köçdüyü gündən ailəm və özüm dözülməz təzyiqlərə məruz qalmışıq. Yaşca böyük olduğuna görə ona cavab qaytarmamışam. Ancaq İsrafil bundan istifadə edirdi. Bilərəkdən həyətdə söyüş söyürdü. Onun üzünü görməmək üçün həyətdə 4 metr hündürlükdə hasar çəkdirdim. Ancaq İsrafil əl çəkmirdi. Həyətdə söyüş söyəndə odun doğrayan aləti işə salırdım ki, söyüşləri ailəm eşitməsin. İsrafilin qardaşlarına, oğluna, polisə bu barədə məlumatlar vermişəm.

İsrafil müxalifətçi idi. Həmişə məni hədələyirdi ki, hakimiyyətə gələndən sonra hamını həbs edəcək. Seçki məntəqəsinə üzv olduğuma görə Azər və İsrafil məni təhqir edirdilər”.

Hadisə günü baş verənlərdən danışan N.Məmmədov deyib ki, İsrafil onun pay torpağını yararsız hala salıbmış:

“Heyvanları torpağa salıb məhv etmişdi. Buna görə İsrafilə iradımı bildirdim. Mübahisə zamanı yenə məni təhqir etdi. Dözməyib onu vurdum”.

Azər Sədiyevi qətlə yeitrməsinin səbəbi haqda danışan N.Məmmədov söyləyib ki, uzun illərdir həmin qonşusu ilə də münasibətləri yaxşı olmayıb. İsrafili öldürdükdən sonra Azəri də öldürmək qərarına gəlib:

“3 il bundan əvvəl yaz aylarında Azər Sədiyev texnika gətirib mənim evimin qapısını sıyırmışdı.

Bu vaxt Azərə irad tutdum. Dedi ki, yaxşı edirəm. Mənə və nəslimə satqın dedi. Azərlə küsülü olmağımıza baxmayaraq, oğlan övladım olmadığı üçün mənə söz atırdı. Deyirdi ki, sən kişi olsaydın, oğlun olardı.

Həmin gün İsrafili öldürüb evə qayıdırdım. Azəri həyətimdə görüb əsəbiləşdim. Əvvəlcə sinəsindən, sonra da başından vurdum”.

Onun sözlərinə görə, hadisədən sonra özünü də öldürmək istəyib:

“Tüfəngdəki cilizləri boşaltdım. İçinə patron doldurub sinəmə dayadım. Əlim tətiyə çatmadığı üçün tüfəngin lüləsi sürüşdü. Atəş açılsa da, mənə dəymədi”.

Suallara cavab verən N.Məmmədov hər iki qətlin səbəbi kimi mərhumların onu təhqir etməsini, şərəf və ləyaqətini alçaltmasını göstərib.

Mərhum İsrafil Məmmədsoyun oğlu dindirilən zaman qonşuları Namikin uzun illərdir əsassız yerə atası ilə danışmadığını deyib. Bildirib ki, onların qonşu torpaqlarında olan bir ədəd şabalıd ağacına görə mübahisələri olub. Hüquqi varis qeyd edib ki, Namik qonşuları İsrafil və Azərin həmişə paxıllığını çəkib. Buna səbəb isə Azər və İsrafilin övladlarının yaxşı işdə işləməsi imiş.

Məhkəmədə şahidlər də dindirilib. Onlar həm Namik Məmmədovun, həm də mərhumların yaxınları və tanışları olub. Onlar tərəflər arsında söz-söhbətin, küsülülüyün uzun illərdir davam etdiyini təsdiq ediblər.

Namik Məmmədov törətdiyi iki dəhşətli qətlə görə 20 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu maddə ilə N.Məmmədova ömürlük azadlıqdan məhrumetmə cəzası da təyin edilə bilərdi. Lakin məhkəmə onun yaşını da nəzərə alıb. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyədə əlverişsiz hava ilə bağlı xəbərdarlıq: 18705 işçi cəlb edildi

Türkiyədə əlverişsiz hava ilə bağlı xəbərdarlıq: 18705 işçi cəlb edildi

Milli Yaylaq Festivalında xəsarət alanların tam siyahısı - ADLAR

Milli Yaylaq Festivalında xəsarət alanların tam siyahısı - ADLAR

Nikah dövründə alınan hər əmlak ortaq sayılmır — Hüquqşünasdan açıqlama

Nikah dövründə alınan hər əmlak ortaq sayılmır — Hüquqşünasdan açıqlama

Mourinyonun "toxunulmaz" oyunçuları – Siyahıda Arda Gülər də var

Mourinyonun "toxunulmaz" oyunçuları – Siyahıda Arda Gülər də var

Bu ölkədə minlərlə insan vergi verməmək üçün ateist olur

Bu ölkədə minlərlə insan vergi verməmək üçün ateist olur

Rusiya ordusu Ukrayna yük gəmisinə zərbə endirib

Rusiya ordusu Ukrayna yük gəmisinə zərbə endirib

İstanbulda leysan yağışı küçələri basdı – VİDEO

İstanbulda leysan yağışı küçələri basdı – VİDEO

Bu reklama görə 20 milyon qazandı

Bu reklama görə 20 milyon qazandı

Sumqayıtda dənizdə 3 nəfər batdı, birinin meyiti tapıldı

Sumqayıtda dənizdə 3 nəfər batdı, birinin meyiti tapıldı

Milli Yaylaq Festivalında xəsarət alanlardan ikisi Vətən müharibəsi iştirakçısıdır

Milli Yaylaq Festivalında xəsarət alanlardan ikisi Vətən müharibəsi iştirakçısıdır

İran Ermənistana qaz ixracının artırılması ilə bağlı təklif irəli sürüb

İran Ermənistana qaz ixracının artırılması ilə bağlı təklif irəli sürüb

Yaylaq Festivalında xəsarət alanların kimliyi məlum olub

Yaylaq Festivalında xəsarət alanların kimliyi məlum olub

"Arka Sokaklar" tarixə qovuşdu

"Arka Sokaklar" tarixə qovuşdu

Naxçıvanda 4 "Tiktoker" söyüşə görə saxlanıldı

Naxçıvanda 4 "Tiktoker" söyüşə görə saxlanıldı

İraq ABŞ konsulluğu yaxınlığında PUA vurub

İraq ABŞ konsulluğu yaxınlığında PUA vurub

Konsertinə gələn körpəyə 7200 manatlıq jest etdi

Konsertinə gələn körpəyə 7200 manatlıq jest etdi

Bilgəhdə iki nəfər dənizdə batdı

Bilgəhdə iki nəfər dənizdə batdı

Ən hiyləgər BÜRCLƏR: həmişə bir addım öndədirlər

Ən hiyləgər BÜRCLƏR: həmişə bir addım öndədirlər

Partnyorun ciddi münasibətə hazır olmadığını göstərən 6 əlamət

Partnyorun ciddi münasibətə hazır olmadığını göstərən 6 əlamət

Göygöldə Milli Yaylaq Festivalında səhnə uçub, xəsarət alanlar var - VİDEO

Göygöldə Milli Yaylaq Festivalında səhnə uçub, xəsarət alanlar var - VİDEO

Sabah 40 dərəcəyədək isti olacaq: Günvurmadan necə qorunmalı?

Sabah 40 dərəcəyədək isti olacaq: Günvurmadan necə qorunmalı?

Qaxda bıçaqlanma - Xəsarət alan var

Qaxda bıçaqlanma - Xəsarət alan var

İki avtobusun toqquşması zamanı xəsarət alanların vəziyyəti açıqlandı

İki avtobusun toqquşması zamanı xəsarət alanların vəziyyəti açıqlandı

Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

End of content

No more pages to load

RADİO