Ağalı sakinlərinin NƏZƏRİNƏ: Müraciətlərin qəbulu başlayır

Martın 1-dən Zəngilan rayonu Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə müraciətlərin qəbuluna başlanır.

Bizim.Media xəbər verir ki, bununla da işğaldan azad edilmiş rayonlarda torpaqların istifadəyə verilməsi prosesinə ilk dəfə Ağalı kəndindən start verilir.

Ağalı kəndində məskunlaşan və yaşayan sakinlərdən müraciətlərin qəbulu prosesi martın 31-dək davam edəcək.

Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Azərbaycan Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanının 4.1-ci bəndini və Azərbaycan Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli 544 nömrəli qərarı ilə təsdiqlənən “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na əsasən həyata keçiriləcək.

Torpaq sahələri minimum 5 ha təşkil etməklə suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır.

Ağalı kəndində birillik və çoxillik bitkilərdən - şaftalı, nektarin, ərik, nar, xurma, çiyələk, qarağat, pomidor, xiyar, badımcan, bibər, soğan, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, qarpız, yemiş, soya, noxud, mərcimək, kartof, üzüm (süfrə), tütün, şəkər çuğunduru, buğda, arpa, qarğıdalı, yem üçün yonca, xaşa, ot qarışıqlarının əkilməsi nəzərdə tutulur. Əkin sahələrində müasir damlama və çiləmə suvarma sisteminin olması tələb edilir.

Ağalı kəndinə köçən sakinlər aşağıdakı qaydada torpaqların güzəştli qaydada əkinlərin aparılması məqsədi ilə istifadəsi üçün müraciət edə bilərlər:

- EKTİS-də qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetinə sahib olmaq)

- Elektron kabinet “Müraciətlərim” bölməsində “torpaq icarəsinə müraciət” – “Ağalı” seçməklə ərizə formasını doldurmaq.

- Şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerindən asılı olmayaraq Ağalı kənd sakini olduğunu (faktiki yaşayış yerinin Ağalı olduğunu) Azərbaycan Daxili İşlər Nazirliyinin “e-polis” tətbiqində qeyd etmək.

Qeyd edək ki, müraciət edən şəxslər ilə müqavilələrin imzalanması, təlimlərin keçirilməsi və ərazilərin yerində tanıdılması 1 aprel - 31 may tarixləri arasında baş tutacaq. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

PA Vətəndaş Qəbulu Mərkəzinin avqust ayı üçün CƏDVƏLİ

PA Vətəndaş Qəbulu Mərkəzinin avqust ayı üçün CƏDVƏLİ

Təbiətə 20 min manata yaxın ZİYAN VURULDU

Təbiətə 20 min manata yaxın ZİYAN VURULDU

Sergey Lavrov İrana səfər edəcək

Sergey Lavrov İrana səfər edəcək

SEPAH region ölkələrinin əhalisinə çağırış etdi: "Bu məntəqələrdən uzaq durun!"

SEPAH region ölkələrinin əhalisinə çağırış etdi: "Bu məntəqələrdən uzaq durun!"

Vaxtı bitmiş içkilərə “yeni tarix” qoydular – AQTA aşkarladı – FOTO/VİDEO

Vaxtı bitmiş içkilərə “yeni tarix” qoydular – AQTA aşkarladı – FOTO/VİDEO

Robot-tozsoran partladı - Bədəninin 75%-i yandı

Robot-tozsoran partladı - Bədəninin 75%-i yandı

Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO

Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO

Venesuelada zəlzələdən 28 gün sonra üç nəfər sağ çıxarıldı – VİDEO

Venesuelada zəlzələdən 28 gün sonra üç nəfər sağ çıxarıldı – VİDEO

Azərbaycandan Yunanıstana neft ixracı 22 %-dən çox ARTIB

Azərbaycandan Yunanıstana neft ixracı 22 %-dən çox ARTIB

Bütün məsuliyyət Vado Korovinin üzərinə düşür - SpaceTV-dən rəsmi açıqlama

Bütün məsuliyyət Vado Korovinin üzərinə düşür - SpaceTV-dən rəsmi açıqlama

Kral ailəsinin iki rəqib gəlini sosial mediada ajiotaj yaratdı – Ailə FOTOLARI ilə yarışa girdilər

Kral ailəsinin iki rəqib gəlini sosial mediada ajiotaj yaratdı – Ailə FOTOLARI ilə yarışa girdilər

Doktorantura səviyyəsində xarici dil fənni üzrə qəbul nəticələri AÇIQLANDI

Doktorantura səviyyəsində xarici dil fənni üzrə qəbul nəticələri AÇIQLANDI

Milli Məclisdən ABŞ Konqresinin qərəzli qanun layihəsinə SƏRT REAKSİYA

Milli Məclisdən ABŞ Konqresinin qərəzli qanun layihəsinə SƏRT REAKSİYA

Yayda orqanizmi qorumaq üçün İDEAL PƏHRİZ

Yayda orqanizmi qorumaq üçün İDEAL PƏHRİZ

2 prokurorluq əməkdaşı pozuntulara görə işdən çıxarılıb

2 prokurorluq əməkdaşı pozuntulara görə işdən çıxarılıb

Demokratlar və Respublikaçılar Rusiyaya qarşı BİRLƏŞDİ – Misli görülməmiş sanksiyalar QƏBUL EDİLƏCƏK

Demokratlar və Respublikaçılar Rusiyaya qarşı BİRLƏŞDİ – Misli görülməmiş sanksiyalar QƏBUL EDİLƏCƏK

Bu il mina terrorunun qurbanı olan vətəndaşlarımızın SAYI AÇIQLANDI

Bu il mina terrorunun qurbanı olan vətəndaşlarımızın SAYI AÇIQLANDI

Ağdamda yanğının arealı GENİŞLƏNİR – Beş kəndə YAYILDI – FOTO

Ağdamda yanğının arealı GENİŞLƏNİR – Beş kəndə YAYILDI – FOTO

Bu ölkədə 600 milyon dovşan var

Bu ölkədə 600 milyon dovşan var

Çində İNANILMAZ HADİSƏ – Komsosa uçan raketi ildırım vurdu – ANBAAN VİDEO

Çində İNANILMAZ HADİSƏ – Komsosa uçan raketi ildırım vurdu – ANBAAN VİDEO

Tükənmişlik sindromu yaşayanlar üçün faydalı məsləhətlər

Tükənmişlik sindromu yaşayanlar üçün faydalı məsləhətlər

6 nəfərin ölümü ilə bağlı cinayətlərin üstü illər sonra açıldı – RƏSMİ

6 nəfərin ölümü ilə bağlı cinayətlərin üstü illər sonra açıldı – RƏSMİ

İranın gəlirləri ARTIR

İranın gəlirləri ARTIR

Banqladeş prezidenti istefa verdi

Banqladeş prezidenti istefa verdi

End of content

No more pages to load

RADİO