Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
Bizim.Media xəbər verir ki, birinci oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. “Qarabağ” “Səbail”i məğlub edərək yarımfinala adını yazdırıb.
İkinci oyunda isə "Sumqayıt"la "Sabah" üz-üzə gələcək. 3:0 hesabı ilə qalib gələn qonaqlar yarımfinala yüksəlib.
27 fevral
19:30 "Sumqayıt" – "Sabah" 0:3
Qol: Anatoli Nuriyev, 55, Xəyal Əliyev, 71, Amin Seydiyev, 90+4
İlk oyun 0:0
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Rəşad Rafiqoğlu, Bizim.Media