Nəcməddin Sadıkovun yaxın adamının məhkəməsində YENİ DETALAR

Müdafiə Nazirliyinin sabiq işçisi Zahid Niftəliyevin 42 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində “AtaBank”ın Müşahidə Şurasının sədri Əşrəf Kamilov ifadə verib.

O bildirib ki, rəhbərlik etdiyi banka “Şahin CO” şirkətinin adına kredit götürülməsi üçün müraciət olunub. “Həmin şirkət müdafiə sənayesinin inkişafına köməklik məqsədi ilə işlərin görülməsi üçün yaradılıb. Sözügedən şirkət vasitəsi ilə Zahid Niftəliyevin adına kredit götürülüb. Bankda səhimləri olan bir şəxs kimi mənə ziyan dəyib. Əmanətlərin sığortalanması fondu araşdırma aparır. Mənim də təsisçi kimi bankda əmanətim olub. Hesab edirəm ki, sonda mənə də dəymiş ziyan ödəniləcək. Bankda kreditlərin götürülməsindən xəbərim olmayıb. “Şahin CO” şirkətinin banka nə qədər borclu olduğunu bilməmişəm”.

Əşrəf Kamilovun sözlərinə görə, Zahid Niftəliyevin adına bankda böyük məbləğdə kredit götürülməsi üçün müraciət olunub: “Amma məbləğ böyük olduğu üçün idarə heyəti və müşahidə şurasında müzakirə edildi. Amma sonda kreditin verilməsinə müsbət rəy verildi. Məbləğin yarısı başqa hesaba köçürüldü”.

Zahid Niftəliyev isə bildirib ki, kreditin götürülməsindən, yarısının isə başqa hesaba köçürülməsindən xəbəri olmayıb.

Daha sonra şahid qismində ifadə verən Adıgözəl Ağayev bildirib ki, “ATA Bank”ın idarə heyətinin sədr müavini olub.

Şahid bildirib ki, 2015-ci ilin iyul ayında idarə heyəti tərəfindən “Şahin CO” MMC-nin adına böyük məbləğdə kredit verilməsi üçün müraciət müzakirə edilib: “Müşahidə şurası tərəfindən banka rəy verildi. Biz də həmin rəyə imza etdik. Kreditin verilməsinə müsbət cavab verildi və daha sonra kreditin ayrılması barədə qərar verildi”.

Adıgözəl Ağayev qeyd edib ki, onların vəzifəsi banka böyük məbləğdə kreditin ayrılması üçün müraciətlərin araşdırılması, əvəzində qoyulan girovların yoxlanılması olub. Sorğu-sual zamanı məlum olub ki, “Şahin CO” MMC-yə böyük məbləğdə kredit ayrılsa da, amma heş bir girov qoyulmayıb. Bununla bağlı məsələyə Adıgözəl Ağayev belə cavab verib: “Bununla bağlı xahiş olunmuşdu. Çünki müsbət cavab verilməli idi”.

Sualları cavablandıran zaman şahid qeyd edib ki, kreditin ayrılmasına sabiq vergilər naziri, mərhum Fazil Məmmədov göstəriş verib: “Amma sonradan kreditin ödənilməməsi bizə məlum oldu. İlin sonunda faizlərin bağlanması zamanı bunu müəyyən etdik. 2019-cu ildə bununla bağlı İqtisad Məhkəməsinə müraciət etdik”.

Növbəti proses martın 12-də davam edəcək.

Qeyd edək ki, Zahid Niftəliyev iki il əvvəl rüşvətalma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib. Azadlığa buraxıldıqdan sonra o, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.

İstintaq dövründə Gəncə Apelyasiya Məhkəməsi dövlət ittihamçısının Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.

Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq "AtaBank" ASC-dən götürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə "AtaBank" ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan "AtaBank" ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Qeyd edək ki, Zahid Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub. Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avropa Birliyi İrana yeni sanksiyalar tətbiq etdi

Avropa Birliyi İrana yeni sanksiyalar tətbiq etdi

Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi

Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi

Neftçalada ağır qəza: BMW işıq dirəyinə çırpılıb aşdı - VİDEO

Neftçalada ağır qəza: BMW işıq dirəyinə çırpılıb aşdı - VİDEO

Separatçıların məhkəməsində kütləvi cinayət sübutları açıqlandı - FOTO

Separatçıların məhkəməsində kütləvi cinayət sübutları açıqlandı - FOTO

Şamaxıda 34 ölkənin rəsmiləri COP sammitini müzakirə etdi - FOTO

Şamaxıda 34 ölkənin rəsmiləri COP sammitini müzakirə etdi - FOTO

Netanyahunun Trampla görüşünün tarixi BƏLLİ OLDU

Netanyahunun Trampla görüşünün tarixi BƏLLİ OLDU

Şəkidə məktəbin bağlanacağı iddialarını nazirlik təkzib etdi - DETALLAR

Şəkidə məktəbin bağlanacağı iddialarını nazirlik təkzib etdi - DETALLAR

Şəmkirdə yanğın: İkimərtəbəli ev ziyan gördü - VİDEO

Şəmkirdə yanğın: İkimərtəbəli ev ziyan gördü - VİDEO

Nazirlikdən əhaliyə "siqaret kötüyü və şüşə" XƏBƏRDARLIĞI

Nazirlikdən əhaliyə "siqaret kötüyü və şüşə" XƏBƏRDARLIĞI

PA Vətəndaş Qəbulu Mərkəzinin avqust ayı üçün CƏDVƏLİ

PA Vətəndaş Qəbulu Mərkəzinin avqust ayı üçün CƏDVƏLİ

Təbiətə 20 min manata yaxın ZİYAN VURULDU

Təbiətə 20 min manata yaxın ZİYAN VURULDU

Sergey Lavrov İrana səfər edəcək

Sergey Lavrov İrana səfər edəcək

SEPAH region ölkələrinin əhalisinə çağırış etdi: "Bu məntəqələrdən uzaq durun!"

SEPAH region ölkələrinin əhalisinə çağırış etdi: "Bu məntəqələrdən uzaq durun!"

Vaxtı bitmiş içkilərə “yeni tarix” qoydular – AQTA aşkarladı – FOTO/VİDEO

Vaxtı bitmiş içkilərə “yeni tarix” qoydular – AQTA aşkarladı – FOTO/VİDEO

Robot-tozsoran partladı - Bədəninin 75%-i yandı

Robot-tozsoran partladı - Bədəninin 75%-i yandı

Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO

Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO

Venesuelada zəlzələdən 28 gün sonra üç nəfər sağ çıxarıldı – VİDEO

Venesuelada zəlzələdən 28 gün sonra üç nəfər sağ çıxarıldı – VİDEO

Azərbaycandan Yunanıstana neft ixracı 22 %-dən çox ARTIB

Azərbaycandan Yunanıstana neft ixracı 22 %-dən çox ARTIB

Bütün məsuliyyət Vado Korovinin üzərinə düşür - SpaceTV-dən rəsmi açıqlama

Bütün məsuliyyət Vado Korovinin üzərinə düşür - SpaceTV-dən rəsmi açıqlama

Kral ailəsinin iki rəqib gəlini sosial mediada ajiotaj yaratdı – Ailə FOTOLARI ilə yarışa girdilər

Kral ailəsinin iki rəqib gəlini sosial mediada ajiotaj yaratdı – Ailə FOTOLARI ilə yarışa girdilər

Doktorantura səviyyəsində xarici dil fənni üzrə qəbul nəticələri AÇIQLANDI

Doktorantura səviyyəsində xarici dil fənni üzrə qəbul nəticələri AÇIQLANDI

Milli Məclisdən ABŞ Konqresinin qərəzli qanun layihəsinə SƏRT REAKSİYA

Milli Məclisdən ABŞ Konqresinin qərəzli qanun layihəsinə SƏRT REAKSİYA

Yayda orqanizmi qorumaq üçün İDEAL PƏHRİZ

Yayda orqanizmi qorumaq üçün İDEAL PƏHRİZ

2 prokurorluq əməkdaşı pozuntulara görə işdən çıxarılıb

2 prokurorluq əməkdaşı pozuntulara görə işdən çıxarılıb

End of content

No more pages to load

RADİO