Deputatlardan ÇAĞIRIŞ – “Ölümümüzlə digərlərinə həyat verək”

Son iki il ərzində ölümündən sonra donor olmaq istəyənlərin sayı təxminən 100-ə yaxındır.

Bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, aparılan təbliğat və təşviqatlara baxmayaraq, mövcud iki illik statistika çox aşağıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisin ən yaşlı deputatları – ADLAR


Bəs insanlar niyə orqanlarını bağışlamağa maraq göstərmirlər?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili, tibb elmləri doktoru Rəşad Mahmudov deyib ki, 2 il ərzində 100 adamın donor olması heç də yaxşı göstərici deyil:

“Gəlin, ölümdən sonra orqanlarımızın torpaq altında çürüməsinə izn verməyək. Öz ölümümüzlə kimlərəsə həyat bəxş edək. Hesab edirəm ki, ölümündən sonra orqan donorluğuna könüllü razılıq verənlərin sayının artırılması üçün bir neçə əsas istiqamətdə hansı addımları atmalıyıq.

İlk növbədə maarifləndirmə və məlumatlandırma kampaniyalarını genişləndirməliyik. İnsanları orqan donorluğunun mahiyyəti, faydaları və dini baxımdan qəbul edildiyi barədə məlumatlandırmaq üçün televiziya, sosial media və seminarlar vasitəsilə kampaniyalar təşkil etməliyik. Uğurlu donor hadisələri və həyatını xilas etmiş şəxslərin hekayələrini ictimaiyyətlə paylaşmalıyıq. Təhsil müəssisələrində, xüsusilə tibb universitetlərində və orta məktəblərdə bu mövzuya dair dərslər keçilməlidir”.

Qanunvericilikdə dəyişikliklər və proseslərin asanlaşdırılmasının vacibliyi

Müsahibimiz hesab edir ki, donorluğa razılıq vermə prosesini sadələşdirmək və elektron şəkildə razılıq bildirmək imkanını yaratmaq lazımdır. Pasport və şəxsiyyət vəsiqəsi alan zaman donor olmaq istəyənlər üçün ayrıca bir bənd əlavə etmək məncə pis olmazdı. Donorlar üçün müəyyən sosial güzəştlər də nəzərdə tutmaq olar (məsələn, tibbi xidmətlərdə üstünlüklər).

Donorluğun dini və əxlaqi tərəfləri əhaliyə aydın şəkildə izah edilməlidir. Dini liderlərin və alimlərin bu məsələdə dəstəyini almaq və insanlara orqan donorluğunun İslamda qəbul edildiyini izah etmək, insanların yanlış inanclarını aradan qaldırmaq üçün mütəxəssislər tərəfindən sual-cavab sessiyaları təşkil etmək yaxşı olardı”.

Bəs, bu məsələdə həkimlərin və tibb işçilərinin rolunu necə artırmaq olar?

Rəşad Mahmudov deyir ki, həkimlər və tibb işçiləri pasiyentlərlə ünsiyyətdə donorluq barədə daha aktiv məlumat verməli və onların tərəddüdlərini aradan qaldırmalıdır:

“Bunun üçün isə hər bir tibb işçisi məsələnin mahiyyətini özü tam dərk etməlidir. Donorluğun təşviqində medianın və sosial şəbəkənin də böyük rolu ola bilər. Tanınmış şəxslərin, ictimai xadimlərin, sənətçilərin və idmançıların donorluğa dəstək verməsi üçün kampaniyalara qoşulmasını təşkil etmək üçün təbliğatı gücləndirmək, sosial şəbəkələrdə orqan donorluğu ilə bağlı maarifləndirici qısa videoların və məlumatların paylaşımlarını artırmaq vacibdir. Ən başlıcası isə donorluqda şəffaflığı təmin edərək insanlarda dərin inam yaratmaq gərəkdir. Bu mövzuda inamın sarsılmaması üçün şəffaflığın yüksək səviyyədə təşkil edilməsinə nail olmalıyıq.

Sadaladığım bütün bu addımları sistemli şəkildə həyata keçirməklə, ölümündən sonra donor olmağa razılıq verənlərin sayını xeyli artırmaq mümkün olacaq”.

“Səbəblərdən biri də dini baxışlardır...”

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşviq Məmmədli isə bildirib ki, orqan transplantasiyası inkişaf etmiş ölkələrdə geniş tətbiq olunur:

“Bu insanların sağlamlığının qorunması, həyat keyfiyyətinin artırılması və tibbin inkişafı baxımından bu ciddi bir sahədir. Təbii ki, toxuma və orqan transplantasiyasının həyata keçirilməsi üçün müasir avadanlıqlarla təchiz edilmiş xəstəxanalarla yanaşı könüllü donorların olması çox vacibdir. Bilirsiniz ki, yaxın qohum olan şəxslərin canlı donor olma prosesində iştirakı qanunvericiliklə tənzimlənir.

Eləcə də, ölkəmizdə orqanların bir nəfərdən digərinə köçürülməsinə də şahid olmuşuq. Amma bütün bunlara rəğmən ölümdən sonra orqan bağışlamaq kimi bir ənənəni hələki yarada bilməmişik. Bunun bir səbəbi bəzi streotipləri qıra bilməməyimizdirsə, digər səbəbi dini baxışlardır. Ona görə də bu sahədə maarifləndirmə işini gücləndirməliyik. Ölümdən sonra orqan bağışlamağın nə qədər humanist və savab addım olduğunu hər kəsi inandırmalıyıq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

PA Vətəndaş Qəbulu Mərkəzinin avqust ayı üçün CƏDVƏLİ

PA Vətəndaş Qəbulu Mərkəzinin avqust ayı üçün CƏDVƏLİ

Təbiətə 20 min manata yaxın ZİYAN VURULDU

Təbiətə 20 min manata yaxın ZİYAN VURULDU

Sergey Lavrov İrana səfər edəcək

Sergey Lavrov İrana səfər edəcək

SEPAH region ölkələrinin əhalisinə çağırış etdi: "Bu məntəqələrdən uzaq durun!"

SEPAH region ölkələrinin əhalisinə çağırış etdi: "Bu məntəqələrdən uzaq durun!"

Vaxtı bitmiş içkilərə “yeni tarix” qoydular – AQTA aşkarladı – FOTO/VİDEO

Vaxtı bitmiş içkilərə “yeni tarix” qoydular – AQTA aşkarladı – FOTO/VİDEO

Robot-tozsoran partladı - Bədəninin 75%-i yandı

Robot-tozsoran partladı - Bədəninin 75%-i yandı

Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO

Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO

Venesuelada zəlzələdən 28 gün sonra üç nəfər sağ çıxarıldı – VİDEO

Venesuelada zəlzələdən 28 gün sonra üç nəfər sağ çıxarıldı – VİDEO

Azərbaycandan Yunanıstana neft ixracı 22 %-dən çox ARTIB

Azərbaycandan Yunanıstana neft ixracı 22 %-dən çox ARTIB

Bütün məsuliyyət Vado Korovinin üzərinə düşür - SpaceTV-dən rəsmi açıqlama

Bütün məsuliyyət Vado Korovinin üzərinə düşür - SpaceTV-dən rəsmi açıqlama

Kral ailəsinin iki rəqib gəlini sosial mediada ajiotaj yaratdı – Ailə FOTOLARI ilə yarışa girdilər

Kral ailəsinin iki rəqib gəlini sosial mediada ajiotaj yaratdı – Ailə FOTOLARI ilə yarışa girdilər

Doktorantura səviyyəsində xarici dil fənni üzrə qəbul nəticələri AÇIQLANDI

Doktorantura səviyyəsində xarici dil fənni üzrə qəbul nəticələri AÇIQLANDI

Milli Məclisdən ABŞ Konqresinin qərəzli qanun layihəsinə SƏRT REAKSİYA

Milli Məclisdən ABŞ Konqresinin qərəzli qanun layihəsinə SƏRT REAKSİYA

Yayda orqanizmi qorumaq üçün İDEAL PƏHRİZ

Yayda orqanizmi qorumaq üçün İDEAL PƏHRİZ

2 prokurorluq əməkdaşı pozuntulara görə işdən çıxarılıb

2 prokurorluq əməkdaşı pozuntulara görə işdən çıxarılıb

Demokratlar və Respublikaçılar Rusiyaya qarşı BİRLƏŞDİ – Misli görülməmiş sanksiyalar QƏBUL EDİLƏCƏK

Demokratlar və Respublikaçılar Rusiyaya qarşı BİRLƏŞDİ – Misli görülməmiş sanksiyalar QƏBUL EDİLƏCƏK

Bu il mina terrorunun qurbanı olan vətəndaşlarımızın SAYI AÇIQLANDI

Bu il mina terrorunun qurbanı olan vətəndaşlarımızın SAYI AÇIQLANDI

Ağdamda yanğının arealı GENİŞLƏNİR – Beş kəndə YAYILDI – FOTO

Ağdamda yanğının arealı GENİŞLƏNİR – Beş kəndə YAYILDI – FOTO

Bu ölkədə 600 milyon dovşan var

Bu ölkədə 600 milyon dovşan var

Çində İNANILMAZ HADİSƏ – Komsosa uçan raketi ildırım vurdu – ANBAAN VİDEO

Çində İNANILMAZ HADİSƏ – Komsosa uçan raketi ildırım vurdu – ANBAAN VİDEO

Tükənmişlik sindromu yaşayanlar üçün faydalı məsləhətlər

Tükənmişlik sindromu yaşayanlar üçün faydalı məsləhətlər

6 nəfərin ölümü ilə bağlı cinayətlərin üstü illər sonra açıldı – RƏSMİ

6 nəfərin ölümü ilə bağlı cinayətlərin üstü illər sonra açıldı – RƏSMİ

İranın gəlirləri ARTIR

İranın gəlirləri ARTIR

Banqladeş prezidenti istefa verdi

Banqladeş prezidenti istefa verdi

End of content

No more pages to load

RADİO