Vaxtilə Amerikaya məhsul göndərən Bakı Tikiş Evi ixracı niyə DAYANDIRIB? – AÇIQLAMA

Tekstil sənayesi hər bir ölkənin iqtisadi inkişafında mühüm rol oynayır. Azərbaycanda tikiş fabrikləri daxili tələbatı ödəmək baxımından önəmli mövqeyə malikdir.

Maraqlıdır, bizim tikiş fabrikləri yerli bazarın tələbatını ödəməklə yanaşı, xarici bazarlara çıxış imkanlarını da genişləndirirmi?

Ölkədə istehsal olunan tekstil məhsulları beynəlxalq rəqabətə  tab gətirə bilərmi? Ümumiyyətlə, ixrac potensialı hansı amillərdən asılıdır?

Mövzu ilə bağlı  hamımın məktəbli formalarını hazırlayan fabrik kimi tanıdığı Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimovun fikirlərini öyrəndik.


Şöbə müdiri Bizim.Media-ya bildirdi ki, çalışdığı fabrik illər öncə, icarədə olduğu müddətdə hazırladığı məhsulları Amerikaya göndərirmiş. Amma sonradan bu ixrac dayandırılıb:

“2000-ci illərdə bizim tikiş sexi Çindən gələn istehsalçılara icarəyə verilmişdi. Çalışanlar özümüzünkülər, icarədar onlar idi. O zaman maykalar, şortlar tikilib xaricə göndərilirdi. Bir müddət belə işlədi. Amma sonra dayandı. Perspektiv olmadı. Hazırda heç bir ölkəyə ixrac yoxdur”.

Etibar Əzimov bildirib ki, hazırda fabrik yalnız məktəblilərimiz üçün formalar və hərbi geyimlərin istehsalı ilə məşğuldur.

Eksport üçün məhsullar hazırlamaq məsələsinə gəlincə, mütəxəssis bunun asan məsələ olmadığını dedi:

“İndi mal satmaq, bazara məhsul çıxarmaq çox çətin məsələdir. Çünki hazırda bu sahədə oturuşmuş, yüngül sənaye mallarını çox ucuz və keyfiyyətli tikən ölkələr var. Bizdə isə parça qıtlığı, xammal çatışmazlığı məsələsi var. Biz daxili bazarı ödəyə bilsək, böyük şeydi.

Eksporta mal hazırlamaq üçün isə müasir təlabata uyğun, çox yüksək səviyyədə məhsullar tikilməlidir. Bunun üçün yaxşı xammal, parça materialları, onu yüksək səviyyədə istehsal edə bilən texnikalar lazımdır”.

Mütəxəssis onu da bildirdi ki, hazırda fabrikdə tikilən məhsullar üçün istifadə olunan parçaların bir hissəsi Sumqayıtda - “Gilan Tekstil”də hazırlanır. Əlavə olaraq başqa ölkələrdən, xüsusən Türkiyədən də məhsullar alınır.

İqtisadçı-ekspert Xalid Kərimli isə Bizim.Media -ya xarici ölkəyə məhsul ixrac edə bilməməyimizin səbəbini belə izah edib:


“Rəqabətə davamlı məhsul istehsal olunmur. Rəqabətə davamlı məhsul deyəndə, məsələn bir alıcı Bakı Tikiş Fabrikinin köynəyini, geyimini almır. Sifarişlə Türkiyə, yaxud başqa ölkənin brendini gətizdirir. Bir paltar təkcə insanı soyuqdan qorumaq üçün deyil. İnsanın geyindiyi libasın bir brend olması ona həzz verir, özünü daha yaxşı hiss etdirir. Azərbaycanda isə bu yöndə geyim sənayesi inkişaf eləməyib. Bunun üçün də hökumət Özbəkistanla birgə layihələr həyata keçirir. Çalışır ki, tikiş fabrikləri yüksək səviyyəli məhsul istehsal etsin. Bizdə tekstil sahəsindəki sexlərmi deyim, fabrikmi deyim, çox deyil. Görürsünüz, onlar artıq bir çox brendlərin adına çeklər istehsal edib yapışdırırlar. Yəni bu sahə yavaş-yavaş, tədricən sexlər şəklində formalaşır”.

Digər tanınmış tekstil ölkələri ilə rəqabət məsələsinə gəlincə, ekspert bunun üçün zəhmətli və uzun bir yol olduğunu bildirdi:

“Türkiyə və Çinlə rəqabət apara bilmirik, çünki onlar daha ucuz məhsul təklif edirlər. Türkiyə həm də bazara brend məhsullar çıxarır. Brendin formalaşdırılması isə elə də asan məsələ deyil. Bu, keyfiyyətli xidmət, uzunmüddətli brend strategiyası, xərcləri, onun tanınması ilə formalaşır. Həmin ölkələr öz məhsullarının o adı qazanması, dəyərinin artırılması üçün on illiklərlə uğurlu iş apara biliblər. Onların tekstil sənayesi, ənənələri var.

Təəssüf ki, bizdə o ənənələr yoxdur. Biz yalnız dövlət  sifarişləri üçün hərbi və daha bir neçə məhsul istehsal edirik. Onların da əksəriyyəti uniformadır. Onu dövlət sifariş verir və alıb işçilərinə paylayır. Yəni vətəndaş seçə bilmir ki, bunu yox, başqasını alım. Amma başqa, daha keyfiyyətli, çeşidli məhsulumuz yoxdur. Buna görə də tekstil ölkələri ilə rəqabət apara bilmirik. Deyə bilərlər, ucuz satsınlar. Təəssüf ki, məhsulumuzu ucuz da verə bilmirik. Çünki Azərbaycanda pambıqçılıq formalaşsa da, mahrız, filan istehsal olunsa da, daha ucuz parça istehsalında lider mövqeyə çıxa bilmirik. Rəqibləri üstələyə bilmirik.

Məhsulun ucuz olması üçün çox istehsal etməlisən. Bunun üçün də daha geniş bazar olmalıdır. Tekstil ölkələri ilə ayaqlaşmaq, onlara alternativ olmaq üçün ciddi iş aparmaq lazımdır. Artıq bu yöndə müəyyən işlər gedir. Ötən il Özbəkistanla birgə tikiş fabrikinin qurulması ilə əlaqədar  müqavilələr imzalanıb”.


Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avropa Birliyi İrana yeni sanksiyalar tətbiq etdi

Avropa Birliyi İrana yeni sanksiyalar tətbiq etdi

Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi

Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi

Neftçalada ağır qəza: BMW işıq dirəyinə çırpılıb aşdı - VİDEO

Neftçalada ağır qəza: BMW işıq dirəyinə çırpılıb aşdı - VİDEO

Separatçıların məhkəməsində kütləvi cinayət sübutları açıqlandı - FOTO

Separatçıların məhkəməsində kütləvi cinayət sübutları açıqlandı - FOTO

Şamaxıda 34 ölkənin rəsmiləri COP sammitini müzakirə etdi - FOTO

Şamaxıda 34 ölkənin rəsmiləri COP sammitini müzakirə etdi - FOTO

Netanyahunun Trampla görüşünün tarixi BƏLLİ OLDU

Netanyahunun Trampla görüşünün tarixi BƏLLİ OLDU

Şəkidə məktəbin bağlanacağı iddialarını nazirlik təkzib etdi - DETALLAR

Şəkidə məktəbin bağlanacağı iddialarını nazirlik təkzib etdi - DETALLAR

Şəmkirdə yanğın: İkimərtəbəli ev ziyan gördü - VİDEO

Şəmkirdə yanğın: İkimərtəbəli ev ziyan gördü - VİDEO

Nazirlikdən əhaliyə "siqaret kötüyü və şüşə" XƏBƏRDARLIĞI

Nazirlikdən əhaliyə "siqaret kötüyü və şüşə" XƏBƏRDARLIĞI

PA Vətəndaş Qəbulu Mərkəzinin avqust ayı üçün CƏDVƏLİ

PA Vətəndaş Qəbulu Mərkəzinin avqust ayı üçün CƏDVƏLİ

Təbiətə 20 min manata yaxın ZİYAN VURULDU

Təbiətə 20 min manata yaxın ZİYAN VURULDU

Sergey Lavrov İrana səfər edəcək

Sergey Lavrov İrana səfər edəcək

SEPAH region ölkələrinin əhalisinə çağırış etdi: "Bu məntəqələrdən uzaq durun!"

SEPAH region ölkələrinin əhalisinə çağırış etdi: "Bu məntəqələrdən uzaq durun!"

Vaxtı bitmiş içkilərə “yeni tarix” qoydular – AQTA aşkarladı – FOTO/VİDEO

Vaxtı bitmiş içkilərə “yeni tarix” qoydular – AQTA aşkarladı – FOTO/VİDEO

Robot-tozsoran partladı - Bədəninin 75%-i yandı

Robot-tozsoran partladı - Bədəninin 75%-i yandı

Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO

Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO

Venesuelada zəlzələdən 28 gün sonra üç nəfər sağ çıxarıldı – VİDEO

Venesuelada zəlzələdən 28 gün sonra üç nəfər sağ çıxarıldı – VİDEO

Azərbaycandan Yunanıstana neft ixracı 22 %-dən çox ARTIB

Azərbaycandan Yunanıstana neft ixracı 22 %-dən çox ARTIB

Bütün məsuliyyət Vado Korovinin üzərinə düşür - SpaceTV-dən rəsmi açıqlama

Bütün məsuliyyət Vado Korovinin üzərinə düşür - SpaceTV-dən rəsmi açıqlama

Kral ailəsinin iki rəqib gəlini sosial mediada ajiotaj yaratdı – Ailə FOTOLARI ilə yarışa girdilər

Kral ailəsinin iki rəqib gəlini sosial mediada ajiotaj yaratdı – Ailə FOTOLARI ilə yarışa girdilər

Doktorantura səviyyəsində xarici dil fənni üzrə qəbul nəticələri AÇIQLANDI

Doktorantura səviyyəsində xarici dil fənni üzrə qəbul nəticələri AÇIQLANDI

Milli Məclisdən ABŞ Konqresinin qərəzli qanun layihəsinə SƏRT REAKSİYA

Milli Məclisdən ABŞ Konqresinin qərəzli qanun layihəsinə SƏRT REAKSİYA

Yayda orqanizmi qorumaq üçün İDEAL PƏHRİZ

Yayda orqanizmi qorumaq üçün İDEAL PƏHRİZ

2 prokurorluq əməkdaşı pozuntulara görə işdən çıxarılıb

2 prokurorluq əməkdaşı pozuntulara görə işdən çıxarılıb

End of content

No more pages to load

RADİO