Bakıda natəmizliyə görə danlanan kirayəçi ev sahibinin boğazını kəsdi

Bakıda ev sahibini çoxsaylı bıçaq zərbələri ilə öldürənin məhkəməsi başlayıb.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda 75 yaşlı kişinin başını kəsib öldürən Zahid İsayevin cinayət işi üzrə məhkəmənin ilk baxış iclası keçirilib.

Hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə bir daha təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, o, 1965-ci ildə Daşkəsən rayonunda anadan olub. Bundan əvvəl Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağlr zərər vurma) maddəsi ilə məhkum olunub.
 

Prokuror ittiham aktını elan edib. İttiham aktına əsasən, Zahid İsayev Nizami rayonu Arif Əliyev küçəsi, 35 ünvanında yerləşən fərdi yaşayış evində kirayədə yaşayıb. Ev sahibi Tahir Əliyevin Zahid İsayev tez-tez mübahisəsi düşürmüş. Evi təmiz saxlamadığı üçün Tehir Əliyev mütəmadi Zahid İsayevə iradlar bildirib.


İyulun 20-i gecə saat 01 radələrində paltarlarının çirkli olduğunu görən Tahir Əliyev Zahid İsayevin qarın nahiyyəsinə dizi ilə vurub, onu söyüb.

Bu zəmində aralarında yaranan mübahisə zamanı, İsayev orta dərəcəli sərxoş vəziyyətdə, masanın üzərindən məişət təyinatlı bıçağı götürüb, qəsdən öldürmək məqsədi ilə Əliyevin üz, boğaz və boyun nahiyyələrinə çoxsaylı zərbələr endirib.

Hakim ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza müddətini təqsirləndirilən şəxsin nəzərinə çatdırıb.

Zahid İsayev ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Tahir Əliyevlə iyulun 2-də tanış olub, həmin tarixdən onun evində kirayəşin qalıb. Razılaşmaya əsasən, pul ödəməyib, onun evində təmizlik işləri görüb. Amma o, hadisə baş verən gecə, münaqişənin məişət zəminində yox, ev sahibinin onun ünvanına ağır söyüşlər söydüyünü vurğulayıb.

Bıçaqla çoxsaylı zərbələr vurmasının səbəbini Zahid İsayev Tahir Əliyevin ondan əl çəkməməsi, onu boğması ilə izah edib.

Zahid İsayev Tahir Əliyevə 50-dən çox bıçaq zərbəsi vurub.

Növbəti prosesdə zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi dinləniləcək.

Qeyd edək ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə yekun olaraq CM-nin 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə ittiham verilib. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avropa Birliyi İrana yeni sanksiyalar tətbiq etdi

Avropa Birliyi İrana yeni sanksiyalar tətbiq etdi

Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi

Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi

Neftçalada ağır qəza: BMW işıq dirəyinə çırpılıb aşdı - VİDEO

Neftçalada ağır qəza: BMW işıq dirəyinə çırpılıb aşdı - VİDEO

Separatçıların məhkəməsində kütləvi cinayət sübutları açıqlandı - FOTO

Separatçıların məhkəməsində kütləvi cinayət sübutları açıqlandı - FOTO

Şamaxıda 34 ölkənin rəsmiləri COP sammitini müzakirə etdi - FOTO

Şamaxıda 34 ölkənin rəsmiləri COP sammitini müzakirə etdi - FOTO

Netanyahunun Trampla görüşünün tarixi BƏLLİ OLDU

Netanyahunun Trampla görüşünün tarixi BƏLLİ OLDU

Şəkidə məktəbin bağlanacağı iddialarını nazirlik təkzib etdi - DETALLAR

Şəkidə məktəbin bağlanacağı iddialarını nazirlik təkzib etdi - DETALLAR

Şəmkirdə yanğın: İkimərtəbəli ev ziyan gördü - VİDEO

Şəmkirdə yanğın: İkimərtəbəli ev ziyan gördü - VİDEO

Nazirlikdən əhaliyə "siqaret kötüyü və şüşə" XƏBƏRDARLIĞI

Nazirlikdən əhaliyə "siqaret kötüyü və şüşə" XƏBƏRDARLIĞI

PA Vətəndaş Qəbulu Mərkəzinin avqust ayı üçün CƏDVƏLİ

PA Vətəndaş Qəbulu Mərkəzinin avqust ayı üçün CƏDVƏLİ

Təbiətə 20 min manata yaxın ZİYAN VURULDU

Təbiətə 20 min manata yaxın ZİYAN VURULDU

Sergey Lavrov İrana səfər edəcək

Sergey Lavrov İrana səfər edəcək

SEPAH region ölkələrinin əhalisinə çağırış etdi: "Bu məntəqələrdən uzaq durun!"

SEPAH region ölkələrinin əhalisinə çağırış etdi: "Bu məntəqələrdən uzaq durun!"

Vaxtı bitmiş içkilərə “yeni tarix” qoydular – AQTA aşkarladı – FOTO/VİDEO

Vaxtı bitmiş içkilərə “yeni tarix” qoydular – AQTA aşkarladı – FOTO/VİDEO

Robot-tozsoran partladı - Bədəninin 75%-i yandı

Robot-tozsoran partladı - Bədəninin 75%-i yandı

Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO

Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO

Venesuelada zəlzələdən 28 gün sonra üç nəfər sağ çıxarıldı – VİDEO

Venesuelada zəlzələdən 28 gün sonra üç nəfər sağ çıxarıldı – VİDEO

Azərbaycandan Yunanıstana neft ixracı 22 %-dən çox ARTIB

Azərbaycandan Yunanıstana neft ixracı 22 %-dən çox ARTIB

Bütün məsuliyyət Vado Korovinin üzərinə düşür - SpaceTV-dən rəsmi açıqlama

Bütün məsuliyyət Vado Korovinin üzərinə düşür - SpaceTV-dən rəsmi açıqlama

Kral ailəsinin iki rəqib gəlini sosial mediada ajiotaj yaratdı – Ailə FOTOLARI ilə yarışa girdilər

Kral ailəsinin iki rəqib gəlini sosial mediada ajiotaj yaratdı – Ailə FOTOLARI ilə yarışa girdilər

Doktorantura səviyyəsində xarici dil fənni üzrə qəbul nəticələri AÇIQLANDI

Doktorantura səviyyəsində xarici dil fənni üzrə qəbul nəticələri AÇIQLANDI

Milli Məclisdən ABŞ Konqresinin qərəzli qanun layihəsinə SƏRT REAKSİYA

Milli Məclisdən ABŞ Konqresinin qərəzli qanun layihəsinə SƏRT REAKSİYA

Yayda orqanizmi qorumaq üçün İDEAL PƏHRİZ

Yayda orqanizmi qorumaq üçün İDEAL PƏHRİZ

2 prokurorluq əməkdaşı pozuntulara görə işdən çıxarılıb

2 prokurorluq əməkdaşı pozuntulara görə işdən çıxarılıb

End of content

No more pages to load

RADİO