Ramazan ayının başlanması ilə bağlı fətva verildi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib.

Bizim.Media xəbər verir ki, bu barədə QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib.

Fətvaya görə, Ramazan ayının ilk günü martın 1-ə təsadüf edəcək.

Fətvada deyilir:

"Bismillahir-rəhmanir-rahim!

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası mübarək Ramazan ayının başlanması münasibəti ilə dünya və ölkə müsəlmanlarını təbrik edir, Uca Allah- Təaladan müqəddəs orucluq ayında ibadətlərimizin qəbula yetməsini diləyir. Ramazan ayı və orucu İlahi əmrdir, bu barədə Qurani-Kərimdə belə buyurulur. شهر رمضانَ الَّذِي أُنزِلَ فِيهِ الْقُرْآنُ هُدًى للناس وبينات من الهُدَى وَالْفُرْقَانِ ، فَمَنْ شَهِدَ مِنْكُمُ الشَّهْرَ فليصمة

"Ramazan ayı insanlara doğru yol göstərən və haqqı batildən ayırmağı açıq-aşkar dəlillərlə bəyan edən Quranın nazil olduğu aydır. Sizdən hər kim o aya yetişsə oruc tutsun..." (Bəqərə, 185).

Müqəddəs Qurani-Kərim Ramazanda nazil olmuş, min aydan xeyirli Qədr gecəsi bu ayda qərar verilmişdir. Ramazani-şərif duaların və əməllərin Allah-Təalanın dərgahında qəbul edildiyi aydır.

Necə ki, İmam Əli (ə) Allah Rəsulunun (s) belə buyurduğunu rəvayət edir: اللَّهِ : هُوَ شَهْرٌ دُعِيتُمْ فِيهِ إِلَى ضِيَافَةِ اللهِ وَ جَعَلْتُمْ فِيهِ مِنْ أَهْلِ كَرَامَةِ اللَّهِ أَنْفَاسُكُمْ فِيهِ تَسْبِيحَ وَ قَالَ رَسُول الله : . وَ دُعَاؤُكُمْ فِيهِ مُسْتَجَابٌ فَاسْأَلُوا اللَّهَ رَبِّكُمْ بِنِيَّاتٍ صَادِقَةٍ وَ قُلُوبِ طَاهِرَةٍ أَنْ نَوْمُكُمْ فِيهِ عِبَادَةً وَ عَمَلُكُمْ فِيهِ مَقْبُول و يوفقكم لصيامه و تلاوة كتابه روي عن الامام علي - (ع)
Rasulullah buyurdu: "O bir aydır ki, Allahın ziyafətinə dəvət olunursunuz, siz orada Allahın kəramət əhlindən qərar verilirsiniz, aldığınız nəfəslər bu ayda zikrdir. yatmağınız ibadətdir, elədiyiniz əməllər qəbul olunmuşdur, etdiyiniz dualar müstəcabdır. Allahdan pak qəlbinizlə və sadiq niyyətinizlə oruc tutmağa və onun Kitabını (Quranı) tilavət etməyə nail olmağınızı diləyin".

Sonsuz nemətləri ilə bizi mükafatlandıran Uca Rəbbimizə raz-niyaz edirik ki, mübarək Ramazani-şərifdə vacib oruc ibadətimizi layiqincə yerinə yetirməkdə və fəzilətləri ilə əxlaqımızı kamilləşdirməkdə yardımçımız olsun!

Qazılar Şurası bu ilki Ramazan Fətvasını dindarlarımızın nəzər-diqqətinə təqdim edir və bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 32/20 saylı 18 fevral 2025-ci il tarixli cavab məktubuna görə, bu il Ramazan ayının 1-i miladi təqvimlə mart ayının 1-nə təsadüf edəcəkdir, inşallah!

Ərəfəsində olduğumuz on bir ayın sultanı olan Ramazanın gəlişi xalqımız üçün bu il də çox əlamətdardır. Şükürlər olsun ki, Qarabağ Fatehi kimi tarixi ad qazanan Prezidentimizin fədakar səyləri və müdrik siyasəti sayəsində biz Ramazanı qalib xalq, böyük Zəfər niyyətinə yetişmiş millət kimi qarşılayırıq. Mübarək ayın verdiyi bu fürsətdən istifadə edərək suverenlyimizin və ərazi bütövlüyümüzün bərpası, əzəli torpaqlarımıza Böyük Qayıdışın təmin olunması, viran qoyulmuş ərazilərimizə yeni nəfəs verilməsi, Qarabağda müasir həyat şəraitinin qurulması, bərpa edilmiş məscidlərimizdə azanların verilməsi, bayram namazlarının qılınması naminə fövqəladə uğurlara imza atmış dövlət başçımız, Zati-aliləri, cənab Prezident İlham Əliyevə, eləcə də ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya Azərbaycan dindarları adından dərin minnətdarlığımızı bildirir, bu mübarək günlərdə onlara ən böyük İlahi nemət olan cansağlığı diləyirik. Bu möhtəşəm Zəfərin təcəllisi naminə canından keçən bütün şəhidlərimizə Uca Allahdan rəhmət diləyir, qazilərimizə şəfaət və səadət arzulayırıq. Əziz müsəlman qardaş və bacılar! Bu ilki Ramazan xalqımızın qədim bayramı Novruz günlərinə təsadüf edəcəkdir. Şəri baxımdan belə əlamətdar günlərin üst-üsta düşməsi cəmiyyətdə bir çətinlik yaratmır, çünki İslamın təməl prinsiplərindən olan oruc ibadəti ilk növbədə Allahın əmridir. Allahın rəhmət və bərəkətinin gəlişinə görə oruclular üçün ruhu və qəlbləri sevindirən Ramazan da, təbiətin Rəbbül-Alam tərəfindən yenidən oyanışının rəmzi olan Novruz da mübarək bayramlar qismindədir. Ramazanda Quran oxumaq, elm-irfan və ibadətlə məşğul olmaq, iftar süfrələri açmaq, Reyriyyəçilik etmək, ehtiyaclı şəxslərə, kimsəsizlərə, uşaq evlərinə, ahıl və qocalara köməklik göstərmək, valideynlərin qayğısına qalmaq savab əməllərdəndir və bu ənənəvi əməllər mahiyyəti etibarı ilə Novruz adətləri ilə eynidir. Çərşənbələr daxil olmaqla Novruz bayramı gecəsində açılan süfrələr iftarın saatlarına uyğun olmalıdır. Tövsiyə edirik ki, bu mübarək günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, şəhid və qazi ailələrinə qayğı və diqqət göstərilsin. Qazılar Şurası din xadimlərimizin və yerlərdəki imamlarımızın nəzərinə çatdırır ki, Ramazanın vacibatları, qayda və qadağaları, müstəhəb əməlləri barədə dindarlara ətraflı şəkildə məlumatlar və şərhlər verilsin, QMİ-nin hazırladığı moizə və xütbə kitablarına əsaslanaraq dindarlarımıza Ramazanda mənəvi-əxlaqi dəyərlər, vətənpərvərlik və dövlətçiliyə sədaqət məfkurəsi təbliğ olunsun. Xüsusi olaraq bir daha dindarlarımıza və din xadimlərimizə xatırlatmaq istərdik ki, iftardan öncə məclislərdə süfrə açılmaşı Allahın hökmü, Peyğəmbərin əmri ilə şəri baxımdan qəbul edilməyən böyük günahdır.
 

Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib. Bu təqvim İdarəmizin internet saytında (www.qafqazislam.com) yerləşdirilib. Əhalimizin və bütün kütləvi informasiya vasitələrinin məhz QMİ-nin təqviminə istinad etmələri tövsiyə olunur. İnşallah, Qafqaz Müsəlmanları İdarəsi Şamaxı Astrofizika Rəsədxanasının məlumatına əsaslanaraq Eydül-Fitr Ramazan bayramının hilalın görünüşünə görə 30 Mart tarixinə təsadüf edəcəyini bildirir, müəyyən dəyişikliklər olacağı təqdirdə əlahiddə məlumat veriləcəkdir.


Rəhman və Rəhim Allahdan duamız budur ki, yeni yüksəliş dövrünü yaşayan ölkəmizi və xalqımızı, dövlətçiliyimizin təminatı olan müdrik ölkə başçımızı və müzəffər ordumuzu bəlalardan hifz edib qorusun, bayrağımızı uca, dövlətimizi və dinimizi daimi etsin, bu mübarək ayın xeyir və bərəkətindən Vətənimizin və millətimizin nəsibini versin! Allah dünyamızı müharibə və münaqişələrdən qorusun, ümmətimizi sülhə və əmin-amanlığa qovuşdursun! Allah torpaqlarımız, Vətənimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Qadir Allah oruc və namazlarımızı qəbul etsin, bizi məğfirət və mərhəmətinə nail olan bəndələrindən qərar versin. Amin!

Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh!"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SOCAR-ın Müşahidə Şurasının İCLASI KEÇİRİLDİ

SOCAR-ın Müşahidə Şurasının İCLASI KEÇİRİLDİ

Bakıda keçiriləcək güləş üzrə dünya çempionatının MEDALLARI təqdim olundu

Bakıda keçiriləcək güləş üzrə dünya çempionatının MEDALLARI təqdim olundu

Diplomat olmaq istəyənlərin NƏZƏRİNƏ: Nəticələr elan olundu

Diplomat olmaq istəyənlərin NƏZƏRİNƏ: Nəticələr elan olundu

Flora Kərimova yubiley təklifindən İMTİNA ETDİ

Flora Kərimova yubiley təklifindən İMTİNA ETDİ

Dövlət qurumlarında 160 milyonluq qanunsuzluq AŞKARLANDI

Dövlət qurumlarında 160 milyonluq qanunsuzluq AŞKARLANDI

Ermənistanda hərbi təcili yardım maşını aşdı: Xəsarət alan var

Ermənistanda hərbi təcili yardım maşını aşdı: Xəsarət alan var

BMT Baş katibi huslilərə ÇAĞIRIŞ ETDİ

BMT Baş katibi huslilərə ÇAĞIRIŞ ETDİ

Şəhid anası qızına həyat verdi – Böyrəyini donor kimi bağışladı

Şəhid anası qızına həyat verdi – Böyrəyini donor kimi bağışladı

Əməkdar artist: "Atam sağdır, ya yox, məlumatsızam"

Əməkdar artist: "Atam sağdır, ya yox, məlumatsızam"

Avropa Birliyi İrana yeni sanksiyalar tətbiq etdi

Avropa Birliyi İrana yeni sanksiyalar tətbiq etdi

Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi

Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi

Neftçalada ağır qəza: BMW işıq dirəyinə çırpılıb aşdı - VİDEO

Neftçalada ağır qəza: BMW işıq dirəyinə çırpılıb aşdı - VİDEO

Separatçıların məhkəməsində kütləvi cinayət sübutları açıqlandı - FOTO

Separatçıların məhkəməsində kütləvi cinayət sübutları açıqlandı - FOTO

Şamaxıda 34 ölkənin rəsmiləri COP sammitini müzakirə etdi - FOTO

Şamaxıda 34 ölkənin rəsmiləri COP sammitini müzakirə etdi - FOTO

Netanyahunun Trampla görüşünün tarixi BƏLLİ OLDU

Netanyahunun Trampla görüşünün tarixi BƏLLİ OLDU

Şəkidə məktəbin bağlanacağı iddialarını nazirlik təkzib etdi - DETALLAR

Şəkidə məktəbin bağlanacağı iddialarını nazirlik təkzib etdi - DETALLAR

Şəmkirdə yanğın: İkimərtəbəli ev ziyan gördü - VİDEO

Şəmkirdə yanğın: İkimərtəbəli ev ziyan gördü - VİDEO

Nazirlikdən əhaliyə "siqaret kötüyü və şüşə" XƏBƏRDARLIĞI

Nazirlikdən əhaliyə "siqaret kötüyü və şüşə" XƏBƏRDARLIĞI

PA Vətəndaş Qəbulu Mərkəzinin avqust ayı üçün CƏDVƏLİ

PA Vətəndaş Qəbulu Mərkəzinin avqust ayı üçün CƏDVƏLİ

Təbiətə 20 min manata yaxın ZİYAN VURULDU

Təbiətə 20 min manata yaxın ZİYAN VURULDU

Sergey Lavrov İrana səfər edəcək

Sergey Lavrov İrana səfər edəcək

SEPAH region ölkələrinin əhalisinə çağırış etdi: "Bu məntəqələrdən uzaq durun!"

SEPAH region ölkələrinin əhalisinə çağırış etdi: "Bu məntəqələrdən uzaq durun!"

Vaxtı bitmiş içkilərə “yeni tarix” qoydular – AQTA aşkarladı – FOTO/VİDEO

Vaxtı bitmiş içkilərə “yeni tarix” qoydular – AQTA aşkarladı – FOTO/VİDEO

Robot-tozsoran partladı - Bədəninin 75%-i yandı

Robot-tozsoran partladı - Bədəninin 75%-i yandı

End of content

No more pages to load

RADİO