Universitetlərdə yeni təhsil proqramları hazırlanır

Elm və Təhsil Nazirliyində ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələri üzrə yeni təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Komissiyanın ilk iclası keçirilib.

Nazirlikdən Bizim.Media verilən məlumata görə, elm və təhsil nazirinin müavini, Komissiyanın sədri İdris İsayevin rəhbərliyi ilə keçirilən iclasda nazirliyin rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri və əmək bazarının nümayəndələri iştirak ediblər.

Bildirilir ki, açılış nitqi ilə çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev əmək bazarının tələblərinin yeniləndiyini və kadr hazırlığının da bu çağırışlara uyğunlaşmasının vacibliyini diqqətə çatdırıb. Ötən il Nazirlər Kabineti tərəfindən ali təhsilin bakalavriat, magistratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələri üzrə ixtisasların yeni təsnifatının təsdiq edildiyini xatırladan İdris İsayev qeyd edib ki, təsnifatda aparılan dəyişikliklər müvafiq olaraq yeni təhsil proqramlarının hazırlanmasını tələb edir. O bildirib ki, proqramlar işəgötürənlərin tələblərinə uyğun olmalıdır. Bu səbəbdən işəgötürənlər də bu prosesdə aktiv iştirak etməlidirlər.

Qeyd edilir ki, Komissiyanın tərkibində Təhsil ixtisasları qrupu, Humanitar və sosial ixtisaslar qrupu, Mədəniyyət ixtisasları qrupu, İqtisadiyyat və idarəetmə ixtisasları qrupu, Təbiət ixtisasları qrupu, Texniki və texnoloji və Xüsusi təyinatlı ixtisaslar qrupları, Kənd təsərrüfatı ixtisasları qrupu, İdman və xidmət ixtisasları qrupu, Əsas (baza ali) tibb təhsili səviyyəsi və səhiyyə ixtisasları qrupu olmaqla 9 İşçi qrupu yaradılıb, İşçi qruplarına rəhbərlik ali təhsil müəssisəsinin rəhbəri və əmək bazarından nümayəndə olmaqla həmsədrlik mexanizmi əsasında təşkil edilib.

İclas zamanı nazir müavini İdris İsayev hər bir İşçi qrupun üzərinə düşən öhdəlikləri diqqətə çatdırıb.
 

Daha sonra təqdimatla çıxış edən nazirliyin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman təhsil proqramları ilə bağlı cari vəziyyət və qeydə alınan problemlər barədə məlumat verib. Turxan Süleyman bildirib ki, yeni təhsil proqramlarının tərtib edilməsi ilə məzunların bilik və bacarıqlarının müasir əmək bazarının tələblərinə uyğunluğunun təmin edilməsi gözlənilir.


İclasda bildirilib ki, həm ali təhsil müəssisələri, həm də əmək bazarının nümayəndələrinin təmsil olunduğu İşçi qrupları ilkin olaraq magistratura səviyyəsində ixtisaslar üzrə ixtisaslaşmalarıın yekun siyahısını hazırlayıb nazirliyə təqdim etməli, hər bir ixtisas (ixtisaslaşma) üzrə müvafiq çərçivə sənədinə uyğun təhsil proqramlarının hazırlanmasını təmin etməlidirlər.

İclas müzakirə formatında davam etdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SOCAR-ın Müşahidə Şurasının İCLASI KEÇİRİLDİ

SOCAR-ın Müşahidə Şurasının İCLASI KEÇİRİLDİ

Bakıda keçiriləcək güləş üzrə dünya çempionatının MEDALLARI təqdim olundu

Bakıda keçiriləcək güləş üzrə dünya çempionatının MEDALLARI təqdim olundu

Diplomat olmaq istəyənlərin NƏZƏRİNƏ: Nəticələr elan olundu

Diplomat olmaq istəyənlərin NƏZƏRİNƏ: Nəticələr elan olundu

Flora Kərimova yubiley təklifindən İMTİNA ETDİ

Flora Kərimova yubiley təklifindən İMTİNA ETDİ

Dövlət qurumlarında 160 milyonluq qanunsuzluq AŞKARLANDI

Dövlət qurumlarında 160 milyonluq qanunsuzluq AŞKARLANDI

Ermənistanda hərbi təcili yardım maşını aşdı: Xəsarət alan var

Ermənistanda hərbi təcili yardım maşını aşdı: Xəsarət alan var

BMT Baş katibi huslilərə ÇAĞIRIŞ ETDİ

BMT Baş katibi huslilərə ÇAĞIRIŞ ETDİ

Şəhid anası qızına həyat verdi – Böyrəyini donor kimi bağışladı

Şəhid anası qızına həyat verdi – Böyrəyini donor kimi bağışladı

Əməkdar artist: "Atam sağdır, ya yox, məlumatsızam"

Əməkdar artist: "Atam sağdır, ya yox, məlumatsızam"

Avropa Birliyi İrana yeni sanksiyalar tətbiq etdi

Avropa Birliyi İrana yeni sanksiyalar tətbiq etdi

Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi

Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi

Neftçalada ağır qəza: BMW işıq dirəyinə çırpılıb aşdı - VİDEO

Neftçalada ağır qəza: BMW işıq dirəyinə çırpılıb aşdı - VİDEO

Separatçıların məhkəməsində kütləvi cinayət sübutları açıqlandı - FOTO

Separatçıların məhkəməsində kütləvi cinayət sübutları açıqlandı - FOTO

Şamaxıda 34 ölkənin rəsmiləri COP sammitini müzakirə etdi - FOTO

Şamaxıda 34 ölkənin rəsmiləri COP sammitini müzakirə etdi - FOTO

Netanyahunun Trampla görüşünün tarixi BƏLLİ OLDU

Netanyahunun Trampla görüşünün tarixi BƏLLİ OLDU

Şəkidə məktəbin bağlanacağı iddialarını nazirlik təkzib etdi - DETALLAR

Şəkidə məktəbin bağlanacağı iddialarını nazirlik təkzib etdi - DETALLAR

Şəmkirdə yanğın: İkimərtəbəli ev ziyan gördü - VİDEO

Şəmkirdə yanğın: İkimərtəbəli ev ziyan gördü - VİDEO

Nazirlikdən əhaliyə "siqaret kötüyü və şüşə" XƏBƏRDARLIĞI

Nazirlikdən əhaliyə "siqaret kötüyü və şüşə" XƏBƏRDARLIĞI

PA Vətəndaş Qəbulu Mərkəzinin avqust ayı üçün CƏDVƏLİ

PA Vətəndaş Qəbulu Mərkəzinin avqust ayı üçün CƏDVƏLİ

Təbiətə 20 min manata yaxın ZİYAN VURULDU

Təbiətə 20 min manata yaxın ZİYAN VURULDU

Sergey Lavrov İrana səfər edəcək

Sergey Lavrov İrana səfər edəcək

SEPAH region ölkələrinin əhalisinə çağırış etdi: "Bu məntəqələrdən uzaq durun!"

SEPAH region ölkələrinin əhalisinə çağırış etdi: "Bu məntəqələrdən uzaq durun!"

Vaxtı bitmiş içkilərə “yeni tarix” qoydular – AQTA aşkarladı – FOTO/VİDEO

Vaxtı bitmiş içkilərə “yeni tarix” qoydular – AQTA aşkarladı – FOTO/VİDEO

Robot-tozsoran partladı - Bədəninin 75%-i yandı

Robot-tozsoran partladı - Bədəninin 75%-i yandı

End of content

No more pages to load

RADİO