FHN-nin strukturlarında Xocalı faciəsinin qurbanları anıldı - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) regional mərkəzlərində və qurumlarında Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı anım tədbirləri keçirilib.

Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlanılan toplantılarda Xocalı soyqırımı qurbanlarının, eləcə də Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 

Tədbirlərdə erməni-daşnak şəbəkəsinin Qafqazda həyata keçirdiyi terrorçu və şovinist siyasətin tarixinə qısa ekskurs edilərək onların Azərbaycan xalqına qarşı reallaşdırdıqları etnik təmizləmə və soyqırımı aktlarından bəhs olunub.


Qeyd olunub ki, XX əsrdə azərbaycanlılara qarşı dəfələrlə terror və soyqırımı aktları həyata keçirən erməni cinayətkarları xalqımıza qarşı növbəti dəfə tarixin ən böyük cinayətlərindən birini 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdilər. SSRİ ordusunun 366-cı motoatıcı alayından dəstək alan erməni silahlı dəstələri bütün humanist dəyərləri və beynəlxalq hüquq normalarını ayaqlar altına ataraq dinc əhaliyə hücum edərək bəşər tarixinin ən qanlı soyqırımını həyata keçirdilər.

Erməni-daşnak terrorçularının reallaşdırdıqları dəhşətli soyqırımı nəticəsində 613 günahsız Xocalı sakini, o cümlədən 106 qadın və 63 uşaq yalnız azərbaycanlı olduqlarına görə qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi.

Tədbirlərdə çıxış edən natiqlər vurğulayıblar ki, Xocalı soyqırımına hüquqi-siyasi qiymət ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən verilib.

Məhz Ümummilli Liderin şəxsi təşəbbüsü ilə 24 fevral 1994-cü il tarixində Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib, BMT-yə, beynəlxalq ictimaiyyətə müraciət edərək bu qətliamın gerçək mahiyyətini açıqlayıb, dünya birliyini erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb.

Bildirilib ki, Ulu Öndərin mütərəqqi siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü fəaliyyət sayəsində Xocalı soyqırımı bir çox dünya dövlətləri tərəfindən tanınır.

Həmçinin Prezident tərəfindən həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi tədbirlər nəticəsində Xocalı faciəsinin yaraları sarınır, erməni işğalından azad olunmuş digər ərazilərimiz kimi, Xocalı şəhəri də bərpa olunur, sakinlər öz yurdlarına qayıdırlar.
 

Çıxışlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan və uğurla davam etdirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyətindən də danışılıb.


Tədbirlərdə Xocalı soyqırımı ilə bağlı videoçarx nümayiş olunub.




























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu 3 bürc üçün yeni dövr başlayır

Bu 3 bürc üçün yeni dövr başlayır

Aşağı intellekt səviyyəsini göstərə bilən 8 davranış açıqlandı

Aşağı intellekt səviyyəsini göstərə bilən 8 davranış açıqlandı

Ağdamda yanan ərazidə minalar partlayır – ANBAAN GÖRÜNTÜLƏR

Ağdamda yanan ərazidə minalar partlayır – ANBAAN GÖRÜNTÜLƏR

"Ramiz dayı"nın məzarını bu hala saldılar — Tanınmış aktyor etiraz etdi

"Ramiz dayı"nın məzarını bu hala saldılar — Tanınmış aktyor etiraz etdi

Tamerlan Qarayev geri çağırılır?

Tamerlan Qarayev geri çağırılır?

Biləcəridəki yanğına görə məhdudiyyət aradan qaldırıldı – Yenilənib

Biləcəridəki yanğına görə məhdudiyyət aradan qaldırıldı – Yenilənib

“Əl-Hilal”ın hücumçusu “Beşiktaş”a keçə bilər

“Əl-Hilal”ın hücumçusu “Beşiktaş”a keçə bilər

Zelenskidən Makronla birlikdə narkotik iddiasına AÇIQLAMA - VİDEO

Zelenskidən Makronla birlikdə narkotik iddiasına AÇIQLAMA - VİDEO

Yevlaxda ədavət qətllə bitdi: "Qardaşıma 18 dəfə atəş açıb" - VİDEO

Yevlaxda ədavət qətllə bitdi: "Qardaşıma 18 dəfə atəş açıb" - VİDEO

Zakir Həsənov qardaş ölkəyə BAŞSAĞLIĞI VERDİ

Zakir Həsənov qardaş ölkəyə BAŞSAĞLIĞI VERDİ

“Araz-Naxçıvan” “Zirə”dən ayrılan futbolçu ilə müqavilə bağladı

“Araz-Naxçıvan” “Zirə”dən ayrılan futbolçu ilə müqavilə bağladı

59 yaşlı kişinin Sumqayıtdakı kirayə evində acı sonu

59 yaşlı kişinin Sumqayıtdakı kirayə evində acı sonu

“Çin və Rusiya mənə söz veriblər, İrana silah satmayacaqlar” - Tramp

“Çin və Rusiya mənə söz veriblər, İrana silah satmayacaqlar” - Tramp

SOCAR-ın Müşahidə Şurasının İCLASI KEÇİRİLDİ

SOCAR-ın Müşahidə Şurasının İCLASI KEÇİRİLDİ

Bakıda keçiriləcək güləş üzrə dünya çempionatının MEDALLARI təqdim olundu

Bakıda keçiriləcək güləş üzrə dünya çempionatının MEDALLARI təqdim olundu

Diplomat olmaq istəyənlərin NƏZƏRİNƏ: Nəticələr elan olundu

Diplomat olmaq istəyənlərin NƏZƏRİNƏ: Nəticələr elan olundu

Flora Kərimova yubiley təklifindən İMTİNA ETDİ

Flora Kərimova yubiley təklifindən İMTİNA ETDİ

Dövlət qurumlarında 160 milyonluq qanunsuzluq AŞKARLANDI

Dövlət qurumlarında 160 milyonluq qanunsuzluq AŞKARLANDI

Ermənistanda hərbi təcili yardım maşını aşdı: Xəsarət alan var

Ermənistanda hərbi təcili yardım maşını aşdı: Xəsarət alan var

BMT Baş katibi huslilərə ÇAĞIRIŞ ETDİ

BMT Baş katibi huslilərə ÇAĞIRIŞ ETDİ

Şəhid anası qızına həyat verdi – Böyrəyini donor kimi bağışladı

Şəhid anası qızına həyat verdi – Böyrəyini donor kimi bağışladı

Əməkdar artist: "Atam sağdır, ya yox, məlumatsızam"

Əməkdar artist: "Atam sağdır, ya yox, məlumatsızam"

Avropa Birliyi İrana yeni sanksiyalar tətbiq etdi

Avropa Birliyi İrana yeni sanksiyalar tətbiq etdi

Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi

Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi

End of content

No more pages to load

RADİO