Azərbaycanda kişilər 4 problemdən ƏZİYYƏT çəkir – MÜHÜM AÇIQLAMA

Hər toplumun, xalqın özü üçün müəyyən etdiyi adət-ənənələr, yaşam qaydaları var. Dövlətlərin çoxunda qadın və kişi bərabərhüquqlu vətəndaşlar olsalar da mental dəyərlərdən qaynaqlanan fərqlilik özünü göstərir. Patriarxal cəmiyyətlərdə kişi üstünlüyə sahibdir, lakin onların da təzyiqə məruz qaldıqları müəyyən məqamlar var.

Azərbaycanda kişilərin üzərinə böyük məsuliyyət düşür. Onlar ailənin maddi yükünü çəkməklə yanaşı sadə məişət problemlərini də həll eləməlidirlər. Oğlanlar təhsillərini bitirən kimi hərbi xidmətə, işləməyə məcbur edilirlər. Restoranda hesab ödəmək, hədiyyə almaq, ictimai nəqliyyatda qadınlara yer vermək öhdəliyinə məruz qalan kişilərə ağlamağı da qadağan edirlər. Oğlanlar “kişilər ağlamaz” deyimi ilə böyüdülərək mənəvi təzyiqə məruz qalırlar.

Bəs bütün bunlar Azərbaycan kişisinin psixologiyasına necə təsir edir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Tariyel Faziloğlu bunun mental tabulardan qaynaqlandığını deyib:

“Azərbaycan kişisi anlayışında müəyyən mental tabular var. Genetik yaddaş deyə bir məfhum var, Azərbaycan kişisi zatən bəlli kişilik kriteriyalarını genetik yaddaş olaraq özündə yaşadır. Bu gün oğlan uşaqlarının böyük əksəriyyəti məsuliyyətdən kənar böyüdülür. Bu da onların bir insan, bir şəxsiyyət, bir kişi kimi yetişməsini əngəlləyir. 18-20 yaşına qədər heç bir məsuliyyət daşımadan, xüsusilə analar tərəfindən məsuliyyətdən kənar böyüdülən adamlar birdən-birə cəmiyyətə atılırlar. Bir anda bu adamlar işləməli, hazırlıqsız şəkildə qarşı cinsə qarşı müəyyən davranışlar sərgiləməli, ailə məsuliyyətini daşımalı, müxtəlif məsuliyyətləri üzərinə götürməlidirlər. Məsuliyyət almadan, yetişmədən, yetişdirilmədən hazır olmadığı halda, sosial cəmiyyətin basqılarına məruz qalan oğlanlar böyük travmalar alaraq, ciddi problemlər yaşayırlar”.

Psixoloq hazırda oğlanların əziyyət çəkdiyi psixoloji problemləri sadalayıb:

“Bu gün oğlanlar arasında dörd əsas problem geniş yayılıb. Onların arasında meyil pozuntusu yaranır, yəni seksual meyilliyin sayı artır. İkincisi, oğlanlar arasında infantinlik sürətlə artır, yəni psixoloji yaşın aşağıda qalması, böyüməmək və bunun nəticəsində uşaq davranışlarını sərgiləmək. Üçüncüsü, oğlanlar arasında depressiv vəziyyətin sayının artmasıdır ki, bu da müəyyən psixotik pozuntuların özü ilə bərabərini gətirir. Ən əsası isə dördüncüsü, oğlanların ümumiyyətlə, kişilik kriteriyaların bir çoxunu qarşılaya bilməməsi nəticəsində əhalinin genefondunda sürətli deqredasiya gedir. Bu dörd məsələ bu gün Azərbaycanda kişilərə qarşı olan proseslərdə aldığımız son nəticələrdir.

Yəni oğlanlar, sosial və psixoloji böyümə yaşamadan böyüdülürlər. Bir anda cəmiyyət ona müəyyən tələblər qoyur ki, sən hərbi xidmətə getməlisən, ailə qurmalısan, ailənin bütün maddi xərclərini qarşılamalısan. Bütün yüklər onun üzərinə gəldiyi zaman ciddi şəkildə psixotik pozuntularla bərabər, eyni zamanda, fizioloji problemlər də artır ki, nəticə etibarı ilə genefondda kişilərdə ciddi deqredasiya gedir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SOCAR-ın Müşahidə Şurasının İCLASI KEÇİRİLDİ

SOCAR-ın Müşahidə Şurasının İCLASI KEÇİRİLDİ

Bakıda keçiriləcək güləş üzrə dünya çempionatının MEDALLARI təqdim olundu

Bakıda keçiriləcək güləş üzrə dünya çempionatının MEDALLARI təqdim olundu

Diplomat olmaq istəyənlərin NƏZƏRİNƏ: Nəticələr elan olundu

Diplomat olmaq istəyənlərin NƏZƏRİNƏ: Nəticələr elan olundu

Flora Kərimova yubiley təklifindən İMTİNA ETDİ

Flora Kərimova yubiley təklifindən İMTİNA ETDİ

Dövlət qurumlarında 160 milyonluq qanunsuzluq AŞKARLANDI

Dövlət qurumlarında 160 milyonluq qanunsuzluq AŞKARLANDI

Ermənistanda hərbi təcili yardım maşını aşdı: Xəsarət alan var

Ermənistanda hərbi təcili yardım maşını aşdı: Xəsarət alan var

BMT Baş katibi huslilərə ÇAĞIRIŞ ETDİ

BMT Baş katibi huslilərə ÇAĞIRIŞ ETDİ

Şəhid anası qızına həyat verdi – Böyrəyini donor kimi bağışladı

Şəhid anası qızına həyat verdi – Böyrəyini donor kimi bağışladı

Əməkdar artist: "Atam sağdır, ya yox, məlumatsızam"

Əməkdar artist: "Atam sağdır, ya yox, məlumatsızam"

Avropa Birliyi İrana yeni sanksiyalar tətbiq etdi

Avropa Birliyi İrana yeni sanksiyalar tətbiq etdi

Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi

Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi

Neftçalada ağır qəza: BMW işıq dirəyinə çırpılıb aşdı - VİDEO

Neftçalada ağır qəza: BMW işıq dirəyinə çırpılıb aşdı - VİDEO

Separatçıların məhkəməsində kütləvi cinayət sübutları açıqlandı - FOTO

Separatçıların məhkəməsində kütləvi cinayət sübutları açıqlandı - FOTO

Şamaxıda 34 ölkənin rəsmiləri COP sammitini müzakirə etdi - FOTO

Şamaxıda 34 ölkənin rəsmiləri COP sammitini müzakirə etdi - FOTO

Netanyahunun Trampla görüşünün tarixi BƏLLİ OLDU

Netanyahunun Trampla görüşünün tarixi BƏLLİ OLDU

Şəkidə məktəbin bağlanacağı iddialarını nazirlik təkzib etdi - DETALLAR

Şəkidə məktəbin bağlanacağı iddialarını nazirlik təkzib etdi - DETALLAR

Şəmkirdə yanğın: İkimərtəbəli ev ziyan gördü - VİDEO

Şəmkirdə yanğın: İkimərtəbəli ev ziyan gördü - VİDEO

Nazirlikdən əhaliyə "siqaret kötüyü və şüşə" XƏBƏRDARLIĞI

Nazirlikdən əhaliyə "siqaret kötüyü və şüşə" XƏBƏRDARLIĞI

PA Vətəndaş Qəbulu Mərkəzinin avqust ayı üçün CƏDVƏLİ

PA Vətəndaş Qəbulu Mərkəzinin avqust ayı üçün CƏDVƏLİ

Təbiətə 20 min manata yaxın ZİYAN VURULDU

Təbiətə 20 min manata yaxın ZİYAN VURULDU

Sergey Lavrov İrana səfər edəcək

Sergey Lavrov İrana səfər edəcək

SEPAH region ölkələrinin əhalisinə çağırış etdi: "Bu məntəqələrdən uzaq durun!"

SEPAH region ölkələrinin əhalisinə çağırış etdi: "Bu məntəqələrdən uzaq durun!"

Vaxtı bitmiş içkilərə “yeni tarix” qoydular – AQTA aşkarladı – FOTO/VİDEO

Vaxtı bitmiş içkilərə “yeni tarix” qoydular – AQTA aşkarladı – FOTO/VİDEO

Robot-tozsoran partladı - Bədəninin 75%-i yandı

Robot-tozsoran partladı - Bədəninin 75%-i yandı

End of content

No more pages to load

RADİO