BİZİM TƏQVİM: 27 fevral tarixində baş vermiş MÜHÜM HADİSƏLƏR

2004-cü ilin bu günündə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Heydər Əliyev adına Hərbi Lisey yaradılıb. Lisey Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün hərbi kadr hazırlığı sistemini təkmilləşdirmək və Milli Ordunun peşəkar kadrlara olan tələbatının ödənilməsi işini yaxşılaşdırmaq məqsədilə təsis edilib.

Bəs, fevralın 27-də danyada daha nələr olub?

1. 1914-cü ilin 27 fevralında Türkiyə aviasiyası ilk şəhidlərini verdi. Pilotlar - baş leytenantlar (yüzbaşı) Fethi bəy və Sadık bəyin sürdüyü “Muaveneti-Milliye” təyyarəsi İstanbul - Qahirə səfərinə başladı. Konya, Ulukışla, Adana, Humus və Dəməşq üzərindən Qahirəyə qədər uzanacaq bu hava səyahəti Dəməşqə qədər problemsiz davam etdi. Ancaq uçuşun 10-cu mərhələsində Qüdsün Təbəri (Tabariye) rayonu yaxınlığında hava axınına düşərək qayalara çırpıldı və düşdü. Pilotlar Fetih bəy və Sadik bəy həlak oldular. Balkan müharibəsindən məğlub çıxan Osmanlı hökuməti bu hava səyahətinin xalqda ruh yüksəkliyi yaradacağını düşünmüşdü.

2. 27 fevral 1917-ci ildə Rusiyada Fevral İnqilabı baş verdi. Nəticədə çar II Nikolay taxt-tacdan əl çəkməyə məcbur oldu, monarxiya rejimi devrildi və müvəqqəti hökumət yarandı.

3. 1918-ci ilin bu günü ermənilər daha bir dəhşətli soyqırım törətdilər: Andranikin başçılıq etdiyi quldur dəstələri Türkiyənin Ərzincan vilayətində 800 nəfəri qətlə yetirdi.

4. 27 fevral 1933-cü ildə Adolf Hitler Almaniyanın baş naziri təyin olunduqdan az sonra parlament binası – Reyxstaq yandırıldı. Bu hadisəyə görə bolqar Dmitrovu ittiham etsələr də, o, məhkəmədə bəraət qazandı. Hitler bu hadisəni kommunistlərin törətdiyini iddia edərək prezident Hindenburqun şəxsi hüquq və azadlıqlarını aradan qaldıran sərəncam imzaladı. Bundan sonra ölkədə özünün Nasist Partiyasından başqa bütün partiyaların fəaliyyətini dayandırdı, Kommunist Partiyasından olan 181 deputatı və başqa partiyaların idarəedicilərini həbs etdirdi.

5. 2010-cu ilin 27 fevralında Çilinin Konsepsyon şəhəri yaxınlığında 8,8 bal gücündə zəlzələ baş verdi. Təxminən min adamın öldüyü bu 90 saniyəlik zəlzələ 2 milyon insanın da həyatına təsir etdi: 500 mindən çox ev dağıldı, zədələndi, elektrik və telefon şəbəkələri çökdü.

6. Hər il fevralın 27-də dünyada Beynəlxalq Qütb Ayısı Günü  qeyd olunur. Bu günün qeyd olunmasının əsas məqsədi qlobal istilik və iqlim dəyişiklərilə əlaqədar nəsli tükənməkdə olan ağ ayılar haqqında ictimaiyyətin məlumatını artırmaq və bu heyvanların qorunmasının vacibliyini vurğulamaqdır. Həmin gün ənənəvi olaraq təbiətin müdafiəsi ilə məşğul olan ekologiya təşkilatları tərəfindən müxtəlif aksiyalar və maarifləndirici tədbirlər həyata keçirilir.

Qütb ayılarının məhvolma təhlükəsinin əsas səbəbləri qütb buzlaqlarının əriməsi və ətraf mühiti çirkləndirən neft quyularının işlənməsidir.

Son illər əldə olunan məlumatlar sübut edir ki, Qütb ayısı təqribən 5 milyon il əvvəl təkamülə başlayıb. Onun əcdadı qonur ayı olub. Lakin ağ ayı qonur ayıdan fərqli olaraq uzaq Şimalda dəniz buzları arasında yaşamağa uyğunlaşıb. 

27 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Məhşur Amerika şairi Henri Lonqfello 1807-ci ilin bu günü anadan olub. O, “Gecə səsləri”, “Köləlik nəğmələri”, “Köçəri quşlar” şeir kitablarının, “Hiperion”, “Kavana” romanlarının müəllifidir. H.Lonqfello filoloq alim kimi də tanınır. Onun “Rövşən bəy – Koroğlunun atlanışı” şeirini Azərbaycan dilinə Cəfər Cabbarlı tərcümə edib (1807-1882).

2. 1947-ci ilin 27 fevralında "Amca bey", "Əfruz bəy", "Yaltaq” (Dalkavuk), "Ağla qara", "Yeni zəngin" obrazlarının yaradıcısı, Türkiyə karikaturasının ustalarından biri Camal Nadir Güler dünyadan köçüb.

3. 27 fevral 1901-ci ildə Xalq yazıçısı Əli Vəliyev (1901 – 2.2.1983) anadan olub. 1918-ci ildə ailəsi Qubadlı rayonuna köçüb. Mətbu orqanlarda çalışıb. “Nənəmin cəhrəsi”, “Qarlı dağlar”, “Ürək dostları”, “Anaqız”, “Ötən günlər” və s. kitabların müəllifidir.

4. 27 fevral 1984-cü ildə aktyor, rejissor Eldar Əliyev (1936-1984) vəfat edib. “Dəli Kür”, “Mən ki gözəl deyildim” və s. filmlərdə çəkilib, Dövlət Rus Dram Teatrında çalışıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əraqçi: ABŞ 14 maddəlik plana cavab verib

Əraqçi: ABŞ 14 maddəlik plana cavab verib

Toyundan paylaşım etdi - FOTO

Toyundan paylaşım etdi - FOTO

Makron İrəvanın mərkəzini gəzdi - VİDEO

Makron İrəvanın mərkəzini gəzdi - VİDEO

Şakiranın konsertinə rekord sayda tamaşaçı gəldi - VİDEO

Şakiranın konsertinə rekord sayda tamaşaçı gəldi - VİDEO

Bir çox məşhurun sevimli yaşıl kokteyli

Bir çox məşhurun sevimli yaşıl kokteyli

Könül Kərimova nəvəsi ilə - FOTO

Könül Kərimova nəvəsi ilə - FOTO

Türkiyədə təhsil alan azərbaycanlı faciəli şəkildə HƏLAK OLDU

Türkiyədə təhsil alan azərbaycanlı faciəli şəkildə HƏLAK OLDU

Türkiyədə güclü fırtına: Ölən və yaralananlar var - FOTO

Türkiyədə güclü fırtına: Ölən və yaralananlar var - FOTO

Lənkəranda çay evində dava qanla bitdi

Lənkəranda çay evində dava qanla bitdi

İraq Prezidenti Ümumdünya Şəhərsalma Forumuna dəvət olundu

İraq Prezidenti Ümumdünya Şəhərsalma Forumuna dəvət olundu

Tramp İranın yeni təklifini rədd etdi

Tramp İranın yeni təklifini rədd etdi

Fərid Qayıbov Serbiyanın idman naziri ilə görüşdü - FOTO

Fərid Qayıbov Serbiyanın idman naziri ilə görüşdü - FOTO

İçərişəhərdə qala divarının aşınan hissəsi bərpa edildi - VİDEO

İçərişəhərdə qala divarının aşınan hissəsi bərpa edildi - VİDEO

Kreditlərin faizləri artıb? - VİDEO

Kreditlərin faizləri artıb? - VİDEO

"15 ildir bina tikilib, amma bizə sənəd verilmir" - Sakinlərdən ŞİKAYƏT - VİDEO

"15 ildir bina tikilib, amma bizə sənəd verilmir" - Sakinlərdən ŞİKAYƏT - VİDEO

Mingəçevirdə qəza: Xəsarət alan var

Mingəçevirdə qəza: Xəsarət alan var

Amerikalı nazirdən açıqlama: "İran tezliklə neft quyularını bağlaya bilər"

Amerikalı nazirdən açıqlama: "İran tezliklə neft quyularını bağlaya bilər"

Makron Bricitin niyə Ermənistana gəlmədiyini açıqladı - VİDEO

Makron Bricitin niyə Ermənistana gəlmədiyini açıqladı - VİDEO

Bir e-mail dünyanı necə dəyişdi? - "Bitcoin"in arxasındakı ideya

Bir e-mail dünyanı necə dəyişdi? - "Bitcoin"in arxasındakı ideya

Azərbaycanlı boksçu Kalininqradda qələbə qazandı

Azərbaycanlı boksçu Kalininqradda qələbə qazandı

Makron Ermənistana gəldi - FOTO

Makron Ermənistana gəldi - FOTO

Lerikdə 21 yaşlı gənci ildırım vurub öldürdü

Lerikdə 21 yaşlı gənci ildırım vurub öldürdü

Sumqayıtda fəhlə iş zamanı ÖLDÜ

Sumqayıtda fəhlə iş zamanı ÖLDÜ

Malatyada sərnişin avtobusu dərəyə aşdı - 4 ölü, 15 yaralı var - VİDEO

Malatyada sərnişin avtobusu dərəyə aşdı - 4 ölü, 15 yaralı var - VİDEO

End of content

No more pages to load

RADİO