“İdeal” şadlıq sarayının fəaliyyəti dayandırıldı – VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli şadlıq evinin fəaliyyətini dayandırıb.

Bizim.Media xəbər verir ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 196 ünvanında yerləşən “İdeal” şadlıq evində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki:obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb və mövcud qurğulara xüsusi lisenziyası olan təşkilatlar tərəfindən xidmət göstərilməyib;

elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;

obyektdə standarta uyğun olmayan elektrik qızdırıcı cihazlardan istifadə olunur;

obyektdə yanar materiallardan olan bəzək əşyaları mövcuddur;

obyekt odsöndürən balonlarla tam təmin edilməyib;

taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;

təxliyə planı mövcud deyil;

pilləkən qəfəsində anbar otağı quraşdırılıb;

obyektin pəncərələrinə metal barmaqlıqlar quraşdırılıb;

obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 196 ünvanında yerləşən “İdeal” şadlıq evinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əraqçi: ABŞ 14 maddəlik plana cavab verib

Əraqçi: ABŞ 14 maddəlik plana cavab verib

Toyundan paylaşım etdi - FOTO

Toyundan paylaşım etdi - FOTO

Makron İrəvanın mərkəzini gəzdi - VİDEO

Makron İrəvanın mərkəzini gəzdi - VİDEO

Şakiranın konsertinə rekord sayda tamaşaçı gəldi - VİDEO

Şakiranın konsertinə rekord sayda tamaşaçı gəldi - VİDEO

Bir çox məşhurun sevimli yaşıl kokteyli

Bir çox məşhurun sevimli yaşıl kokteyli

Könül Kərimova nəvəsi ilə - FOTO

Könül Kərimova nəvəsi ilə - FOTO

Türkiyədə təhsil alan azərbaycanlı faciəli şəkildə HƏLAK OLDU

Türkiyədə təhsil alan azərbaycanlı faciəli şəkildə HƏLAK OLDU

Türkiyədə güclü fırtına: Ölən və yaralananlar var - FOTO

Türkiyədə güclü fırtına: Ölən və yaralananlar var - FOTO

Lənkəranda çay evində dava qanla bitdi

Lənkəranda çay evində dava qanla bitdi

İraq Prezidenti Ümumdünya Şəhərsalma Forumuna dəvət olundu

İraq Prezidenti Ümumdünya Şəhərsalma Forumuna dəvət olundu

Tramp İranın yeni təklifini rədd etdi

Tramp İranın yeni təklifini rədd etdi

Fərid Qayıbov Serbiyanın idman naziri ilə görüşdü - FOTO

Fərid Qayıbov Serbiyanın idman naziri ilə görüşdü - FOTO

İçərişəhərdə qala divarının aşınan hissəsi bərpa edildi - VİDEO

İçərişəhərdə qala divarının aşınan hissəsi bərpa edildi - VİDEO

Kreditlərin faizləri artıb? - VİDEO

Kreditlərin faizləri artıb? - VİDEO

"15 ildir bina tikilib, amma bizə sənəd verilmir" - Sakinlərdən ŞİKAYƏT - VİDEO

"15 ildir bina tikilib, amma bizə sənəd verilmir" - Sakinlərdən ŞİKAYƏT - VİDEO

Mingəçevirdə qəza: Xəsarət alan var

Mingəçevirdə qəza: Xəsarət alan var

Amerikalı nazirdən açıqlama: "İran tezliklə neft quyularını bağlaya bilər"

Amerikalı nazirdən açıqlama: "İran tezliklə neft quyularını bağlaya bilər"

Makron Bricitin niyə Ermənistana gəlmədiyini açıqladı - VİDEO

Makron Bricitin niyə Ermənistana gəlmədiyini açıqladı - VİDEO

Bir e-mail dünyanı necə dəyişdi? - "Bitcoin"in arxasındakı ideya

Bir e-mail dünyanı necə dəyişdi? - "Bitcoin"in arxasındakı ideya

Azərbaycanlı boksçu Kalininqradda qələbə qazandı

Azərbaycanlı boksçu Kalininqradda qələbə qazandı

Makron Ermənistana gəldi - FOTO

Makron Ermənistana gəldi - FOTO

Lerikdə 21 yaşlı gənci ildırım vurub öldürdü

Lerikdə 21 yaşlı gənci ildırım vurub öldürdü

Sumqayıtda fəhlə iş zamanı ÖLDÜ

Sumqayıtda fəhlə iş zamanı ÖLDÜ

Malatyada sərnişin avtobusu dərəyə aşdı - 4 ölü, 15 yaralı var - VİDEO

Malatyada sərnişin avtobusu dərəyə aşdı - 4 ölü, 15 yaralı var - VİDEO

End of content

No more pages to load

RADİO