“Bir yas məclisini buraxmıram, hamısına gedirəm” - Əhəd Abıyev

“Toylara pul göndərirəm, amma bir yas məclisini buraxmıram. İndi də Şəmsəddin Xanbabayevin 40 mərasimindən qayıdıram”. 

Bizim.Media xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Daşkəsən Rayon İcra Hakimiyyətinin sabiq başçısı Əhəd Abıyev deyib.

“Təqaüdə çıxmışam. Buna görə də zamanım imkan verir ki, belə məclislərə gedim. Arada xoş, təravətli, məlahətli səsi olan jurnalistlər, insanlar zəng edib yada salır. Mən belə zənglərdən mənəvi qida alıram. Məni yada salan hər kəsə təşəkkür edirəm. Hər şey qaydasındadır, yaxşıyam”,- deyə Əhəd Abıyev bildirib.

Xatırladaq ki, Əhəd Abıyev 2023-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunub. O, bu vəzifəyə dövlət başçısının 23 fevral 2011-ci il tarixli Sərəncamı ilə təyin edilmişdi.

Keçmiş icra başçısı 15 yanvar 1958-ci ildə Masallı rayonunda anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat və planlaşdırma fakültəsini və "Təfəkkür" Universitetinin hüquq fakültəsini bitirib.

Əmək fəaliyyətinə Masallı Konserv Zavodunda başlamışdır. 1977–1979-cu illərdə hərbi xidmətdə olub.
 

1979–1980-ci illərdə Azərbaycan Avtomobil Nazirliyinin 1 saylı tikinti-quraşdırma idarəsində usta, 1980–1982-ci illərdə Bakı şəhər Mənzil İdarəsində texnik, 1982–1984-cü illərdə "Azərittifaq" Universal bazasında iqtisadçı, 1984–1991-ci illərdə Bakı şəhər Soveti İcraiyyə Komitəsində böyük müfəttiş, böyük iqtisadçı, 1991–1995-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti əhalinin sosial müdafiəsi və məşğuliyyəti şöbəsinin müdiri vəzifələrində çalışıb.


Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Parlamentdəki fəaliyyəti dövründə Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü, Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Əlcəzair, Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.

Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2018-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ailəlidir, iki övladı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Şəfa”nın baş məşqçisi: “Çempionatın startına kimi hazır olacağıq”

“Şəfa”nın baş məşqçisi: “Çempionatın startına kimi hazır olacağıq”

Husilər Səudiyyə Ərəbistanının PUA-sını vurub?

Husilər Səudiyyə Ərəbistanının PUA-sını vurub?

“Sabah Trampın dəvəti ilə Vaşinqtona gedəcəyəm” - VİDEO

“Sabah Trampın dəvəti ilə Vaşinqtona gedəcəyəm” - VİDEO

“Sabah”ın rəqibi qələbə qazandı

“Sabah”ın rəqibi qələbə qazandı

Türkiyə İspaniyaya 2 təyyarə göndərdi

Türkiyə İspaniyaya 2 təyyarə göndərdi

Vətəndaşlara çimərliklərdə təhlükəsizlik qaydaları izah edildi - FOTO

Vətəndaşlara çimərliklərdə təhlükəsizlik qaydaları izah edildi - FOTO

“Qəbələ” legionerini 250 minə satdı

“Qəbələ” legionerini 250 minə satdı

Gürcüstanda Xalq şairi Zəlimxan Yaqubun ev-muzeyi tikilir

Gürcüstanda Xalq şairi Zəlimxan Yaqubun ev-muzeyi tikilir

Qəbələdə obyektin ərazisində yanğın oldu

Qəbələdə obyektin ərazisində yanğın oldu

“Kəpəz” zambiyalı yarımmüdafiəçi transfer etdi

“Kəpəz” zambiyalı yarımmüdafiəçi transfer etdi

Ukrayna Xəzər dənizində İran gəmisinə hücum etdi

Ukrayna Xəzər dənizində İran gəmisinə hücum etdi

Sabah Abşeron çimərliklərində hava küləkli olacaq

Sabah Abşeron çimərliklərində hava küləkli olacaq

Tramp: “Amerikanı yenidən möhtəşəm etdim” - VİDEO

Tramp: “Amerikanı yenidən möhtəşəm etdim” - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Türkiyədə yaşayış məhəllələri su altında qaldı - VİDEO

Türkiyədə yaşayış məhəllələri su altında qaldı - VİDEO

Küləkli hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

Küləkli hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

Şəkidə qəzada ölən 24 yaşlı Mahirin FOTOSU

Şəkidə qəzada ölən 24 yaşlı Mahirin FOTOSU

"Soyuz" Beynəlxalq Kosmik Stansiyanı tərk etdi: Yerə qayıdırlar - VİDEO

"Soyuz" Beynəlxalq Kosmik Stansiyanı tərk etdi: Yerə qayıdırlar - VİDEO

Tramp Kanada ilə sərhədi bu üsulla bağladı – FOTO

Tramp Kanada ilə sərhədi bu üsulla bağladı – FOTO

İraqda neft yatağı partladı - VİDEO

İraqda neft yatağı partladı - VİDEO

İran ABŞ-a vurduğu zərərlərin siyahısını açıqladı - FOTO

İran ABŞ-a vurduğu zərərlərin siyahısını açıqladı - FOTO

Sabahın havası: Bakıda 31 dərəcə isti olacaq

Sabahın havası: Bakıda 31 dərəcə isti olacaq

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

Mahaçqalada faciə: Qazdan zəhərlənən 3 azyaşlı həyatını itirdi - FOTO

Mahaçqalada faciə: Qazdan zəhərlənən 3 azyaşlı həyatını itirdi - FOTO

End of content

No more pages to load

RADİO