Qarabağ uğrunda şəhid olan JURNALİSTLƏR - SİYAHI

Xəbər verildiyi kimi bu gün Kəlbəcərin Susuzluq kəndinə çəkiliş qrupunu aparan avtobus tank əleyhinə minaya düşüb. Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışov həlak olub, avtobusda olan 4 nəfər isə yaralanıb. 

Müstəqilliyimizin ilk illərindən etibarən Ermənistanın Azərbaycan qarşı silahlı təcüzü nəticəsində minlərlə şəhid vermişik. Onların arasında xidməti vəzifəsini yerinə yetirən və şəhidlik mərtəbəsinə yüksələn jurnalistlər də var.

Bizim.Media erməni terroru nəticəsində şəhid olan jurnalistlərimiz araşdırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Kəlbəcərdə çəkiliş qrupunu aparan avtobus minaya düşdü – 2 ölü, 3 yaralı var - VİDEO


1988-1994 –cü illərdə Qarabağ müharibəsində 13 jurnalist erməni terrorçularının hücumuna məruz qalıb. Onlardan 9-u şəhid olub. Şəhid olanlardan 2-si rus, digərləri azərbaycanlılardır.

“Молодежь Азербайджана” qəzetinin müxbiri, Azərbaycanın Milli Qəhrəmanı Salatın Əziz qızı Əsgərova (1961-1991) 1991-ci il yanvarın 9-u Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşüb. Olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulub.

Nəticədə qəhrəman jurnalist  Salatın Əsgərova amansızcasına qətlə yetirilib. O, Şəhidlər xiyabanında dəfn edilib.

Jurnalist, yazıçı və publisist Osman Mirzəhüseyn oğlu Mirzəyev (1937-1991)  peşəkar jurnalist bacarığı mətbuatda deyil, həm də televiziyada davam etdirib. O, Azərbaycan televiziya məkanında ilk bədii-publisistik, ictimai-siyasi “Dalğa” verilişinin yaradıcılarından olub. 1990-cı ilin sentyabrında Osman Mirzəyev Azərbaycan Respublikası Prezident Aparatının şöbə müdiri vəzifəsinə təyin olunub. 20 noyabr, 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub.

Telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafa oğlu Mustafayev (1952-1991)  Azərbaycan Televiziya və Radio Verilişləri şirkətində çalışıb. Müharibə dövründə Dağlıq Qarabağdan – qaynar nöqtələrdən müsahibə və reportajlar hazırlayıb. Moskva şəhərində Azərbaycan Respublikası Ali Məclisi tərəfindən parlament müxbiri olub. 1991-ci il fəaliyyətinə görə “İlin ən yaxşı jurnalisti” mükafatına layiq görülüb. 1991-ci il 20 noyabrda Dağlıq Qarabağın Qarakənd kəndi yaxınlığında sülhməramlı nümayəndələri aparan vertolyotun düşmən mərmisi tərəfindən vurulması ilə şəhid olub.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycan Teleradio Şirkətinin operatoru, Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin İbrahim oğlu Şahbazov (1950- 1991) 1972-ci ildən Azərbaycan Teleradio Şirkətində işə başlayıb və 20 il fasiləsiz olaraq operator peşəsində çalışıb. 1988-ci ildən başlayaraq ermənilərin azərbaycanlıları Dağlıq Qarabağ və eləcə də, Qərbi Azərbaycan torpqlarından zorla, silah gücü ilə çıxartması Fəxrəddin Şahbazovu da narahat etdiyi üçün könüllü olaraq cəbhəyə gedib. O, qaynar döyüş meydanlarından reportajlar hazırlayıb. Dəfələrlə təhlükə ilə üzləşsə də, cəbhəyə getməkdə davam edib. 20 noyabr, 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub. 

Azərbaycanın Milli Qəhrəmanı Kazımağa Möhsün oğlu Kərimov (1951-1992) bir müddət “Azərbaycan məktəbi” jurnalında, sonra isə “Azərbaycan müəllimi” qəzetində çalışıb. Evini, ailəsini və hər bir şeydən uca tutduğu peşəsini arxada qoyaraq çəbhə bölgəsinə yollanıb. Kazımağa Kərimov döyüşə atıldığı ilk gündən bir çox hərbi əməliyyatlarda iştirak edib.

Goranboy rayonunun Gülüstan, Qaraçinar, Manas, Şəfəq, Tap Qaraqoyunlu kəndləri uğrunda gedən döyüşlərdən alnıaçıq çıxsa da, komandanlıq etdiyi batalyonu yeni bir əməliyyata hazırlayıb.

Əməliyyat planı düşmən tapdağı altında olan keçmiş Şamuyankənd rayonunun azad olunması olur. Yalnız bu əməliyyat Kazımağa Kərimovun iştirak etdiyi sonuncu əməliyyat olur.

1992-ci ilin 12-13 iyun tarixlərində Şamuyankənd rayonunun azad olunması uğrunda həyata keçirilən əməliyyatda komandir Kazımağa Kərimov ağır yaralanır. Aldığı yaranın ağır olmasına baxmayaraq Kazımağa əməliyyatın sonunadək iştirak edir. Əməliyyat bitdikdən sonra Bakı şəhərində yerləşən Hərbi Hospitala çatdırılır. O, 15 iyun 1992-ci ildə, ömrünün 41-ci baharında dünyasını dəyişir. 

Telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Fuad oğlu Mustafayev (1960-1992)  həkim olsa da, jurnalistikaya böyük həvəs göstərib. Çingiz Mustafayev Sovet ordusunun Bakıda törətdiyi vəhşilikləri lentə alıb. 1991-ci ildən isə o, həyatını bütövlükdə jurnalistikaya bağlayıb.

Çingiz Mustafayevin əsasını qoyduğu 215 kl studiyasında reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapıb. Çingiz Mustafayevin Xocalı haqda çəkdiyi filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qalıb.

Qəhrəman jurnalist 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olub.

Əlavə olaraq, 2020-ci ilin 27 sentyabrında başlayan, 44 gün davam edən Vətən müharibəsinə qismən səfərbərlik və digər proqramlar çərçivəsində cəlb edilmiş, döyüşlərdə iştirak etmiş jurnalistlərimiz də var. Qeyd edilən dövrdə təqribən 27 nəfər jurnalist ehtiyatda olan zabit və digər kateqoriyalar qismində səfərbərlik proqramına cəlb ediliblər. Cəbhə xəttinə göndərilən 27 nəfərin sırasından 2 nəfər döyüşlər zamanı yaralanıb və  müxtəlif dərəcəli xəsarətlər alıblar.

Səfərbərlik proqramından kənar xidmət keçən, həqiqi hərbi xidmətdə olan jurnalist, ATV-nin keçmiş montajçı-əməkdaşı Davud Qurbanov oktyabrın 5-də şəhid olub.

Bu gün isə Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirən AZƏRTAC-ın müxbiri 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov və AZTV-nin operatoru 1989-cu il təvəllüdlü Sirac Abışovu itirdik. 

Qəhrəman həmkarlarımıza Allahdan rəhmət diləyirik!

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Birinci Liqada ilk tur BAŞA ÇATDI

Birinci Liqada ilk tur BAŞA ÇATDI

Hamilə qadınlar BU QİDALARI yeməlidir

Hamilə qadınlar BU QİDALARI yeməlidir

Polşa işləməyən ukraynalı miqrantların sosial ödənişlərini LƏĞV EDİR

Polşa işləməyən ukraynalı miqrantların sosial ödənişlərini LƏĞV EDİR

Britaniya məhkəməsi miqrantların “kral” və “kraliçası”nı Şotlandiya meşəsindən QOVDU

Britaniya məhkəməsi miqrantların “kral” və “kraliçası”nı Şotlandiya meşəsindən QOVDU

Sərbəst güləşçimiz dünya çempionatının FİNALINDA

Sərbəst güləşçimiz dünya çempionatının FİNALINDA

Mobil telefon işlədənlərə PİS XƏBƏR - Bu sözlər avtomatik dinləməni işə salır

Mobil telefon işlədənlərə PİS XƏBƏR - Bu sözlər avtomatik dinləməni işə salır

“Qarabağ”ın yeni transferi ZƏDƏLƏNDİ

“Qarabağ”ın yeni transferi ZƏDƏLƏNDİ

Bakıda maşından külli miqdarda pul OĞURLANDI

Bakıda maşından külli miqdarda pul OĞURLANDI

“Müharibəni davam etdirmək üçün Ukraynaya 120 milyard lazımdır” - Şmıqal

“Müharibəni davam etdirmək üçün Ukraynaya 120 milyard lazımdır” - Şmıqal

Nadir Qafarzadə böyük oğlu və gəlini ilə - FOTO

Nadir Qafarzadə böyük oğlu və gəlini ilə - FOTO

Avtomobil 1 həftə və ya daha çox sürülməsə hansı problemlər YARANIR?

Avtomobil 1 həftə və ya daha çox sürülməsə hansı problemlər YARANIR?

“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi - VİDEO

“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi - VİDEO

İlon Mask britaniyalıları söz azadlığı uğrunda mübarizəyə ÇAĞIRDI - VİDEO

İlon Mask britaniyalıları söz azadlığı uğrunda mübarizəyə ÇAĞIRDI - VİDEO

FHN-dən Ağdamdakı qəza ilə bağlı MƏLUMAT

FHN-dən Ağdamdakı qəza ilə bağlı MƏLUMAT

Bakıda satılan “Ayfon 17”-nin qiyməti gülüş doğurdu – FOTO

Bakıda satılan “Ayfon 17”-nin qiyməti gülüş doğurdu – FOTO

Tbilisidə hökumət əleyhinə kütləvi aksiya KEÇİRİLİR - VİDEO

Tbilisidə hökumət əleyhinə kütləvi aksiya KEÇİRİLİR - VİDEO

“İmişli”yə TEXNİKİ MƏĞLUBİYYƏT veriləcək

“İmişli”yə TEXNİKİ MƏĞLUBİYYƏT veriləcək

Məktəbdə işləmək istəyən ingilis dili müəllimindən 10 min manat ALDILAR

Məktəbdə işləmək istəyən ingilis dili müəllimindən 10 min manat ALDILAR

Ağdamdakı qəzada xəsarət alanların KİMLİYİ BİLİNDİ

Ağdamdakı qəzada xəsarət alanların KİMLİYİ BİLİNDİ

Eks-prezidentin ailəsi məc­buri qay­dada EVİNDƏN ÇIXARILIR - ANBAAN VİDEO

Eks-prezidentin ailəsi məc­buri qay­dada EVİNDƏN ÇIXARILIR - ANBAAN VİDEO

Məşhur türk serialında Azərbaycanla bağlı SƏHNƏ - VİDEO

Məşhur türk serialında Azərbaycanla bağlı SƏHNƏ - VİDEO

Ağdamda minik maşını traktora çırpıldı - 3 nəfər xəsarət aldı

Ağdamda minik maşını traktora çırpıldı - 3 nəfər xəsarət aldı

Madriddə restoranda partlayış oldu - 25 nəfər xəsarət aldı - FOTO

Madriddə restoranda partlayış oldu - 25 nəfər xəsarət aldı - FOTO

“Sabah” Aleksey İsayevə görə “Qarabağ”a nə qədər pul ödəyib?

“Sabah” Aleksey İsayevə görə “Qarabağ”a nə qədər pul ödəyib?

End of content

No more pages to load

RADİO