Bakıda OLAY: İnternetdə tanış olduğu qadın evindəki duzqabıya kimi satdırdı...

Bu günlərdə külli miqdar təşkil edən və bir o qədər də qəribə dələduzluq cinayətinin məhkəmə istintaqı başa çatıb.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, bu “dələduzluq əsəri”nin qəhrəmanları uzun illərdir Bakıda kirayə qalan qadın və onun internetdə tanış olduğu kişi ilə ailəsidir.

Cinayət işində qadın aldadan, digərləri isə aldanılanlardır.

40 yaşlı Jalə Səmədova (ad və soyadlar şərti) zərdablı Namiqlə bir neçə il əvvəl “Odnoklassniki”də tanış olub. Həmin vaxt Jalə başqası ilə evli olmasına baxmayaraq, Namiqin davranışları onu cəlb edib. Əvvəl özünü başqa adla təqdim edən xanım bir müddət sonra ərindən ayrılaraq onunla münasibət qurub.

Hər şey bundan sonra başlayıb. İstintaq materiallarında yazılıb ki, Jalə münasibətdə olduğu müddətdə Namiqin anası və bacısının da etibarını qazanıb. Bir müddət sonra qadın Namiqin Zərdab rayonundakı evini satdığını bilərək fəaliyyətə keçib. O, ailəni rayonda satdıqları evin pulu ilə kredit şərti də daxil olmaqla, Bakıda iki ünvanda mənzil almağa kömək edəcəyinə inandırıb. Həmin mənzillərin də şəhərin mərkəzində - “Elmlər Akademiyası” metrostansiyasının yanında olacağı deyilib.

Bu vədlə təqsirləndirilən şəxs Namiqin anasından Abşerondakı evində 87 min 800, bacısından isə 43 min 800 manat pul alıb. Ziyan bununla da bitmir. Pulun üstünü düzəltmək üçün ana və qızı evlərindəki bütün əşyaları - şalvar, ayaqqabı, hətta külqabı və duzqabıya kimi satıblar. Topladıqları nə az-nə çox 143 min manatın hamısını evləri alması üçün Jaləyə veriblər.

Jalə isə ailənin belə desək, qara qəpiyinə kimi ələ keçirdikdən sonra aradan çıxıb. Həmin pulları da şəxsi mənafeyinə xərcləyib. 

Zərərçəkmiş şəxslərin polisə şikayətindən sonra təqsirləndirilən şəxs istintaqa cəlb edilib. Amma ilk gündən həbs edilməyib, məhkəmənin sonuna qədər polis nəzarəti şərti ilə azadlıqda qalıb.

Cinayət işini Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Nurəddin Hüseynlinin sədrlik etdiyi hakimlər araşdırıb.
 

Amma xanım özünü təqsirli bilməyib. Dediyinə görə, Namiqlə münasibət qurduqdan sonra anası və bacısı ilə də tanış olub. Həmin vaxt parfümeriya satışı ilə məşğul olduğu üçün onlardan faizə pul götürürmüş. Hər ay da zərərçəkmişlərdən aldığı pulu faizi ilə qaytarıb. Amma onlara ev almaqla bağlı heç vaxt vəd verməyib.


Sadəcə maddi vəziyyəti pisləşdiyi üçün faizi ödəyə bilməyib. Sonradan pulu qaytarması üçün ona hədə-qorxu gəliblər. Son olaraq ailəyə 19 min 750 manat borcu qalıb. Onu da qaytarmaq istəsə də, faizi ilə birgə istədikləri üçün imtina ediblər.

Zərərçəkmiş ana və qızı isə təqsirləndirilən şəxsin onlara pul qaytarmadığını deyərək şikayətçi olub.

Hakimlər dəlil və sübutları araşdırdıqdan, tərəfləri dinlədikdən sonra təqsirləndirilən şəxsə verilmiş ittihamı əsaslı hesab ediblər. Hökmə əsasən, Jalə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə salonunda qandallanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Konsertinə gələn körpəyə 7200 manatlıq jest etdi

Konsertinə gələn körpəyə 7200 manatlıq jest etdi

Bilgəhdə iki nəfər dənizdə batdı

Bilgəhdə iki nəfər dənizdə batdı

Ən hiyləgər BÜRCLƏR: həmişə bir addım öndədirlər

Ən hiyləgər BÜRCLƏR: həmişə bir addım öndədirlər

Partnyorun ciddi münasibətə hazır olmadığını göstərən 6 əlamət

Partnyorun ciddi münasibətə hazır olmadığını göstərən 6 əlamət

Göygöldə Milli Yaylaq Festivalında səhnə uçub, xəsarət alanlar var

Göygöldə Milli Yaylaq Festivalında səhnə uçub, xəsarət alanlar var

Sabah 40 dərəcəyədək isti olacaq: Günvurmadan necə qorunmalı?

Sabah 40 dərəcəyədək isti olacaq: Günvurmadan necə qorunmalı?

Qaxda bıçaqlanma - Xəsarət alan var

Qaxda bıçaqlanma - Xəsarət alan var

İki avtobusun toqquşması zamanı xəsarət alanların vəziyyəti açıqlandı

İki avtobusun toqquşması zamanı xəsarət alanların vəziyyəti açıqlandı

Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

Anası tərəfindən zəncirləndiyi deyilən yeniyetmə müəssisəyə yerləşdiriləcək - Rəsmi

Anası tərəfindən zəncirləndiyi deyilən yeniyetmə müəssisəyə yerləşdiriləcək - Rəsmi

Yeni serial öncəsi Burak Özçivitdən diqqət çəkən paylaşım

Yeni serial öncəsi Burak Özçivitdən diqqət çəkən paylaşım

65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - VİDEO

65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - VİDEO

Atasının ölümündən sonra xəstəxanaya yerləşdirildi

Atasının ölümündən sonra xəstəxanaya yerləşdirildi

Bu BÜRCLƏR üçün sevgi və pul qapısı açıldı

Bu BÜRCLƏR üçün sevgi və pul qapısı açıldı

Yayda antibiotik istifadə edənlərə XƏBƏRDARLIQ

Yayda antibiotik istifadə edənlərə XƏBƏRDARLIQ

TikTok-da qeyri-etik ifadələr işlədən qadın cəzalandırıldı

TikTok-da qeyri-etik ifadələr işlədən qadın cəzalandırıldı

Avropada elektromobil satışları bu səbəbdən artdı

Avropada elektromobil satışları bu səbəbdən artdı

Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlanıb

Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlanıb

Gürcüstanda zəlzələ olub

Gürcüstanda zəlzələ olub

Beyni kiçildən vərdiş: 20 illik araşdırmanın nəticəsi açıqlandı

Beyni kiçildən vərdiş: 20 illik araşdırmanın nəticəsi açıqlandı

Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr

Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr

Bu 4 qida qaraciyərə faydalıdır

Bu 4 qida qaraciyərə faydalıdır

Kadir İnanırın mirası kimə qalacaq?

Kadir İnanırın mirası kimə qalacaq?

Ötən gün 45 kiloqramdan çox narkotik aşkarlanıb

Ötən gün 45 kiloqramdan çox narkotik aşkarlanıb

End of content

No more pages to load

RADİO