Vardanyana irəli sürülmüş konkret ittihamlar ELAN EDİLDİ

Xəbər verdiyimiz kimi Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.

Bizim.Media xəbər verir ki, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov təqsirləndirilən şəxs Ruben Vardanyana irəli sürülmüş konkret ittihamları elan edib.

O cümlədən bildirilib ki, ittiham aktına əsasən Ruben Vardanyan 2022-ci ilin sentyabrında Azərbaycan Respublikasının dövlət sərhədini dövlətin nəzarət-buraxılış məntəqələrindən kənar Ermənistan Respublikasının ərazisindən Laçın rayonu istiqamətində qanunsuz keçərək Azərbaycan ərazisinə daxil olub, Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə məskunlaşıb.

O, özünə və müxtəlif xarici ölkələrin vətəndaşlarına aid pul vəsaitlərini həmtəsisçisi olduğu “humanitar məqsədli” pərdəsi altında fəaliyyət göstərən “Avrora” fondu, “Biz - dağlarımızıq” təşkilatı və sair yardım aksiyaları adı altında toplayaraq həmin vəsaitlər hesabına Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları maddi cəhətdən təmin, əsgəri ləvazimatla təchiz edib, hərbi silah və texnikanı qanunsuz əldə edərək Azərbaycana qanunsuz gətirməklə əvvəlcədən xüsusi təşkil etdiyi hərbi anbarlarda saxlayıb.
 

Bundan başqa, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan “yerli özünümüdafiə dəstələri” adlandırdığı, habelə əsasən peşəkar hərbçilərdən ibarət digər silahlı dəstə və qrupların üzvlərinə aylıq muzd ayıraraq verib. Həmçinin “VoMa” adlı terror təşkilatının yaradıcısı Vartanov Vladimir (Vova) Levanoviçlə sövdələşərək həmin təşkilatın təlimatçıları tərəfindən Azərbaycan vətəndaşlarına qarşı terrorçuluq əməllərinin törədilməsi məqsədilə təlimlərin keçirilməsinin təşkil edilməsi üçün pul vəsaitlərini verib.



Habelə Azərbaycanın işğal altında olan suveren ərazilərində mülki və hərbi obyektlərə qarşı istifadə edilməsi üçün idarəolunan zenit raketlərinin və komplekslərinin, hədəflərin aşkarlanması stansiyalarının, akkumulyator və radioötürücü blokların, digər qurğuların kütləvi istehsalının qurulması, bununla əlaqədar birgə müəssisənin yaradılması məqsədilə Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən “AKVA” şirkətinin məsul şəxsləri ilə danışıqlar aparmaqla sövdələşib. Həmçinin Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz silahlı birləşmələr tərəfindən istifadəsi nəzərdə tutulan helikopter tipli pilotsuz uçuş aparatlarının (PUA) alınması və onları istehsal edəcək zavodun inşa edilməsinə, habelə radioelektron mübarizə sisteminin alınaraq qanunsuz silahlı birləşmələrə çatdırılmasına dair danışıqlar apararaq müvafiq tapşırıqlar verib.

Eyni zamanda, Ruben Vardanyan şəxsən tərtib etdiyi fəaliyyət planında Azərbaycanın xarici ölkələrdə olan diplomatik korpusunun nümayəndələri, xidməti vəzifələrini və ictimai borcunu yerinə yetirən vətəndaşlarına qarşı terrorçuluq törədilməsi üçün “Nemezis-2” terror əməliyyatının başlanılması təşəbbüsünü irəli sürüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Konsertinə gələn körpəyə 7200 manatlıq jest etdi

Konsertinə gələn körpəyə 7200 manatlıq jest etdi

Bilgəhdə iki nəfər dənizdə batdı

Bilgəhdə iki nəfər dənizdə batdı

Ən hiyləgər BÜRCLƏR: həmişə bir addım öndədirlər

Ən hiyləgər BÜRCLƏR: həmişə bir addım öndədirlər

Partnyorun ciddi münasibətə hazır olmadığını göstərən 6 əlamət

Partnyorun ciddi münasibətə hazır olmadığını göstərən 6 əlamət

Göygöldə Milli Yaylaq Festivalında səhnə uçub, xəsarət alanlar var

Göygöldə Milli Yaylaq Festivalında səhnə uçub, xəsarət alanlar var

Sabah 40 dərəcəyədək isti olacaq: Günvurmadan necə qorunmalı?

Sabah 40 dərəcəyədək isti olacaq: Günvurmadan necə qorunmalı?

Qaxda bıçaqlanma - Xəsarət alan var

Qaxda bıçaqlanma - Xəsarət alan var

İki avtobusun toqquşması zamanı xəsarət alanların vəziyyəti açıqlandı

İki avtobusun toqquşması zamanı xəsarət alanların vəziyyəti açıqlandı

Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

Anası tərəfindən zəncirləndiyi deyilən yeniyetmə müəssisəyə yerləşdiriləcək - Rəsmi

Anası tərəfindən zəncirləndiyi deyilən yeniyetmə müəssisəyə yerləşdiriləcək - Rəsmi

Yeni serial öncəsi Burak Özçivitdən diqqət çəkən paylaşım

Yeni serial öncəsi Burak Özçivitdən diqqət çəkən paylaşım

65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - VİDEO

65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - VİDEO

Atasının ölümündən sonra xəstəxanaya yerləşdirildi

Atasının ölümündən sonra xəstəxanaya yerləşdirildi

Bu BÜRCLƏR üçün sevgi və pul qapısı açıldı

Bu BÜRCLƏR üçün sevgi və pul qapısı açıldı

Yayda antibiotik istifadə edənlərə XƏBƏRDARLIQ

Yayda antibiotik istifadə edənlərə XƏBƏRDARLIQ

TikTok-da qeyri-etik ifadələr işlədən qadın cəzalandırıldı

TikTok-da qeyri-etik ifadələr işlədən qadın cəzalandırıldı

Avropada elektromobil satışları bu səbəbdən artdı

Avropada elektromobil satışları bu səbəbdən artdı

Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlanıb

Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlanıb

Gürcüstanda zəlzələ olub

Gürcüstanda zəlzələ olub

Beyni kiçildən vərdiş: 20 illik araşdırmanın nəticəsi açıqlandı

Beyni kiçildən vərdiş: 20 illik araşdırmanın nəticəsi açıqlandı

Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr

Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr

Bu 4 qida qaraciyərə faydalıdır

Bu 4 qida qaraciyərə faydalıdır

Kadir İnanırın mirası kimə qalacaq?

Kadir İnanırın mirası kimə qalacaq?

Ötən gün 45 kiloqramdan çox narkotik aşkarlanıb

Ötən gün 45 kiloqramdan çox narkotik aşkarlanıb

End of content

No more pages to load

RADİO