UFAZ-a qəbul imtahanında rekord sayda abituriyent iştirak etdi


İyulun 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) qəbul imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzinin mərkəzləşdirilmiş qəbul imtahanında I qrup üzrə 500-dən çox bal toplayan 523 nəfər abituriyent UFAZ-a qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib. Abitiriyentlərdən 400 nəfəri Azərbaycan, 123 nəfəri isə rus bölməsi üzrə imtahanlarda iştirak etmək istəklərini ifadə ediblər. UFAZ-a qəbul imtahanında iştirak etmək istəyən abituriyentlərin DİM-in keçirdiyi mərkəzləşdirilmiş qəbul imtahanlarında topladıqları bal 500-700 bal arasında dəyişir. UFAZ-da hər bir ixtisas üzrə 120 dövlət sifarişli və 40 ödənişli əsaslarla, ümumilikdə 160 tələbənin təhsil alması nəzərdə tutulur.

UFAZ-a qəbul imtahanları ilə bağlı KİV nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov, UFAZ-ın baş katibi Şarlotta Payen, UFAZ-ın elm üzrə eksperti Pierre Collet, UFAZ-ın Kompüter Elmləri ixtisasının proqram direktoru Ann Janin Jirardon jurnalistlərin suallarını cavablandırıblar.

UFAZ-a göstərilən marağa görə media nümayəndələrinə təşəkkürünü bildirən ADNSU-nun rektoru, professor Mustafa Babanlı əvvəlki illərlə müqayisədə UFAZ-a marağın artdığını qeyd edib. UFAZ-ın artıq cəmiyyətdə nüfuz qazandığını bildirən rektor bunun Təhsil Nazirliyinin ölkədə ali təhsil sahəsində apardığı işlərin sayəsində mümkün olduğunu vurğulayıb. I ixtisas qrupu üzrə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi mərkəzləşdirilmiş imtahanlarda 880 abituriyentin 600-dən yuxarı bal topladığını qeyd edən rektor M.Babanlı onlardan 262 nəfərinin UFAZ-a qəbul imtahanları üçün qeydiyyatdan keçdiyini və bunun olduqca yüksək göstərici olduğunu vurğulayıb.

İmtahan prosesi saat 10.00-dan 12.00-dək davam edib. İmtahanda abituriyentlər ümumi təhsil pilləsindəki tədris dillərinə uyğun (Azərbaycan və ya rus) riyaziyyat, kimya, fizika və ümumi biliklər bloku üzrə hər birindən on test sualını cavablandırıb və ingilis dilində qrammatik çalışma və esse yazıblar.

İmtahan prosesi davam edərkən rektor, professor Mustafa Babanlı imtahanda iştirak edən abituriyentlərin valideynləri ilə görüşüb və onları maraqlandıran sualları cavablandırıb.

İmtahandan sonra UFAZ-ın tələbəsi adını qazanmış gənclərin adları Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim olunacaq. Təhsil Nazirliyi isə öz növbəsində UFAZ-a qəbul olmuş gənclərin adlarını Dövlət İmtahan Mərkəzinə təqdim edəcək və onlar digər ali məktəblərə müsabiqədə artıq iştirak etməyəcəklər. UFAZ-a imtahan vermiş, lakin uğur əldə edə bilməmiş tələbələr DİM-in təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanında topladıqları ballar əsasında ADNSU-nun, eləcə də digər ali məktəblərin təqdim etdiyi müvafiq ixtisaslar arasında öz seçimlərini edə bilərlər. İmtahan nəticələri iyulun 27-də elan olunacaq. Nəticələrdən qane olmayan abituriyentlər üçün iyulun 28-də appelyasiyaya müraciət etmək imkanı yaradılıb.

Xatırladaq ki, UFAZ-da 4 ixtisas üzrə - geofizika mühəndisliyi, kimya mühəndisliyi, kompüter elmləri, neft-qaz mühəndisliyi ixtisasları üzrə tədris həyata keçirilir. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ya Ren 1 və ADNSU) əldə edəcəklər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Milli Məclisin plenar iclasında 9 məsələ müzakirə olunub

Milli Məclisin plenar iclasında 9 məsələ müzakirə olunub

Ən yaxşılar BƏLLİ OLDU: "Bavariya", "Arsenal"...

Ən yaxşılar BƏLLİ OLDU: "Bavariya", "Arsenal"...

Kofe əhvalı yüksəldir - Elm SÜBUT ETDİ

Kofe əhvalı yüksəldir - Elm SÜBUT ETDİ

Xatirənin bu görüntüləri TƏNQİD OLUNDU - FOTO

Xatirənin bu görüntüləri TƏNQİD OLUNDU - FOTO

"Real"ın "Santyaqo Bernabeu" ilə bağlı HƏDƏFİ

"Real"ın "Santyaqo Bernabeu" ilə bağlı HƏDƏFİ

Dövlət qurumlarının balansında olan dörd avtobus və 25 avtomobil hərraca ÇIXARILIR

Dövlət qurumlarının balansında olan dörd avtobus və 25 avtomobil hərraca ÇIXARILIR

Bakıda bağçada yayılan görüntülər müzakirələrə səbəb oldu - VİDEO

Bakıda bağçada yayılan görüntülər müzakirələrə səbəb oldu - VİDEO

QALMAQAL: “Vəfa çox yalançıdır!” - VİDEO

QALMAQAL: “Vəfa çox yalançıdır!” - VİDEO

Gəncədə 61 yaşlı qadın evində ölü TAPILDI

Gəncədə 61 yaşlı qadın evində ölü TAPILDI

Avropanın rəmzi komandasında kimlər var?

Avropanın rəmzi komandasında kimlər var?

Prezidentin dünya çempionu ilə səmimi dialoqu: "Sən hələ yarışırsan?" - VİDEO

Prezidentin dünya çempionu ilə səmimi dialoqu: "Sən hələ yarışırsan?" - VİDEO

Mədəniyyət xadimlərinə dövlət təltifləri təqdim olunub - FOTO

Mədəniyyət xadimlərinə dövlət təltifləri təqdim olunub - FOTO

“ABŞ Ukraynaya 15 il müddətinə təhlükəsizlik zəmanətləri təklif edib” - Zelenski

“ABŞ Ukraynaya 15 il müddətinə təhlükəsizlik zəmanətləri təklif edib” - Zelenski

“Neftçi”nin sabiq baş məşqçisi bu ölkədə ÇALIŞACAQ

“Neftçi”nin sabiq baş məşqçisi bu ölkədə ÇALIŞACAQ

Leyla Əliyeva "Euronews"a MÜSAHİBƏ VERDİ - VİDEO

Leyla Əliyeva "Euronews"a MÜSAHİBƏ VERDİ - VİDEO

“ASAN Xidmət”də İNSİDENT: Mühafizəçi ilə əlbəyaxa olub pilləkəndən yıxıldılar

“ASAN Xidmət”də İNSİDENT: Mühafizəçi ilə əlbəyaxa olub pilləkəndən yıxıldılar

İlham Əliyev: "Dedim ki, sən yığmadan yaxşı oynayırsan" - VİDEO

İlham Əliyev: "Dedim ki, sən yığmadan yaxşı oynayırsan" - VİDEO

Real Alaba ilə bağlı QƏRAR VERDİ

Real Alaba ilə bağlı QƏRAR VERDİ

Arayikgilin məhkəməsində məhkəmə baxışı başa çatdı - FOTO

Arayikgilin məhkəməsində məhkəmə baxışı başa çatdı - FOTO

Telli efirdə QƏZƏBLƏNDİ: “Axı sən kimsən?!” - VİDEO

Telli efirdə QƏZƏBLƏNDİ: “Axı sən kimsən?!” - VİDEO

Leyla Əliyeva və Alena Əliyeva Uşaq İncəsənət Festivalının mükafatlandırma mərasimində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Uşaq İncəsənət Festivalının mükafatlandırma mərasimində - FOTO

Göygöldə AĞIR QƏZA - 3 nəfər xəsarət aldı

Göygöldə AĞIR QƏZA - 3 nəfər xəsarət aldı

Prezident: "Bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır”

Prezident: "Bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır”

Hakimi təhqir edən futbolçu 6 oyunluq cəza verildi

Hakimi təhqir edən futbolçu 6 oyunluq cəza verildi

End of content

No more pages to load

RADİO