Müəllim haqda ballada...


2014-cü ildən şovinist gürcü zehniyyətinin subyektiv düşüncəsi ucbatından Borçalıya gedə bilmirəm. Məktəbləri, müəllimləri, əzizlərimi ziyarət etmək imkanım bu səbəbdən məhdudlaşmışdır. Bütün zamanlarda Bakıdan elə üz tutanda ilk baş çəkdiyim müqəddəs bildiyim məkan məktəb, ilk əlini sıxdığım müəllimlərim olub. Məktəb həyatın, insanlığın, şəxsiyyətin və nəhayət Allahınxa0 öyrədildiyi və dərk edildiyi ocaqdır. Məktəb olan yerdə dərk etmə hiss, duyğu müstəvisindən üst qata, şüur qatına hopur, ruhi kamillik və nəticə etibarı ilə ruhani, yetkin şəxsiyyət, insan formalaşır. İnsan məskunlaşdığı məkanda ilk inşa etdiyi məktəbdirsə, ehtiram duyduğu kəsim müəllimdirsə, orada insanlıq, ədəb-ərkan, iman, milli ruh aparıcı olacaq.xa0

Borçalı unikal bir coğrafiya və özünəməxsus ruhani toplumun məskunlaşdığı məkandır. Kifayət qədər mürəkkəb proseslərdən bu günə qədər özünəməxsusluğunu, folklor, kultür, dialekt, adət-ənənə özəlliklərini saxlamaqdadır. Azərbaycan və Gürcüstan arasında bu unikal insan tipinin varlığı hər iki dövlətin, xalqın və bütövlükdə regionun xoşbəxtliyidir. Borçalı türkü tarazlıq, ədalət, barış və sülh məkanıdır. Sanki bu toplum bu mussiyalar üçün doğulub. Onu yerindən etmək, haqqını yemək, bu torpaqla ruhani bağlılığını qırmaq, tarixi missiyasını sıradan çıxartmaq istəyində olan məkrli qüvvələr, mərkəzlər mövcuddur. Torpağına, dilinə, inancına, tarixi yaddaşına, məktəbinə uzanan əllər görünməkdədir. Bir anlıq təsəvvür etsək ki, düşmənlər istəklərinə çatıblar o an mənzərə cəhənnəmi xatırladar.xa0

Məktəbin olmadığı məkanda məscid mənasızdır. Məscid ibadət yeridirsə, məktəb ibadətə gedəni Allaha daha da yaxınlaşdıran əvəzsiz vasitədir. Məktəb və müəllim haqda yazmaq istəyim bu baxımdan təsadüfi deyil. Məsuliyyətimlə bu qənaətdəyəm ki, bu iki subyekt qorunmadığı məmləkəti də, eli də tənəzzül təqib edər.xa0xa0

Çoxdan beynimdə müəllim haqqında nəsəxa0 yazmaq, onları yuxarı başda oturdaraq öymək, təltif etmək, oxşamaq haqda fikirlər dolaşmaqdadır. Düşünürəm ki, artık başlamaq anı yetişib. Kəndçimizxa0 Nadir kişinin oğlu Dərzixan müəllimlə intensiv telefon görüşmələrimiz bu layihəni gerçəkləşdirməyə təkan verdi. Hər görüşümüzdə sonra vidalaşma məqamında Dərzixan müəllimdən xahiş edirəm ki, Qiyas müəllimə, Məhəmməd Muxtaroğluna, Haley müəllimə, Zülfüqar müəllimə, ümumiyyətlə müəllimlərə, ağsaqqallara salam söyləsin. Var olsun. Ertəsi gün bu istəyimi yerinə yetirdiyini bildirir, hətta müəllimlərimin alnından öpmək xahişimi də yerinə yetirdiyini bildirdi. Təsirləndim.xa0

Təməl ailədir, ən sistemli inkişaf təməli məktəb, müəllim olduğu inancı ruhuma hakimdir. Dərzixan müəllim dedi ki, Muxtaroğlu deyir ki, Ədiloğlu (məni nəzərdə tutur) ona görə bu dörd nəfər müəllimi seçib ki, onların sayı azalıb, qüruba gedirlər. Açığı çox qürurlandım. Allah baisin evini yıxsın deyib dədələrimiz. Bu sızıltısına görə ən sevimli riyaziyyat müəllimlərimdən olan Muxtaroğlunun əlindən, alnından öpmək, müəllim müqəddəsliyi önündə diz çökməyin qürurunu yaşamaq istərdim. İnşallah, bu şərəfin nəsibim olacağına çox inanıram….
Və qələm mürəkkəb qabına girdi, ömürlərini təhsilə, elə, ləyaqətli, savadlı eloğlu yetişdirməyə həsr etmiş, 90 yaşına yaxın olmasına baxmayaraq yenə də məktəblə, müqəddəs ocaqla nəfəs alan Qiyas müəllim – Ağamirli Qiyas Kazımov haqqında yazmaq qərarına gəldim.xa0xa0


Qiyas müəllim 1931-ci il fevralın 20-də Borçalı Mahalının Qarayazı – Qardabani bölgəsinin Nəzərli kəndində anadan olub. İlk təhsilini qonşu Kosalı məktəbində almışdır. Həmin məktəbdə elimizin, millətimizin ruhunun klassik nümunəsixa0 olan filosof Camal Mustafayev, filoloq Cəlal Abdullayev oxumuş – çalışmışlar. Qiyas Kazımov təhsilini Azərbaycanda alaraq, Bakıdaxa0 Azərbaycan Politexnik İnstitutunu və M.F.Axundov adına Rus Dili və ədəbiyyatı institutunu bitirib doğma kəndi Nəzərliyə qayıdır. Kosalı məktəbində gözəl müəllimlər Zülfüqar Qəribov, Fərrux Kərimov, Almaz Vəliyev, Abdulla İsayev, Yasin Piriyev, Yasin Binnətzadə, Süleyman Abdullayev, Muxtaroğlu Məmmədov, Vəli Qədirov və başqaları ilə bərabər müəllim, eyni zamanda məktəbin direktoru işləyəmişdir.xa0 Rus dili və ədəbiyyatı fənnləri üzrə dərs verməklə dünya şöhrətli alimlər, Hamlet İsaxanlı, Elmxan Mahmudov, Rza Mahmudov, Əhməd Məmmədov, Qalib Kərimov, Qiyas İsmayılov, Aydın Paşacanov, Aydın Paşayev, Şəmistan Vəliyev, Suddar İsayev, Bəhram İsmayılov,xa0 Xiyal Xiyalov,xa0 Nizami Bağırov, Elmxan Məmmədov, Məmməd Xiyalov, Dərsəxan Mahmudov və onlarla alim və mütəxəssislərin yetişməsində əvəzsiz xidmətləri olmuşdur.xa0

Qiyas müəllim gözəl müəllimdir. O, özünəməxsus tədris təlimi şagirdə özgüvənc və təhsilə, elmə, el-obaya, milli dəyərlərə sevgi aşılamaq üzərində qurulmuşdu. O, eyni zamanda şagirdlərə - “özünü dərk etmədən başqasına anlamağın çətin olar, həyatın mürəkləşər” deməklə başqa dil, mədəniyyət, millət, inancı da sevdirməyi təşviq edirdi. Qiyas müəllim “xəttiniz yaxşı, səliqəli, xəttat kimi olarsa, şəxsiyyətinizin, xarakterinizin formalaşmasında mühüm rol oynayacaq” kəlamları da ibratamiz idi. “Siz hərfi yazanda elə yazın ki, ondan, onların cəmi sözdən, sözlərin cəmi cümlənin qurulıuşundan zövq alasınız” deməsini olduğu kimi xatırlayıram. Estetik və ruhani gözəlliyin təməlində bu cür incə məqamların mühüm rol oynadığı qənaətindəyəm.xa0

Qiyas müəllim böyük müəllimdir. Bunun altını cızaraq yazıram. 90 illik bir ömrün 70 ilini müəllimliyə həsr etmək və bununla qürurlanmaq yalnız böyük insanların işi ola bilər. Ötən əsrin 90-cı illərinin təlatümlərində dik durmağı, məktəbi, müəllimlik adını, elin adını uca tutmağı bir tarixdi. Bu cür müəllimlərin varlığı, elin yanında, prosesin önündə olması bu gün var olmağımızın təməlidir.xa0

Qiyas müəllim El adamıdır, el ağsaqqalıdır. Köç üzü Azərbaycana yön alanda, köç yolunu hamarlayan bizdən olmayanlar, bizim olmayanlar bəhanələr uyduranda onun qabağını kəsən kişilərdən biri də Qiyas müəllim idi. Azərbaycan milli hərəkatının fəallarından olaraq Borçalı ilə intensiv əlaqədə olan biri kimi cəsarətlə deyə bilərəm ki, Qiyas müəllim, Məhəmməd Muxtaroğlu, Muxtar Əliyev, Zahid Ələmpaşallı, Əhməd Hacıməmmədov, İsmixan Məmmədov və müəllimlər ordusu köçün qarşısını alan, elə bağlılıq hisslərini aşılayan, bütün təxribatlara rəğmən eldən aralanmamağa çağıran fədakarlar idi. Qiyas müəllim elin xeyir-şərinin yaraşığı olaraq bu gün də şükürlər olsun ki, ayaq üstədir. 90 yaşlı müəllim müəllim, eloğlu, ağsaqqal adını uca saxlamaqla qürur yerimizdir.

Qiyas müəllim el şairidir.xa0 Elin içində olub onun dərd sərini qələmə alan, poetikdildə oxucuya çatdıran, tarixiləşdirən insanlara hörmətliyəm. Qiyas müəllim yaradıcı insandır. Bir-birindən gözəl misralar müəllifidir.xa0

Onun şerlərində dilimizin, mədəniyyət və məişətimizin gözəllikləri incəliklə ifadə olunmuşdur. Yaradıcılığında ruhi saflıq, el ruhunun təcəssümü gözəl təsvir olunmuşdur. Şeerlərində şeyx Nizami, Yunus İmrə, Mövlanə ruhu aydın sezilir.xa0

Bilinmir nə üstə qurulub cahan
Əvvəli möcüzə, sonu möcüzə
Kim çıxa bilibdir bu imtahandan
Haqqın memarilə gəlib üz-üzə
Qiyas müəllimin bu misraları onun həyata, ədalətə, haqqa etiqadı aydın sezilir.

Qiyas müəllim dostluq carçısıdır. Məkrli güclər hər zaman iki xalq, iki dövlət arasında konflikt mühiti yaratmağa cəhd etməklə öz çirkin niyyətlərini gerçəkləşdirməyə çalışmışlar. Qiyas müəllim əsl müəllim, məsuliyyətli vətəndaş olaraq dostluq, qardaşlıq xəttinə daim sədaqətli olmuş, bu istiqamətdə Borçalı Cəmiyyətinin həyata keçirdiyi layihələrə inanaraq dəstək, xeyir-dua vermişdir. Bizim dostluğumuzun, könül birliyimizin mükəmməl olmasında fikrimcə əsil-nəslimiz, şəxsiyyərtimiz nə qədər rol oynamışdırsa, tutduğumuz yolun dürüstlüyü də mühüm rol oynamışdır. Zaman-zaman bu və ya digər qərarların qəbul olunmasında onun ibratımiz təklifləri mühüm rol oynamışdır. Qiyas müəllim Gürcüstanı doğma vətən olaraq sevdiyi kimi Azərbaycanı da milli dövlət olaraq sevir, mənəvi körpü rolunu oynamaqdadır.xa0

Qiyas müəllim həm də gözəl dost və gözəl ailə başçısıdır.xa0 Bunu ucadan söləyirəm, çünki görülən dağ göz önündədir, ona bələdçi gərəkməz.xa0

Son və davam. Qiyas müəllim simgədir. Əsl müəllimlik, ağsaqqallıq, eloğluluq, insanlıq simvoludur. Onu sevmək də, qorumaq da, layiq olduğu mərytəbədə tutmaq da qürurvericidir,xa0 şərəfli işdir. Qiyas müəllim içimdə şəxsimi silkələyən, mənəvi dünyamı daha da saflaşdıran yuva qurduğu üçün təşəkkür edir və təbrik edirəm. Qiyas müəllim timsalında müəllim və insan adını uca tutan şəxsiyyətləri sevmək, oxşamaq vəfa borcumuz,xa0 qürurlanmaq,xa0 qorumaq və ucaltmaq isə görəvimiz olsun. Tanrı müəllim və məktəb adını uca tutanları qorusun. Hamıya son çağrı:- Borçalıda məktəbləri və müəllimləri qoruyun.

Borçalı Cəmiyyəti”nin sədrixa0
Zəlimxan Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda evlərdən 2 meyit TAPILDI

Bakıda evlərdən 2 meyit TAPILDI

Naxçıvan Ali Məclisinin 2025-ci il payız sessiyası BAŞA ÇATDI - FOTO

Naxçıvan Ali Məclisinin 2025-ci il payız sessiyası BAŞA ÇATDI - FOTO

Məşhur məşqçi əməliyyat olundu

Məşhur məşqçi əməliyyat olundu

B12 vitamini çatışmazlığı: Risk qrupları KİMLƏRDİR?

B12 vitamini çatışmazlığı: Risk qrupları KİMLƏRDİR?

Netanyahu Trampı İrana yenidən zərbə endirməyə razı salmağa çalışır — KİV

Netanyahu Trampı İrana yenidən zərbə endirməyə razı salmağa çalışır — KİV

Maqnus Karlsen rəqibini QORXUTDU

Maqnus Karlsen rəqibini QORXUTDU

Naxçıvan DYP sürücü və piyadalara MÜRACİƏT ETDİ

Naxçıvan DYP sürücü və piyadalara MÜRACİƏT ETDİ

“Fənərbağça” “Milan”ın üzvünü transfer edir

“Fənərbağça” “Milan”ın üzvünü transfer edir

Daha 5 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri AÇIQLANDI

Daha 5 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi - FOTO

Azərbaycanda polkovnik vəfat etdi - FOTO

İspaniya millisinin üzvü ZƏDƏLƏNDİ

İspaniya millisinin üzvü ZƏDƏLƏNDİ

Tramp: “Əgər nüvə proqramını bərpa etməyə cəhd etsə, İranı məhv etməli olacağıq” - VİDEO

Tramp: “Əgər nüvə proqramını bərpa etməyə cəhd etsə, İranı məhv etməli olacağıq” - VİDEO

Prezidentin ailəsi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil olunan bayram şənliyində - FOTO

Prezidentin ailəsi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil olunan bayram şənliyində - FOTO

Türkiyə millisinin üzvü ilə bağlı QƏRAR VERİLDİ

Türkiyə millisinin üzvü ilə bağlı QƏRAR VERİLDİ

Prezident "Ağ Şəhər"dən paylaşım etdi - VİDEO

Prezident "Ağ Şəhər"dən paylaşım etdi - VİDEO

Tramp: "Putin Bakı ilə İrəvan arasında münaqişəni necə həll etməyimə təəccübləndi" — VİDEO

Tramp: "Putin Bakı ilə İrəvan arasında münaqişəni necə həll etməyimə təəccübləndi" — VİDEO

Azərbaycanla Özbəkistan arasında ikitərəfli və regional məsələlər MÜZAKİRƏ EDİLDİ

Azərbaycanla Özbəkistan arasında ikitərəfli və regional məsələlər MÜZAKİRƏ EDİLDİ

"Bu, mənə görə iki arvad saxlamaq kimi bir şeydir" - VİDEO

"Bu, mənə görə iki arvad saxlamaq kimi bir şeydir" - VİDEO

“Qarabağ”ın futbolçusu məşqçilik kurslarında iştirak edir

“Qarabağ”ın futbolçusu məşqçilik kurslarında iştirak edir

İşğaldan azad edilmiş ərazilərdə daha 3 Radio-Televiziya Yayım Stansiyasının işi BƏRPA EDİLDİ

İşğaldan azad edilmiş ərazilərdə daha 3 Radio-Televiziya Yayım Stansiyasının işi BƏRPA EDİLDİ

Qəbələdə DƏHŞƏT: Ağaca kəndirlə bağlanmış meyiti tapıldı

Qəbələdə DƏHŞƏT: Ağaca kəndirlə bağlanmış meyiti tapıldı

Flora Kərimova səhhətindən DANIŞDI: “Məni həkimlər ölməyə qoymurlar…” - VİDEO

Flora Kərimova səhhətindən DANIŞDI: “Məni həkimlər ölməyə qoymurlar…” - VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO

"Tottenhem" onun maaşını ikiqat ARTIRACAQ

"Tottenhem" onun maaşını ikiqat ARTIRACAQ

End of content

No more pages to load

RADİO