Arye Qut Azərbaycan Dillər Universitetinin fəxri professoru oldu

İyunun 3-də Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib. 

Bizim.Media iclası giriş sözü ilə açan Universitetinin rektoru, akademik Kamal Abdulla bildirib ki, mayın 26-da ADU-da “Arye Qut və Azərbaycan həqiqətləri” mövzusunda dəyirmi masa keçirilib. 

Həmin tədbirdə elan olunub ki, Arye Quta ADU-nun fəxri professoru adının verilməsi Elmi Şuranın gündəliyinə daxil edilib.

Kamal Abdulla əlavə edib ki, Arye Qut xaricdə təşkil olunan ən mötəbər tədbirlərdə Azərbaycanla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırır, ən nüfuzlu media orqanlarında dəyərli məqalələrlə çıxış edir.

O, ABŞ-da, Avropa və Yaxın Şərq ölkələrində təşkil olunan ən nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycan reallıqları haqqında çıxış edərək bu istiqamətdə çox vacib işlər görür:

“Uzun illərdir Arye Qut Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin Regionşünaslıq kafedrası və İsrail və Yaxın Şərq Araşdırmaları Mərkəzinin tədbirlərində, ustad dərslərində, dəyirmi masa və görüşlərində yaxından iştirak edir. Arye Qutun Qarabağ münaqişəsi, Xocalı faciəsi, Ermənistan-Azərbaycan münasibətlərinə aid yazılmış 700–dən artıq məqaləsi müəllimlər və tələbələr tərəfindən araşdırılır və öyrənilir. Bütün bunları nəzərə alaraq, Arye Quta ADU-nun “Fəxri professoru” adının verilməsi təklif olunur”.

Elmi Şura üzvləri təklifi yüksək qiymətləndirib və təqdirəlayiq hal kimi dəyərləndiriblər.

Qeyd edək ki, Arye Qut 1975–ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirərək, gənc yaşlarında BDU-da müəllim kimi fəaliyyət göstərib. O, Azərbaycan, rus, ingilis, ivrit, türk və alman dillərində sərbəst danışır.

2000–ci ildən İsrailə köçən Arye Qut, İsrail-Azərbaycan münasibətlərinin inkişafında, İsraildə Azərbaycan diasporunun fəaliyyətində daim fəal iştirak edib.

Hal-hazırda Arye Qut İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısıdır. 2016-cı ildən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gündə neçə naringi yeyə bilərsiniz?

Gündə neçə naringi yeyə bilərsiniz?

Gələn il vizasız gedəcəyimiz ölkələr - SİYAHI

Gələn il vizasız gedəcəyimiz ölkələr - SİYAHI

İranda edamların sayı bir ildə iki dəfədən çox ARTDI

İranda edamların sayı bir ildə iki dəfədən çox ARTDI

Zaqatalanın çəkməçi XANIMI - Həyat yoldaşının sənətini yaşadan Fəzilət Dadalovanın HƏYAT HEKAYƏSİ – FOTO

Zaqatalanın çəkməçi XANIMI - Həyat yoldaşının sənətini yaşadan Fəzilət Dadalovanın HƏYAT HEKAYƏSİ – FOTO

Bakıda "Kamaz" yeniyetməni vuraraq öldürdü - FOTO

Bakıda "Kamaz" yeniyetməni vuraraq öldürdü - FOTO

Bu yollarda EHTİYATLI olun – VİDEO

Bu yollarda EHTİYATLI olun – VİDEO

27 dekabr üçün astroloji PROQNOZ

27 dekabr üçün astroloji PROQNOZ

50-dən çox ölkə İsrailin Somalilandı tanımaq qərarını PİSLƏYİB

50-dən çox ölkə İsrailin Somalilandı tanımaq qərarını PİSLƏYİB

DİN-dən bayram günlərində Qarabağa səfər edənlərə MÜRACİƏT

DİN-dən bayram günlərində Qarabağa səfər edənlərə MÜRACİƏT

"Putinlə hər şey yaxşı olacaq" - Tramp

"Putinlə hər şey yaxşı olacaq" - Tramp

Ən çətin xarakterə malik 3 BÜRC

Ən çətin xarakterə malik 3 BÜRC

Leyla Əliyeva: “Azərbaycan milli parklarını genişləndirərək ekoloji liderliyini gücləndirir”

Leyla Əliyeva: “Azərbaycan milli parklarını genişləndirərək ekoloji liderliyini gücləndirir”

Amnistiyaya düşən Dəniz yenidən hakim QARŞISINDA

Amnistiyaya düşən Dəniz yenidən hakim QARŞISINDA

Bu günün geomaqnit PROQNOZU

Bu günün geomaqnit PROQNOZU

Azərbaycanda içki və siqaret istehsalı azalıb – RƏSMİ

Azərbaycanda içki və siqaret istehsalı azalıb – RƏSMİ

Yeni başçı müavinini işdən çıxardı

Yeni başçı müavinini işdən çıxardı

Zelenski geyim tərzini Trampla mübahisəsinə görə dəyişib?

Zelenski geyim tərzini Trampla mübahisəsinə görə dəyişib?

"Windows 11"də YENİ FUNKSİYA

"Windows 11"də YENİ FUNKSİYA

Sahil Babayev Şərqi Zəngəzur idarəsinə rəis təyin etdi

Sahil Babayev Şərqi Zəngəzur idarəsinə rəis təyin etdi

Özünü şəhid xanımı kimi təqdim etdi - 22 min mənimsədi

Özünü şəhid xanımı kimi təqdim etdi - 22 min mənimsədi

Günəşdə güclü alışma olub

Günəşdə güclü alışma olub

ABŞ-Azərbaycan münasibətlərinə kölgə salan BƏDNAM LAYİHƏ – 907-ci düzəlişin ləğv olunmasının VAXTIDIR

ABŞ-Azərbaycan münasibətlərinə kölgə salan BƏDNAM LAYİHƏ – 907-ci düzəlişin ləğv olunmasının VAXTIDIR

Tailand və Kamboca arasında atəşkəs sazişi imzalanıb

Tailand və Kamboca arasında atəşkəs sazişi imzalanıb

BİZİM TƏQVİM:27 dekabrda baş verən tarixi hadisələr

BİZİM TƏQVİM:27 dekabrda baş verən tarixi hadisələr

End of content

No more pages to load

RADİO