Ağdamda Mersedes markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Bizim.Media xəbər verir ki, ikisi qadın olmaqla üç nəfərin xəsarət aldığı hadisə işğaldan azad edilmiş Ağdam şəhəri ərazisində, Ağdam-Şuşa yolunda baş verib.
Yaralılar Xankəndi şəhər xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.


Elgün, Bizim.Media, Qarabağ bürosu