Bakıda 9 yaşlı qız vəfat etdi - Təcili yardım NİYƏ GECİKİB?

9 yaşlı Zəhra Hacıyevanın ölüm səbəbi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, "Məlhəm" klinikasından Zəhra Hacıyevanın ailəsinə təqdim edilən arayışa görə, ölüm səbəbi beyindaxili qansızma olub. Sənəddə qeyd edilib ki, Z.Hacıyeva yanvarın 28-i saat 06:00-da xəstəxananın pediatriya şöbəsinin reanimasiya bölməsinə qəbul edilib. Fevralın 2-də saat 04:05-də isə ölüm faktı qeydə alınıb.
 

Z.Hacıyevanın vəziyyəti qəfil pisləşən zaman təcili yardımın gecikmə səbəbi ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, müraciətin qeydə alındığı vaxt Sabunçu ərazisi üzrə çağırış sayı çox olub və briqadalar təcili çağırışların (dəm qazı ilə zəhərlənmə, yıxılma, yol-nəqliyyat hadisəsi səbəbi ilə və s.) icrasında olub.


Məlumatda, həmçinin qeyd edilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 2025-ci il yanvarın 27-də saat 18:58-də Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisindən 8 yaşlı şəxsin (qadın cinsli) halının pisləşməsi səbəbilə çağırış daxil olub:

"Saat 19:29-da xəstənin ailə üzvləri tərəfindən 103 Çağrı Mərkəzi ilə əlaqə yaradılıb və pasiyentin hansı tibb müəssisəsinə yerləşdirilməsi ilə bağlı məsləhət alınıb. Çağırışın imtina kimi qeydə alınmasına baxmayaraq, saat 20:09-da azad briqadaya ötürülüb. Bu vaxt pasiyentin ailə üzvləri ilə əlaqə saxlanılıb. Ailə tərəfindən bildirilib ki, pasiyent müvafiq tibb müəssisəsinə aparılıb.

Həmin gün saat 20:58-də Sabunçu Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Maştağa Xəstəxanasından 103 Çağrı Mərkəzinə koma səbəbilə çağırış daxil olub. Pasiyent Respublika Pediatriya Mərkəzinin Yasamal Uşaq Klinik Xəstəxanasına təxliyə olunub".

Xatırladaq ki, Z.Hacıyevanın anası Əfsanə Hacıyeva açıqlamasında yanvarın 27-si axşam saat 6 radələrində qızının halının qəfil pisləşdiyini və təcili yardım çağırsalar da, gecikdiyini bildirmişdi. Ananın sözlərinə görə, 40 dəqiqə təcili yardımın gəlməyini gözləyiblər, lakin gələn olmayıb və qızını özləri xəstəxanaya çatdırıblar. Ana deyib ki, təcili yardım gecikməsə, bəlkə də qızının həyatını xilas etmək mümkün olardı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ oldu

İran Ukraynanı ittiham etdi, Berlində avtomobil izdihama çırpıldı – Səhərin əsas xəbərləri

İran Ukraynanı ittiham etdi, Berlində avtomobil izdihama çırpıldı – Səhərin əsas xəbərləri

Elbrusda həlak olan Bosniya alpinistlərinin sayı 5-ə çatdı

Elbrusda həlak olan Bosniya alpinistlərinin sayı 5-ə çatdı

“Putin vaxt qazanmaq üçün bütün imkanlardan istifadə edir” - Sibiqa

“Putin vaxt qazanmaq üçün bütün imkanlardan istifadə edir” - Sibiqa

Nyu-Yorkda atışma - 1 ölü, 2 yaralı var

Nyu-Yorkda atışma - 1 ölü, 2 yaralı var

Kiyevə ballistik raket zərbələri endirildi - Dağıntılar var - VİDEO

Kiyevə ballistik raket zərbələri endirildi - Dağıntılar var - VİDEO

Naxçıvanda təcili tibbi yardım avtomobili aşdı - 4 yaralı var - FOTO

Naxçıvanda təcili tibbi yardım avtomobili aşdı - 4 yaralı var - FOTO

ABŞ–İran müharibəsi aylarla davam edə bilər

ABŞ–İran müharibəsi aylarla davam edə bilər

Almaniyada təyyarə yaşayış evinə çırpılıb: iki nəfər həlak olub

Almaniyada təyyarə yaşayış evinə çırpılıb: iki nəfər həlak olub

Sumqayıtda sirkə turşusu içən qadın xəstəxanada ölüb

Sumqayıtda sirkə turşusu içən qadın xəstəxanada ölüb

Bu gün ilin ən qısa günüdür – GPS sistemləri üçün risk yarana bilər

Bu gün ilin ən qısa günüdür – GPS sistemləri üçün risk yarana bilər

Günayın Misir tətili - Fotolar

Günayın Misir tətili - Fotolar

Pozitiv və enerjili günün sirri: səhər bunları edin

Pozitiv və enerjili günün sirri: səhər bunları edin

Dondurulmuş yoqurt, yoxsa dondurma: Hansı daha sağlam seçimdir?

Dondurulmuş yoqurt, yoxsa dondurma: Hansı daha sağlam seçimdir?

İsmayıllının mərkəzi parkı baxımsız vəziyyətdə - VİDEO

İsmayıllının mərkəzi parkı baxımsız vəziyyətdə - VİDEO

BMT-nin Baş katibi 17 ildən sonra Suriyada

BMT-nin Baş katibi 17 ildən sonra Suriyada

İran ABŞ-la müharibə zamanı 18 milyard dollar dəyərində neft satıb

İran ABŞ-la müharibə zamanı 18 milyard dollar dəyərində neft satıb

Fabianski karyerasını başa vurdu, futbolla vidalaşdı

Fabianski karyerasını başa vurdu, futbolla vidalaşdı

Özcanın Dənizin anası bacısını buna görə məhkəməyə verdi

Özcanın Dənizin anası bacısını buna görə məhkəməyə verdi

SEPAH: 200-dən çox Amerika hərbçisi məhv edilib

SEPAH: 200-dən çox Amerika hərbçisi məhv edilib

Argentinanın ən maraqlı adəti: Bir stəkandan çay içirlər

Argentinanın ən maraqlı adəti: Bir stəkandan çay içirlər

Bu içki yaşlanmanı ləngidir

Bu içki yaşlanmanı ləngidir

Evdə cırıq paltar saxlamaq uğursuzluq gətirir? – Mif, yoxsa həqiqət?

Evdə cırıq paltar saxlamaq uğursuzluq gətirir? – Mif, yoxsa həqiqət?

Sumqayıtda dənizdə batan şəxsin kimliyi məlum olub

Sumqayıtda dənizdə batan şəxsin kimliyi məlum olub

End of content

No more pages to load

RADİO