İpoteka ilə mənzil almaq istəyənlərə ŞAD XƏBƏR!

“Sabahdan ipoteka kreditlərinin alınması üçün müraciətlər mümkün olacaq. İpoteka və Kredit Zəmanət Fondu artıq 2025-ci il ərzində ipoteka kreditlərinin verilməsi üçün banklara ipoteka kreditlərinin verilməsi üçün limitlər ayırıb. Sabah adi ipoteka kreditlərinə, birisi gün isə güzəştli kreditlərə müraciət aktiv olacaq”.

Bizim.Media xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Deputat bildirib ki, bu il ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən əlavə 100 milyon manat ayrılacaq:

“Dövlət büdcəsindən ayrılan bu vəsaitlər sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur. Praktik olaraq, hər maliyyə ilində güzəştli ipoteka kreditlərinin verilməsi üçün ayrılmalar olur və həmin ilin payızında vəsait nizamnamə kapitalına əlavə olunur. Qeyd edək ki, güzəştli kreditlər maksimum məbləğ 100 min manat olmaqla 4 faizlə 30 il müddətinə təklif olunur.

Bununla yanaşı, bu il yanvarın 21-də Fond 100 milyon manatlıq istiqrazlar emissiya edib. Bu vəsait adi ipoteka kreditlərinin verilməsi üçün istifadə olunur. Ötən ildə Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 439,8 milyon manat həcmində 4685 ipoteka krediti, o cümlədən, 357,7 milyon manat məbləğində 3609 adi ipoteka krediti və 82,1 milyon manat məbləğində 1076 güzəştli ipoteka krediti verilib. 2025-ci ildə dövlət büdcəsindən Fonda ayrılan vəsaitin həcmi 2024-cü il ilə müqayisədə 87.7 milyon manatdan 100 milyon manata çatdırıldığı üçün bu il daha çox vətəndaşımızın ipoteka kreditlərindən yararlanacağı gözlənilir. Bu o deməkdir ki, 2025-ci ildə 5 minə yaxın vətəndaşımız ipoteka hesabına mənzil sahibi ola biləcək.

Qeyd edək ki, indiyədək fond tərəfindən 52 min 798 ipoteka krediti verilib. Verilmiş ipoteka kreditlərinin məbləği isə 3 milyard 338 milyon manatdan çoxdur”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ oldu

İran Ukraynanı ittiham etdi, Berlində avtomobil izdihama çırpıldı – Səhərin əsas xəbərləri

İran Ukraynanı ittiham etdi, Berlində avtomobil izdihama çırpıldı – Səhərin əsas xəbərləri

Elbrusda həlak olan Bosniya alpinistlərinin sayı 5-ə çatdı

Elbrusda həlak olan Bosniya alpinistlərinin sayı 5-ə çatdı

“Putin vaxt qazanmaq üçün bütün imkanlardan istifadə edir” - Sibiqa

“Putin vaxt qazanmaq üçün bütün imkanlardan istifadə edir” - Sibiqa

Nyu-Yorkda atışma - 1 ölü, 2 yaralı var

Nyu-Yorkda atışma - 1 ölü, 2 yaralı var

Kiyevə ballistik raket zərbələri endirildi - Dağıntılar var - VİDEO

Kiyevə ballistik raket zərbələri endirildi - Dağıntılar var - VİDEO

Naxçıvanda təcili tibbi yardım avtomobili aşdı - 4 yaralı var - FOTO

Naxçıvanda təcili tibbi yardım avtomobili aşdı - 4 yaralı var - FOTO

ABŞ–İran müharibəsi aylarla davam edə bilər

ABŞ–İran müharibəsi aylarla davam edə bilər

Almaniyada təyyarə yaşayış evinə çırpılıb: iki nəfər həlak olub

Almaniyada təyyarə yaşayış evinə çırpılıb: iki nəfər həlak olub

Sumqayıtda sirkə turşusu içən qadın xəstəxanada ölüb

Sumqayıtda sirkə turşusu içən qadın xəstəxanada ölüb

Bu gün ilin ən qısa günüdür – GPS sistemləri üçün risk yarana bilər

Bu gün ilin ən qısa günüdür – GPS sistemləri üçün risk yarana bilər

Günayın Misir tətili - Fotolar

Günayın Misir tətili - Fotolar

Pozitiv və enerjili günün sirri: səhər bunları edin

Pozitiv və enerjili günün sirri: səhər bunları edin

Dondurulmuş yoqurt, yoxsa dondurma: Hansı daha sağlam seçimdir?

Dondurulmuş yoqurt, yoxsa dondurma: Hansı daha sağlam seçimdir?

İsmayıllının mərkəzi parkı baxımsız vəziyyətdə - VİDEO

İsmayıllının mərkəzi parkı baxımsız vəziyyətdə - VİDEO

BMT-nin Baş katibi 17 ildən sonra Suriyada

BMT-nin Baş katibi 17 ildən sonra Suriyada

İran ABŞ-la müharibə zamanı 18 milyard dollar dəyərində neft satıb

İran ABŞ-la müharibə zamanı 18 milyard dollar dəyərində neft satıb

Fabianski karyerasını başa vurdu, futbolla vidalaşdı

Fabianski karyerasını başa vurdu, futbolla vidalaşdı

Özcanın Dənizin anası bacısını buna görə məhkəməyə verdi

Özcanın Dənizin anası bacısını buna görə məhkəməyə verdi

SEPAH: 200-dən çox Amerika hərbçisi məhv edilib

SEPAH: 200-dən çox Amerika hərbçisi məhv edilib

Argentinanın ən maraqlı adəti: Bir stəkandan çay içirlər

Argentinanın ən maraqlı adəti: Bir stəkandan çay içirlər

Bu içki yaşlanmanı ləngidir

Bu içki yaşlanmanı ləngidir

Evdə cırıq paltar saxlamaq uğursuzluq gətirir? – Mif, yoxsa həqiqət?

Evdə cırıq paltar saxlamaq uğursuzluq gətirir? – Mif, yoxsa həqiqət?

Sumqayıtda dənizdə batan şəxsin kimliyi məlum olub

Sumqayıtda dənizdə batan şəxsin kimliyi məlum olub

End of content

No more pages to load

RADİO