Sosial şəbəkələrin yeniyetmələrə vurduğu ZƏRBƏ – Ölkəmizdə niyə qadağalar TƏTBİQ OLUNMUR?

Cəmiyyəti, valideynləri ən çox narahat edən məsələlərdən biri də azyaşlı, məktəbli uşaqların sosial şəbəkələrdən istifadəsidir. Onları bu platformalarda şiddət, bayağılıq və digər zərərli davranışları təbliğ edən foto, video və paylaşımlardan uzaq tutmaq bu gün olduqca çətin, hətta mümkünsüzdür.

Üstəlik sosial şəbəkələrin azyaşlılara, yeniyetmələrə mənfi təsiri də göz qabağındadır. Çünki sosial mediada uzun müddət vaxt keçirmək təkcə yeniyetmələrin sağlamlığına ciddi zərər vurmur, eyni zamanda onların mənəvi-psixoloji inkişafına da mənfi təsir göstərir. 

Dünya təcrübəsi

Məktəblilərin daha işıqlı, faydalı məsələlərə həsr olunacaq vaxtına qənim kəsilən sosial şəbəkələri onların həyatından çıxarmaq üçün dünya ölkələri müxtəlif metodlar tətbiq edirlər.

Norveç və Avstraliyada artıq uşaqların sosial şəbəkədən istifadəsi qanunla qadağan edilib. 

Bundan əlavə, artıq Türkiyə hakimiyyəti  də16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanunlar qəbul etməyi planlaşdırır. Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu "CNN Türk" telekanalının efirində deyib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə uşaqlar üçün faydalı heç nə yoxdur:

"Bu yaxınlarda Türkiyədə baş verən bəzi hadisələr bunu təsdiqləyir. Allah qoysa, biz bir sıra tənzimləyici tədbirlərin görülməsi üçün səy göstərmək istəyirik", - nazir bildirib.

Bəs, Azərbaycanda niyə sosial şəbəkələrlə bağlı oxşar qadağalar tətbiq olunmur?

Millət vəkili Elnarə Akimova Bizim.Media-ya açıqlamasında bildirib ki, bizdə də bu cür məhdudiyyətlər tətbiq edilməlidir: 

“Mən arzulayıram ki, bizim balalarımız sosial şəbəkələrdən uzaq olsunlar. Bizim uşaqlar pandemiya dönəmində telefonlara alışdılar, ordan da sosial şəbəkələrə axın oldu. Biz ən böyük fəsadı elə onda yaşadıq”. 

Deputatın fikrincə, sosial şəbəkələrin birdən-birə yasaqlanması bir qədər çətin olacaq. Ona görə də, ən azı yetliinlik yaşına çatmayan uşaqların sosial şəbəkədən istifadəsində xüsusi metod tətbiq olunmalıdır: 

“Biz birdən-birə bunu tətbiq edib uşaqlarımızı sosial şəbəkədən uzaqlaşdıra bilmərik. Amma elə bu texnologiyanın özünün köməyi ilə avtomatik şəkildə onlara uyğun olmayan materialların qarşısını ala bilərik. Bunun üçün çox yaxşı olardı ki, sosial şəbəkədən istifadə zamanı yaş həddini göstərən xəbərdarlıq olardı. Yəni qeydiyyat zamanı müəyyən yoxlanış tətbiq edilərdi, yaxud hansısa sənəd göstərilərdi. Nəticədə 16 yaşına çatmayan izləyici hər videonu görə bilməzdi. Avtomatik olaraq telefonda onun yaşına, düşüncəsinə, mənəviyyatına zərər verəcək materiallar bloklanardı. Yalnız faydalı, nəsə öyrədəcək materiallar qarşısına çıxardı”.

Sosial şəbəkələrin neqativ təsirləri

Millət vəkili onu da qeyd edib ki, sosial şəbəkələrdəki videolar neqativ təsir göstərməklə yanaşı, onların vaxtını boşuna xərcləməsinə, dərslərə tam köklənə bilməməsinə də təsir göstərir: 

“Sosial şəbəkələr azyaşlının da, bu gün hazırlıq keçən uşaqların da ciddi şəkildə dərslərinə mane olur. Yəni uşaqlar dərslərini oxuyurlar, amma əllərinin altında hər zaman telefon var. Bu da təbii ki, hər addımda onların tədrisinə əngəldir”.

Elnarə Akimova qeyd edir ki, bu məsələləri yoluna qoymağın metodları var: 

“Dərslərə maneçiliyini, boşa zaman xərcləmənin necəsə, hansısa formada qarşısını almaq olar. Amma ən böyük maneələr, zərbələr mənəviyyata, psixologiyaya vurulan zərbələrdir ki, onları aradan qaldırmaq çətin olur. Bu, uzun zaman ala bilər və biz gecikə bilərik. Bax, biz ən çox bunun qarşısını almalıyıq. Bunun həlli üçün mütləq yollar düşünülməlidir. 

Düşünürəm bu, qanun şəklində olsa, daha yaxşı olardı. Çünki belə görünür ki, bu yöndə qanuna ehtiyac var. Əgər belə bir qanun təklif edilərrsə, mən bunu təqdir edərəm. Bəlkə o zaman dediyim həmin mexanizm də tətbiq oluna bilər. Amma bununla yanaşı, cəmiyyətimiz, insanlarımız da bu məsələdə fəal olmalıdırlar. Onların ötürdüyü impuls, siqnal belə məsələlərin həllinə böyük təkan verir. Yəni həmişə düşüncələrdən sonra əməllər gəlir. Bu mənada biz bunu düşüncəyə gətirəndən sonra qanunvericiliyə gətirməyə də müvəffəq ola bilərik”.

Rəna Cumaqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Şəfa”nın baş məşqçisi: “Çempionatın startına kimi hazır olacağıq”

“Şəfa”nın baş məşqçisi: “Çempionatın startına kimi hazır olacağıq”

Husilər Səudiyyə Ərəbistanının PUA-sını vurub?

Husilər Səudiyyə Ərəbistanının PUA-sını vurub?

“Sabah Trampın dəvəti ilə Vaşinqtona gedəcəyəm” - VİDEO

“Sabah Trampın dəvəti ilə Vaşinqtona gedəcəyəm” - VİDEO

“Sabah”ın rəqibi qələbə qazandı

“Sabah”ın rəqibi qələbə qazandı

Türkiyə İspaniyaya 2 təyyarə göndərdi

Türkiyə İspaniyaya 2 təyyarə göndərdi

Vətəndaşlara çimərliklərdə təhlükəsizlik qaydaları izah edildi - FOTO

Vətəndaşlara çimərliklərdə təhlükəsizlik qaydaları izah edildi - FOTO

“Qəbələ” legionerini 250 minə satdı

“Qəbələ” legionerini 250 minə satdı

Gürcüstanda Xalq şairi Zəlimxan Yaqubun ev-muzeyi tikilir

Gürcüstanda Xalq şairi Zəlimxan Yaqubun ev-muzeyi tikilir

Qəbələdə obyektin ərazisində yanğın oldu

Qəbələdə obyektin ərazisində yanğın oldu

“Kəpəz” zambiyalı yarımmüdafiəçi transfer etdi

“Kəpəz” zambiyalı yarımmüdafiəçi transfer etdi

Ukrayna Xəzər dənizində İran gəmisinə hücum etdi

Ukrayna Xəzər dənizində İran gəmisinə hücum etdi

Sabah Abşeron çimərliklərində hava küləkli olacaq

Sabah Abşeron çimərliklərində hava küləkli olacaq

Tramp: “Amerikanı yenidən möhtəşəm etdim” - VİDEO

Tramp: “Amerikanı yenidən möhtəşəm etdim” - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Türkiyədə yaşayış məhəllələri su altında qaldı - VİDEO

Türkiyədə yaşayış məhəllələri su altında qaldı - VİDEO

Küləkli hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

Küləkli hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

Şəkidə qəzada ölən 24 yaşlı Mahirin FOTOSU

Şəkidə qəzada ölən 24 yaşlı Mahirin FOTOSU

"Soyuz" Beynəlxalq Kosmik Stansiyanı tərk etdi: Yerə qayıdırlar - VİDEO

"Soyuz" Beynəlxalq Kosmik Stansiyanı tərk etdi: Yerə qayıdırlar - VİDEO

Tramp Kanada ilə sərhədi bu üsulla bağladı – FOTO

Tramp Kanada ilə sərhədi bu üsulla bağladı – FOTO

İraqda neft yatağı partladı - VİDEO

İraqda neft yatağı partladı - VİDEO

İran ABŞ-a vurduğu zərərlərin siyahısını açıqladı - FOTO

İran ABŞ-a vurduğu zərərlərin siyahısını açıqladı - FOTO

Sabahın havası: Bakıda 31 dərəcə isti olacaq

Sabahın havası: Bakıda 31 dərəcə isti olacaq

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

Mahaçqalada faciə: Qazdan zəhərlənən 3 azyaşlı həyatını itirdi - FOTO

Mahaçqalada faciə: Qazdan zəhərlənən 3 azyaşlı həyatını itirdi - FOTO

End of content

No more pages to load

RADİO