Mədəniyyət adı altında KƏŞFİYYATÇILIQ – Rus Evlərinin casusluq fəaliyyətinin İFŞASI

Uzun illərdir ölkəmizdə də fəaliyyət göstərən Rus Evinin üzdə informasiya və mədəniyyət mərkəzi kimi çalışdığı bildirilir. Lakin dünyanın müxtəlif ölkələrində yerləşən Rus Evləri ilə bağlı üzə çıxan casusluq skandalları Azərbaycandakı Rus Evi haqqında şübhələri artırır.

Rus Evi nədir?

“Rossotrudniçestvo” xarici nümayəndəliklərinin qeyri-rəsmi adı olan “Rus Evləri”nin üzdə qeyd olunan missiyasının Rusiyanın dünyada humanitar təsirini gücləndirmək olduğu bildirilir.

Təşkilat dünyanın 71 ölkəsində 87 xarici missiya ilə təmsil olunur. “Rossotrudniçestvo”nun prototipi 1925-ci ildə yaradılmış Xarici Ölkələrlə Mədəni Əlaqələr üzrə Ümumittifaq Cəmiyyəti (VOKS) idi. VOKS-un, sonra isə onun varislərinin əsas vəzifəsi Sovet maraqlarını xaricdə təbliğ etmək idi.

Təşkilatın əsl hədəfi isə casusluq və “ağ qvardiya”nın xaricdə kök salmış nümayəndələrinin məhv edilməsi, rus icmasının daha çox yaşadığı yerlərdə aktiv fəaliyyət göstərmək olub.

Təşkilatın birinci lideri proletar yazıçısı Maksim Qorki idi. 1958-ci ildə VOKS əsasında "Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr üzrə Sovet Cəmiyyətləri İttifaqı" (SSOD) təşkilatı yaradıldı. Postsovet dövründə isə “Rossotrudniçestvo” Rusiyanın beynəlxalq humanitar əməkdaşlıq sahəsində dövlət siyasətini həyata keçirir, həmçinin “xaricdə müasir Rusiyaya obyektiv baxışın” formalaşmasına kömək edir. Hazırda bu təşkilata Yevgeni Primakov rəhbərlik edir.

Bakıdakı Rus Evi isə 3 iyul 1997-ci ildə Azərbaycan ilə Rusiya arasında imzalanmış sazişə uyğun olaraq yaradılıb.

Rus Evi ilə bağlı casusluq qalmaqalları

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Rus Evlərinin adı çoxsaylı casus qalmaqallarında hallanıb. Hətta 90-a yaxın ölkədə fəaliyyət göstərmiş təşkilat məhz casusluğa görə altı ölkədə fəaliyyətini dayandırmalı olub. Belə ki, Avropanın beş ölkəsində - Sloveniya, Xorvatiya, Makedoniya, Monteneqro və Rumıniyada “Rus evləri” bağlanıb.

Rus Evləri Kiprdə də analoji fəaliyyətlə yadda qalıb. Belə ki, 2024-cü il noyabrın 28-də “Cyprus-daily” nəşrində dərc olunan məqalədə Kiprdəki Rus Evinin casusluq fəaliyyəti ilə məşğul olduğu qeyd olunub:

“Nikosiyada Rusiya Elm və Mədəniyyət Mərkəzi (REMM) və ya "Rus evi" adlanan mərkəz fəaliyyət göstərir. Elm və mədəni-təhsil müəssisələri adı altında fəaliyyət göstərən Rusiyanın xüsusi xidmət orqanlarının bu cür agent mərkəzləri Kremlin Rusiyadan kənarda qurduğu qlobal təsir sistemində mühüm rol oynayır".

Danimarkanın "Information" qəzetinin dərc etdiyi məlumatda da Rus Evinin casusluq fəaliyyəti ifşa olunmuşdu:

"Elm və mədəniyyət mərkəzi kimi təqdim olunan Danimarkadakı “Rus evi” uzun illər Rusiya kəşfiyyatı üçün örtük rolunu oynayıb. Burada keçirilən tədbirlərin foto və video materiallarını araşdıran jurnalistlər qovulmuş casuslardan bəzilərini aşkar ediblər".

Almaniyadakı Rus Evi necə ifşa olundu?

"Rossotrudniçestvo”nun casusluğu Almaniyada da ifşa olunub. Xüsusilə də, Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Berlində fəaliyyət göstərən Rus Evinin adı daha çox skandallarda hallanıb. Bəzi məlumatlara görə, bu mərkəzin nümayəndələrindən biri "Vaqner" hərbiləşdirilmiş dəstəsinin üzvüdür.

Bu səbəblərə görə, Almaniyada bir çox siyasətçilər Rus Evinin bağlanmasını tələb edən fikirlər səsləndiriblər. Məsələn, "Yaşıllar" partiyasından olan keçmiş Bundestaq deputatı Folker Bek Almaniyanın hakimiyyət orqanlarını Aİ-nin sanksiya siyahısına daxil edilmiş “Rossotrudniçestvo”ya tabe olan "Rus evi"nə qarşı heç bir tədbir görməməkdə ittiham edib.

Bundan əlavə, Almaniyanın nüfuzlu “DW” nəşri Rusiyaya qarşı sanksiyalar fonunda bu mərkəzlərin bağlanmalı olduğunu yazıb:

"Vəziyyət axmaqcadır. Elə təəssürat yaranır ki, Almaniya Avropa İttifaqının tətbiq etdiyi sanksiyaları yerinə yetirmir” – nəşr yazır.

Rus Evinin erməni “sakinləri”

Rossotrudniçestvonun fəaliyyətində ermənilərə qarşı xüsusi simpatiya da daim özünü büruzə verib. Belə ki, 11 noyabr 2021-ci il tarixində Rossotrudniçestvonun Moskva ofisində “Donbas uşaqları – Qarabağ uşaqlarına” adlı sərgi keçirilib. Hətta tədbirin “press-reliz”ində qondarma rejimə açıq dəstək ifadə olunub:

“Sərginin məqsədi Donbass və Dağlıq Qarabağdan olan uşaqları dəstəkləməkdir. Onun məqsədi dünya ictimaiyyətinin diqqətini müharibə zonalarında uşaqların təhlükəsizliyinin təmin edilməsi probleminə cəlb etməkdir. Sərgi uşaqlardan deyil, böyüklərin məsuliyyətindən bəhs edir”.

2022-ci il martın 1-də isə Ermənistan Milli Elmlər Akademiyasında İrəvandakı Rus Evi tərəfindən hazırlanmış və Rusiya-Fars və Rusiya-Türkiyə müharibələrinin tarixi irs abidələrini qeyd edən multimedia interaktiv xəritənin təqdimatı keçirilib. İrəvan qalası ilə bağlı bölmədə onun “fars qoşunlarından” azad edildiyi qeyd edilib və qondarma “Şərqi Ermənistan” terminindən tez-tez istifadə olunub.

Göründüyü kimi, üzdə rus mədəniyyətinin təbliğ etdiyi iddia olunan Rus Evləri faktiki olaraq Rusiyanın casus şəbəkəsi kimi fəaliyyət göstərir. Doğrudur, Rusiya hər vəchlə bu reallığı gizlətməyə çalışır, lakin faktlar göz önündədir...

Bizim.Media-nın analitik bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran ABŞ gəmisinə belə zərbə endirdi – ANBAAN VİDEO

İran ABŞ gəmisinə belə zərbə endirdi – ANBAAN VİDEO

Kompüter arxasında uzun müddət işləmək astma riskini artıra bilər

Kompüter arxasında uzun müddət işləmək astma riskini artıra bilər

Sürücülərin NƏZƏRİNƏ: Bakıda xüsusi zolaqlara daxil olanlar CƏRİMƏLƏNƏCƏKLƏR

Sürücülərin NƏZƏRİNƏ: Bakıda xüsusi zolaqlara daxil olanlar CƏRİMƏLƏNƏCƏKLƏR

Belarus XİN-dən Alen Simonyanın fikirlərinə SƏRT REAKSİYA

Belarus XİN-dən Alen Simonyanın fikirlərinə SƏRT REAKSİYA

Zelenski: “Ukrayna atəşkəs elan edəcək”

Zelenski: “Ukrayna atəşkəs elan edəcək”

Sfera.az-ın 14 yaşı tamam olur

Sfera.az-ın 14 yaşı tamam olur

Azərbaycanda məşhur müğənni əməliyyatdan sonra vəfat etdi – FOTO

Azərbaycanda məşhur müğənni əməliyyatdan sonra vəfat etdi – FOTO

Çində əyri “Juyi” körpüsü yenidən ziyarətçilərin üzünə açıldı – VİDEO

Çində əyri “Juyi” körpüsü yenidən ziyarətçilərin üzünə açıldı – VİDEO

İlham Əliyevin illər əvvəl bəyan etdiyi REALLIQ – Makron hələ indi etiraf edir...

İlham Əliyevin illər əvvəl bəyan etdiyi REALLIQ – Makron hələ indi etiraf edir...

Çeboksarıya dron hücumu: İctimai nəqliyyatın hərəkəti dayandırıldı – VİDEO

Çeboksarıya dron hücumu: İctimai nəqliyyatın hərəkəti dayandırıldı – VİDEO

Moskva sakinləri SMS göndərə və taksi sifariş edə bilmirlər – SƏBƏB

Moskva sakinləri SMS göndərə və taksi sifariş edə bilmirlər – SƏBƏB

Tramp Zelenskini “hiyləgər adam” adlandırdı

Tramp Zelenskini “hiyləgər adam” adlandırdı

Mayda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ÜNVANLAR- FOTO

Mayda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ÜNVANLAR- FOTO

Apreldə Bakı metrosundan istifadə edən sərnişinlərin SAYI

Apreldə Bakı metrosundan istifadə edən sərnişinlərin SAYI

Kredit borcunu ödəməyənlərə XƏBƏRDARLIQ

Kredit borcunu ödəməyənlərə XƏBƏRDARLIQ

Rusiya Ukraynanın bu ərazilərinə zərbə endirdi: Ölən və yaralananlar var – FOTO

Rusiya Ukraynanın bu ərazilərinə zərbə endirdi: Ölən və yaralananlar var – FOTO

Bakıda avtobusların istiqaməti DƏYİŞDİRİLƏCƏK

Bakıda avtobusların istiqaməti DƏYİŞDİRİLƏCƏK

Britni Spirs 12 ay şərti cəzaya məhkum edildi

Britni Spirs 12 ay şərti cəzaya məhkum edildi

Cey Qorter “Qarabağ”ın transfer HƏDƏFİNDƏ

Cey Qorter “Qarabağ”ın transfer HƏDƏFİNDƏ

Ciorcia Melonidən Azərbaycana səfəri ilə bağlı paylaşım - VİDEO

Ciorcia Melonidən Azərbaycana səfəri ilə bağlı paylaşım - VİDEO

"Qarpız" yükündə narkotik vasitə TAPILDI – FOTO

"Qarpız" yükündə narkotik vasitə TAPILDI – FOTO

WUF13 tədbiri üçün yaşıl nəqliyyat zolaqları çəkilib

WUF13 tədbiri üçün yaşıl nəqliyyat zolaqları çəkilib

Bu sürücülərin "prava"sı əlindən alınacaq

Bu sürücülərin "prava"sı əlindən alınacaq

WUF13: Qonaqlar 24 saat ərzində avtobuslarla məkanlara daşınacaq

WUF13: Qonaqlar 24 saat ərzində avtobuslarla məkanlara daşınacaq

End of content

No more pages to load

RADİO