Bakıda binanın arxasında torpaq sürüşməsi baş verib – FOTO/VİDEO

Ötən gecə Bakının Xətai rayonu, Gəncə prospekti, 97 ünvanında torpaq sürüşməsi qeydə alınıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Baku.ws”in qaynar xəttinə sakinlərdən biri məlumat verib. 

Onun sözlərinə görə, sürüşmə hadisəsi gecə saat 2 radələrində qeydə alınıb. Hadisə gecə baş verdiyi üçün xəsarət alan olmayıb. 

"Bura uşaqların oynadığı ərazidir. Əgər hadisə gündüz olsaydı, ağır nəticələr ola bilərdi", - deyə sakin qeyd edib. 

Bəs görəsən, həmin ərazi üçün sürüşmə baş verməsi xarakterikdirmi? Ərazidəki yaşayış evləri üçün hansı təhlükələr var? 

Bununla əlaqədar danışan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov bildirib ki, Bakı şəhəri coğrafi quruluşuna görə, sürüşməyə meyilli ərazidir. Ən çox süxurlar gilli, əhəng daşlı süxurlardır. İnsanlar bu əraziyə texniki müdaxilələr edəndə sürüşmə baş verir. 

Onun sözlərinə görə, Gəncə prospekti ərazisində bu dövrə qədər dəfələrlə sürüşmə hadisəsi baş verib. Bu onu deməyə əsas verir ki, sürüşməyə kifayət qədər meyil edib: 

"Hadisə müəyyən fasilələrlə baş verir. Sürüşmənin fasilələrlə baş verməsinin səbəbi də insanın antropogen təsirləri və texnogen yüklənmələrdir. Ərazi sürüşmə etibarilə yüksək risk zonasıdır. Bu ərazidə sürüşmənin başvermə səbəbi meyilli yamacın olması, süxur kütləsinin kifayət qədər sürüşməyə meyilliliyidir. Baxırsan ki, bəzən yamacın hamarlığında, orada süxurların toplanmasında yamacın xarici yuxarı hissəsində tikinti aparılan zaman süxurların sürüşdürülməsi və onların yamacda oturmasıdır. Yamac öz tarazlığını qorumaq üçün həmin süxurlara reaksiya verir". 

Ekspert onu da deyir ki, belə reaksiyalar adətən yağıntıların düşməsi zamanı meydana gəlir. 

Su xətlərinin yaratdığı təhlükə 

"Yamacın qaş hissəsində mövcud olan evlər, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) su xətləri, kanalizasiya sistemi vacib əlamətdir. Bəzən ADSEA deyir ki, müxtəlif qədər itki olur və bu itkilər sürüşmələri fəallaşdırır. Özbaşına çəkilən su xətləri də Bakıda çoxdur. Dövlət tərəfindən buna nə qədər vəsait ayrılsa da, yenə də bu işlər ADSEA tərəfindən tam başa çatdırılmır. Hər dəfə deyəndə də bildirirlər ki, növbəti plana salmışıq. Lakin elə işlər var ki, onlar plana salmaqla aparılmamalıdır. 

Sürüşmə baş verən əksər yerlərdə ADSEA-nın su, kanalizasiya xətlərinin böyük rolu var. Ona görə də birinci növbədə əhaliyə verilən, kanalizasiya ilə ötürülən su ciddi şəkildə idarə olunmalıdır. Bunu özbaşına qoyanda sürüşmə baş verir. Yamaclara müdaxilə isə tamamilə dayandırılmalıdır. Yalnız müdaxilə elə ola bilər ki, həmin hissədə mühəndis-texniki tədbirlər aparılsın. Dünya təcrübəsində belə yamacların möhkəmləndirilməsi üçün kifayət qədər təcrübə var", - deyə Mirnuh İsmayılov izah edib. 

Sürüşmənin qarşısını necə almaq olar? 

Bəzi yamaclarda suya az davamlı kol və ağacların əkilməsi vacibdir. Xüsusilə yamacın qaş hissəsində olan evlərin orada tikilməsi və o yükdən yaranan texnogen təsirlər yamacda yükü artırır, dayanıqlılığını zəiflədir. Sonra isə sürüşmə hadisəsi baş verir: 
 

"İstinad divarları vaxtilə bu texnogen yüklənməyə hesablanmayıb. Sonradan orada məskunlaşma artdıqca istinad divarları yenilənməli idi. Bakının antropogen yüklənməsi artdıqca buna reaksiya verilməlidir. Hadisələri adətən cavabdeh qurumlar baş verdikdən sonra bilir.


Alimlərin fikrini nəzərə almaq lazımdır, tez-tez ərazilərə baxış keçirilməlidir. Ekspertləri dəvət etmək lazımdır. Bu halda ağır fəlakətlərdən qaçmaq mümkündür. Kiçik sürüşmələr, böyük sürüşmələrin xəbərçisidir. Yadda saxlamaq lazımdır ki, Bakı tektonik fəal ərazidə yerləşir və bir qədər güclü təkanlar baş versə, sürüşmə zonaları üçün fəlakət yarada bilər". 









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran ABŞ gəmisinə belə zərbə endirdi – ANBAAN VİDEO

İran ABŞ gəmisinə belə zərbə endirdi – ANBAAN VİDEO

Kompüter arxasında uzun müddət işləmək astma riskini artıra bilər

Kompüter arxasında uzun müddət işləmək astma riskini artıra bilər

Sürücülərin NƏZƏRİNƏ: Bakıda xüsusi zolaqlara daxil olanlar CƏRİMƏLƏNƏCƏKLƏR

Sürücülərin NƏZƏRİNƏ: Bakıda xüsusi zolaqlara daxil olanlar CƏRİMƏLƏNƏCƏKLƏR

Belarus XİN-dən Alen Simonyanın fikirlərinə SƏRT REAKSİYA

Belarus XİN-dən Alen Simonyanın fikirlərinə SƏRT REAKSİYA

Zelenski: “Ukrayna atəşkəs elan edəcək”

Zelenski: “Ukrayna atəşkəs elan edəcək”

Sfera.az-ın 14 yaşı tamam olur

Sfera.az-ın 14 yaşı tamam olur

Azərbaycanda məşhur müğənni əməliyyatdan sonra vəfat etdi – FOTO

Azərbaycanda məşhur müğənni əməliyyatdan sonra vəfat etdi – FOTO

Çində əyri “Juyi” körpüsü yenidən ziyarətçilərin üzünə açıldı – VİDEO

Çində əyri “Juyi” körpüsü yenidən ziyarətçilərin üzünə açıldı – VİDEO

İlham Əliyevin illər əvvəl bəyan etdiyi REALLIQ – Makron hələ indi etiraf edir...

İlham Əliyevin illər əvvəl bəyan etdiyi REALLIQ – Makron hələ indi etiraf edir...

Çeboksarıya dron hücumu: İctimai nəqliyyatın hərəkəti dayandırıldı – VİDEO

Çeboksarıya dron hücumu: İctimai nəqliyyatın hərəkəti dayandırıldı – VİDEO

Moskva sakinləri SMS göndərə və taksi sifariş edə bilmirlər – SƏBƏB

Moskva sakinləri SMS göndərə və taksi sifariş edə bilmirlər – SƏBƏB

Tramp Zelenskini “hiyləgər adam” adlandırdı

Tramp Zelenskini “hiyləgər adam” adlandırdı

Mayda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ÜNVANLAR- FOTO

Mayda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ÜNVANLAR- FOTO

Apreldə Bakı metrosundan istifadə edən sərnişinlərin SAYI

Apreldə Bakı metrosundan istifadə edən sərnişinlərin SAYI

Kredit borcunu ödəməyənlərə XƏBƏRDARLIQ

Kredit borcunu ödəməyənlərə XƏBƏRDARLIQ

Rusiya Ukraynanın bu ərazilərinə zərbə endirdi: Ölən və yaralananlar var – FOTO

Rusiya Ukraynanın bu ərazilərinə zərbə endirdi: Ölən və yaralananlar var – FOTO

Bakıda avtobusların istiqaməti DƏYİŞDİRİLƏCƏK

Bakıda avtobusların istiqaməti DƏYİŞDİRİLƏCƏK

Britni Spirs 12 ay şərti cəzaya məhkum edildi

Britni Spirs 12 ay şərti cəzaya məhkum edildi

Cey Qorter “Qarabağ”ın transfer HƏDƏFİNDƏ

Cey Qorter “Qarabağ”ın transfer HƏDƏFİNDƏ

Ciorcia Melonidən Azərbaycana səfəri ilə bağlı paylaşım - VİDEO

Ciorcia Melonidən Azərbaycana səfəri ilə bağlı paylaşım - VİDEO

"Qarpız" yükündə narkotik vasitə TAPILDI – FOTO

"Qarpız" yükündə narkotik vasitə TAPILDI – FOTO

WUF13 tədbiri üçün yaşıl nəqliyyat zolaqları çəkilib

WUF13 tədbiri üçün yaşıl nəqliyyat zolaqları çəkilib

Bu sürücülərin "prava"sı əlindən alınacaq

Bu sürücülərin "prava"sı əlindən alınacaq

WUF13: Qonaqlar 24 saat ərzində avtobuslarla məkanlara daşınacaq

WUF13: Qonaqlar 24 saat ərzində avtobuslarla məkanlara daşınacaq

End of content

No more pages to load

RADİO