Qarabağda həbs edilən erməni cinayətkarların məhkəməsi başladı - VİDEO

Yasamal Rayon Məhkəməsinin inzibati binasında Qarabağda həbs edilən erməni cinayətkarları - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi məhkəmənin hazırlıq iclası başlayıb.

Bizim.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. 

İclas davam edir.

Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşı 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılan silahlı qrupların fəaliyyətində iştirak edib onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək

1991-ci ilin iyul ayında Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürüb qanunsuz olaraq azadlığı məhdudlaşdırılmış Azərbaycan vətəndaşına,

habelə 13 sentyabr 1999-cu il tarixdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək Ermənistan Respublikasının İrəvan şəhərinə gətirilib və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilən zaman tərcüməçi kimi iştirak edərkən işgəncə verib.

İstintaqla Lüdvik Mkrtiçyan tərəfindən daha 11 nəfər əsir götürülmüş Azərbaycan vətəndaşının müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın İrəvan şəhərində qanunsuz saxlanıldığı yerlərdə döyülərək müxtəlif xarakterli işgəncələrə məruz qaldığı və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun avomat silahdan atəş açılaraq öldürüldüyü müəyyən edilib.

Lüdvik Mkrtiçyan 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq ələ keçirilib.

Aparılan istintaq tədbirləri nəticəsində Lüdvik Mkrtiçyanla birlikdə azərbaycanlılara qarşı amansız rəftar edərək onlara işgəncələr verən Ermənistan Respublikasının vətəndaşı 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin də cinayətkar əməlləri ifşa olunub.

İstintaqla Alyoşa Xosrovyanın 5 nəfər azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi müəyyən edilib.

Belə ki, Alyoşa Xosrovyan 1994-cü ilin aprel ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri Babayan Samvel Andranikoviç üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Bundan başqa, Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illər ərzində əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz olaraq saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlq nümayiş etdirərək onlara mütəmadi olaraq döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib.

Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazilərində kəşfiyyat xarakterli hərəkətlər apararkən 03 oktyabr 2020-ci il tarixdə Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən ələ keçirilib.

Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

20.05.2021-ci il tarixdə tarixdə iş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. (Report)

Bizim.Media 





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Neftçi”nin sabiq baş məşqçisi bu ölkədə ÇALIŞACAQ

“Neftçi”nin sabiq baş məşqçisi bu ölkədə ÇALIŞACAQ

Leyla Əliyeva "Euronews"a MÜSAHİBƏ VERDİ - VİDEO

Leyla Əliyeva "Euronews"a MÜSAHİBƏ VERDİ - VİDEO

“ASAN Xidmət”də İNSİDENT: Mühafizəçi ilə əlbəyaxa olub pilləkəndən yıxıldılar

“ASAN Xidmət”də İNSİDENT: Mühafizəçi ilə əlbəyaxa olub pilləkəndən yıxıldılar

İlham Əliyev: "Dedim ki, sən yığmadan yaxşı oynayırsan" - VİDEO

İlham Əliyev: "Dedim ki, sən yığmadan yaxşı oynayırsan" - VİDEO

Real Alaba ilə bağlı QƏRAR VERDİ

Real Alaba ilə bağlı QƏRAR VERDİ

Arayikgilin məhkəməsində məhkəmə baxışı başa çatdı - FOTO

Arayikgilin məhkəməsində məhkəmə baxışı başa çatdı - FOTO

Telli efirdə QƏZƏBLƏNDİ: “Axı sən kimsən?!” - VİDEO

Telli efirdə QƏZƏBLƏNDİ: “Axı sən kimsən?!” - VİDEO

Leyla Əliyeva və Alena Əliyeva Uşaq İncəsənət Festivalının mükafatlandırma mərasimində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Uşaq İncəsənət Festivalının mükafatlandırma mərasimində - FOTO

Göygöldə AĞIR QƏZA - 3 nəfər xəsarət aldı

Göygöldə AĞIR QƏZA - 3 nəfər xəsarət aldı

Prezident: "Bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır”

Prezident: "Bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır”

Hakimi təhqir edən futbolçu 6 oyunluq cəza verildi

Hakimi təhqir edən futbolçu 6 oyunluq cəza verildi

Tacir musiqi məktəbi AÇIR - VİDEO

Tacir musiqi məktəbi AÇIR - VİDEO

Prezidentdən olimpiya çempionuna: “Bizdə ikinci Zema olacaq?” - VİDEO

Prezidentdən olimpiya çempionuna: “Bizdə ikinci Zema olacaq?” - VİDEO

Səhvən başqasının kartına göndərdiyimiz pulu necə ala bilərik? - Hətta faizini də...

Səhvən başqasının kartına göndərdiyimiz pulu necə ala bilərik? - Hətta faizini də...

Prezidentin idmançılarla maraqlı söhbəti - VİDEO

Prezidentin idmançılarla maraqlı söhbəti - VİDEO

Leyla Əliyeva “ANİMAFİLM Studio”nun qonağı olub - FOTO/YENİLƏNİB

Leyla Əliyeva “ANİMAFİLM Studio”nun qonağı olub - FOTO/YENİLƏNİB

Bu futbolçular “Beşiktaş”dan UZAQLAŞDIRILDI

Bu futbolçular “Beşiktaş”dan UZAQLAŞDIRILDI

Tacir Şahmalıoğlu ilə Vüqar Əbdülov arasında QALMAQAL

Tacir Şahmalıoğlu ilə Vüqar Əbdülov arasında QALMAQAL

Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil etdi - FOTO

Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil etdi - FOTO

İsrail bu ölkəni tanıyan ilk BMT-yə üzv dövlət oldu

İsrail bu ölkəni tanıyan ilk BMT-yə üzv dövlət oldu

Leyla Əliyevanın təşəbbüsü ilə Yevlaxda uşaqlar üçün Yeni il tədbiri keçirildi - FOTO

Leyla Əliyevanın təşəbbüsü ilə Yevlaxda uşaqlar üçün Yeni il tədbiri keçirildi - FOTO

Baş məşqçi klubu tərk etməyə HAZIRLAŞIR

Baş məşqçi klubu tərk etməyə HAZIRLAŞIR

Küləkli hava ilə bağlı bölgələrdə SARI XƏBƏRDARLIQ verildi

Küləkli hava ilə bağlı bölgələrdə SARI XƏBƏRDARLIQ verildi

Dekabrın sonuna qədər gözlənilməz qazanc əldə edəcək BÜRCLƏR

Dekabrın sonuna qədər gözlənilməz qazanc əldə edəcək BÜRCLƏR

End of content

No more pages to load

RADİO