Həkimdən bəzək məqsədilə taxılan eynəklərlə bağlı XƏBƏRDARLIQ

Eynək dedikdə insanın ağlına ilk olaraq  daha çox optik və yaxud gün eynəkləri gəlir. Ancaq eynəklərin müxtəlif növləri var. Son vaxtlar bəzək məqsədilə satılan şəffaf şüşəli eynəklərin istifadəsi daha da artıb. Hətta bəzi xarici onlayn alış-veriş platformalarında belə eynəklər 3-4 manata satılır.
 

MÖVZU İLƏ BAĞLI:

Düzgün eynək seçiminin ƏHƏMİYYƏTİ – Oftalmoloq, yoxsa apteklərə müraciət edək?


Maraqlıdır ki, heç bir optik özəlliyi və yaxud  qoruyuculuğu olmayan bu eynəklərin gözə ziyanı var?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən oftalmoloq Kəmalə Mustafazadə aksesuar məqsədilə taxılan bu eynəklər barədə bəzi xəbərdarlıqlar edib, önəmli məqamları açıqlayıb. O, bildirib ki, bu eynəklərin  gözə ziyanı olub-olmaması bəzi faktorlardan asılıdır:

“Şüşə keyfiyyətsiz və optik qüsurlu olarsa, gözləriniz yorula bilər və baş ağrısı kimi problemlərə səbəb ola bilər. Həmişə optik dükanlardan və ya sertifikatlı istehsalçılardan alınmış keyfiyyətli eynəklərə üstünlük vermək lazımdır.

Gündəlik istifadə üçün nəzərdə tutulmuş eynəklər, xüsusilə açıq havada istifadə edilirsə, ultrabənövşəyi (UV) şüalardan qoruma təmin etməlidir. Çünki UV qorumasız eynəklər gözlərə ziyan verə bilər”.

Həkim qeyd edib ki, əgər eynəklərin şüşəsi optik keyfiyyət daşımırsa, yəni adi plastik materialdan hazırlanıbsa, görüntünü təhrif edə bilər.  Bu, gözlərdə yorğunluq yarada bilər.

“Eynəklər üzünüzə rahat oturmalı və gözlərinizin təbii hərəkətinə mane olmamalıdır. Çox dar və ya ağır eynəklər narahatlıq yarada bilər”.

Bəs eynəyin bəzək məqsədilə taxılması düzgündürmü?

“Bəzək məqsədilə şüşə eynək taxmaq düzgündür və bu, şəxsi zövqə bağlıdır. Lakin bunun zərərsiz olması üçün keyfiyyətli şüşə materialından istifadə edilməlidir. Həmçinin, gözlərdə yersiz təzyiq və ya əlavə işıq qırılmalarına səbəb olmamalıdır. Əgər gözləriniz həssasdırsa və ya artıq görmə problemləriniz varsa, uzun müddət belə eynək taxmaq məsləhət deyil”, - deyə oftalmoloq sualımızı cavablayıb.

Kəmalə Mustafayeva sonda fikirlərini yekunlaşdırarkən deyib ki, belə eynəkləri təkcə gözəllik üçün deyil, həm də gözlərinizi zərərli təsirlərdən qorumaq üçün düzgün seçmək önəmlidir.

“Keyfiyyətli və təhlükəsiz məhsul seçimi hər zaman daha sağlamdır”.

Nəzrin Mirzəyeva, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ermənistan malları Avropa buraxılmayacaq – Kəşfiyyat məlumatları üzə çıxdı

Ermənistan malları Avropa buraxılmayacaq – Kəşfiyyat məlumatları üzə çıxdı

Prezident Tacikistana yeni səfir təyin etdi – SƏRƏNCAM

Prezident Tacikistana yeni səfir təyin etdi – SƏRƏNCAM

Fransada bir ay ərzində üç muzey qarət olunub

Fransada bir ay ərzində üç muzey qarət olunub

Əlimirzamin Əskərov Qazaxıstana səfir TƏYİN EDİLDİ

Əlimirzamin Əskərov Qazaxıstana səfir TƏYİN EDİLDİ

Qazaxıstandakı səfirimiz də geri çağırıldı – SƏRƏNCAM

Qazaxıstandakı səfirimiz də geri çağırıldı – SƏRƏNCAM

Kriştiano Ronaldo "Kingsman"ın rejissoru ilə serial çəkir

Kriştiano Ronaldo "Kingsman"ın rejissoru ilə serial çəkir

Goranboyda maşın arakəsməyə çırpıldı - Xəsarət alanlar var - FOTO

Goranboyda maşın arakəsməyə çırpıldı - Xəsarət alanlar var - FOTO

Azərbaycanın Tacikistandakı səfiri geri ÇAĞIRILDI

Azərbaycanın Tacikistandakı səfiri geri ÇAĞIRILDI

Azərbaycanın Hindistandakı səfiri geri çağırıldı, İtaliyaya TƏYİN EDİLDİ

Azərbaycanın Hindistandakı səfiri geri çağırıldı, İtaliyaya TƏYİN EDİLDİ

Azərbaycan daha bir Beynəlxalq Konvensiyaya QOŞULUR

Azərbaycan daha bir Beynəlxalq Konvensiyaya QOŞULUR

Elşad Xosenin Psixiatriya xəstəxanasına yerləşdirilməsi iddiasına Səhiyyə Nazirliyindən CAVAB

Elşad Xosenin Psixiatriya xəstəxanasına yerləşdirilməsi iddiasına Səhiyyə Nazirliyindən CAVAB

Qəbələdə Azərbaycanla Ukrayna arasında imzalanan sənəd TƏSDİQLƏNDİ

Qəbələdə Azərbaycanla Ukrayna arasında imzalanan sənəd TƏSDİQLƏNDİ

Xırdalanda tikinti şirkəti vətəndaşın hasarını UÇURUB -VİDEO

Xırdalanda tikinti şirkəti vətəndaşın hasarını UÇURUB -VİDEO

Çox yüngül uçuş aparatlarının uçuş qaydaları müəyyənləşəcək

Çox yüngül uçuş aparatlarının uçuş qaydaları müəyyənləşəcək

Zidan Fransa millisinin baş məşqçisi təyin edildi

Zidan Fransa millisinin baş məşqçisi təyin edildi

Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi – FOTO

Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi – FOTO

Dünya çempionatı: Elmir Çərkəzov 1/4 finala çıxdı

Dünya çempionatı: Elmir Çərkəzov 1/4 finala çıxdı

İrandan Azərbaycana narkotik qaçaqmalçılığının qarşısı alındı - FOTO

İrandan Azərbaycana narkotik qaçaqmalçılığının qarşısı alındı - FOTO

İrina Şeyk özündən 11 yaş kiçik basketbolçu ilə eşq yaşayır?

İrina Şeyk özündən 11 yaş kiçik basketbolçu ilə eşq yaşayır?

Ekspert: “Shahed” daşıyan İran gəmiləri Ukrayna üçün qanuni hədəfdir

Ekspert: “Shahed” daşıyan İran gəmiləri Ukrayna üçün qanuni hədəfdir

Ukrayna hər ay ABŞ-ın bir ildə planlaşdırdığından daha çox dron istehsal edir

Ukrayna hər ay ABŞ-ın bir ildə planlaşdırdığından daha çox dron istehsal edir

Tom Kruzun qızı atasının soyadından rəsmən imtina etdi - FOTO

Tom Kruzun qızı atasının soyadından rəsmən imtina etdi - FOTO

Fransada "cəhənnəmə aparan yol": Meşə yanğını yüzlərlə villanı məhv etdi – FOTO

Fransada "cəhənnəmə aparan yol": Meşə yanğını yüzlərlə villanı məhv etdi – FOTO

Lüks artıq gündəlik həyatda: 6 min dollarlıq dondurma yeni dəbdəbə simvoluna çevrilir

Lüks artıq gündəlik həyatda: 6 min dollarlıq dondurma yeni dəbdəbə simvoluna çevrilir

End of content

No more pages to load

RADİO