“Animasiya filmləri çəkilmədiyi üçün böyük bir nəsli itirmişik” - “Cizgi filmlərimizin atası” ilə MÜSAHİBƏ

Böyük bir nəsil onun filmləri ilə böyüyüb. Uşaq yaddaşımıza hopan ən yaxşı cizgi filmlərində imzası var. Onların rejissoru da olub, ssenaristi də, rəssamı da, studiya rəhbəri də...  Bütün ömrünü bu məsələyə, balacaları məmnun etməyə adayıb. Bir də baxıb ki, ömür 76-ya çatıb. Amma həvəsi, işləmək arzusu yaşlanmayıb. Çünki ürəyi hələ də də uşaqların yanındadır. Çəkmək, yazmaq üçün fürsət gəzir.

Bizim.Media-nın həmsöhbəti “cizgi filmlərimizin atası” Elçin Hami Axundovdur.

Söhbətə milli cizgi filmlərimizin az çəkilməsi sualı ilə başladıq.

“Mən davakaram, yaxşı adam deyiləm”

- O sualın ünvanı mən deyiləm, Mədəniyyət və Təhsil Nazirliyidir. Mən az qala 20 il bu yöndə irəliləyiş olması üçün mübarizə aparmışam. Poladdan tutmuş Qarayevə qədər hamısına bu haqda iradlarımı demişəm. Neçə dəfə onlarla bu məsələ ilə bağlı "dalaşmışam". Mən davakaram da, yaxşı adam deyiləm (gülür).

Zarafat öz yerində, amma uşaqlarımızı milli ruhda böyütmək, onlara azərbaycançılığı aşılamaq üçün milli cizgi filmlərinə ehtiyac olduğunu həmişə vurğulamışam. Yenə də deyirəm, uşaqların milli ruhda böyümələri, tariximizi, ədəbiyyatımızı, mədəniyyətimizi əxz eləmələri üçün maraqlı animasiya filmləri nümayiş etdirilməlidir. Çünki onlar hər şeyi məhz bu filmlərdən götürürlər.

Əfsuslar olsun ki, biz animasiya filmləri çəkilmədiyi üçün böyük bir nəsli itirmişik. Uşaqların çoxu məcbur qalıb, ingilis, rus, dilində, yaxud türkcəyə tərcümə edilən animasiyalara baxıblar.

Əfsuslar olsun ki, həmin uşaqlar o mədəniyyəti qavrayıblar. Azərbaycançılıq nöqteyi-nəzərindən biz uşaqlarımızı tamamilə itirmişik. Mən o zamankı nazirlərdən məhz buna görə narazılıq edirdim. Giley-güzarımı deyirdim ki, kurslar açıb cavan rəssamlar cəlb edək, onları animator kimi yetişdirək. Bu yolla biz folklorumuzu, nağıllarımızı, mədəniyətimizi asanlıqla onlara öyrədə bilərik. Amma əfsuslar olsun ki, bu, onlara maraqlı deyildi. Animasiyaya önəm vermirdilər. Ona “əşşi multfilmdir də, o nədir ki, ona pul da ayıraq” kimi yanaşırdılar, qlobal düşünmürdülər.

Amma yeni nazir bu sahəni “tərpətməyə”, canlandırmağa başlayıb. Görürəm, bu sahəyə önəm verir, bilir ki, animasiya bizim uşaqlarımıza lazımdır. Bu il həmin dediyim o kurslar nəhayət ki, açıldı. Studiya yarandı və orada davamlı milli animasiya filmləri çəkiləcək. Artıq bir neçə filmimiz çəkilib. Onlardan biri 44 günlük müharibəyə həsr olunan “Narqız” filmidir. Onun təqdimatını da keçirdik. Ümid edirəm o kursları bitirən uşaqlarla məşğul olacağıq və ortaya daha yaxşı işlər çıxacaq.

Mən tərəfdarıyam ki, balaca-balaca studiyalar yox, əməlli-başlı böyük studiya olsun ki, tammetraflı saat yarımlıq filmlər çəkək. Tarixi mövzulardan tutmuş foklorumuza, nağıllarımıza qədər hamısını çəkmək lazımdır. Azərbaycan mədəniyyəti, musiqisi, incəsənəti hamısı bu filmlərdə əks olunsun. Animasiyanın diapazonu sonsuzluğa qədərdir.

Ssenarilər tanışlıqla gəlirdi

- Kinoda ssenarist qıtlığından şikayət edirlər. Bəs, animasiya sahəsində vəziyyət necədir?

- Məncə, bu sahədə peşəkarlar, bacarıqlı kadrlar var. Məsələn, Gülşən Tofiqqızı adlı müəllifimiz var. Mən ona tapıntı deyirəm. Studiyanın direktoru olanda onun ssenarisinə 2-3 film çəkmişdik. Əsas odur, mövzular milli olsun. Yadımdadır, o vaxt Sovet dövründə ssenarilər tapşırıqla gəlirdi. Sınaq qutusunda 6-7 “əsər” olurdu. Hamısı tanışlıqla göndərilən və qeyri-peşəkar. Mən də məcbur olurdum onların üstündə işləyib ssenari halına gətirim. Bu məsələdə tək ssenaristdən deyil, rejissordan da çox şey asılıdır. Cizgi filmlərində gərək rejissor keçmiş animatorlardan olsun.

İndi İncəsənət Universitetində bir fakültə var. Çox naşı və yöndəmsiz bir fakültədir - Animasiya filmlərinin rejissoru fakültəsi. Deyirəm bəs, beş dəfə rejissor buraxacaqsan. Bunların animatorları hanı? Animator aktyor deməkdir, şəkil çəkən aktyor. Animator yoxdur, amma 5 nəfər rejissor var. Bəs elədirsə, animasiyanı kimlə çəkəcəklər?!

Cavan uşaqlar indi “3B Maya” kimi proqramlarla nəsə çəkirlər. Deyirlər, animatoram. Onlara deyirəm, sən animator deyilsən, hərəkətə gətirənsən. Animasiya həyəcan, dramaturgiya deməkdir. Sən həyəcan yaratmırsan, sadəcə, hərəkətə gətirirsən. Bura girdi, ordan çıxdı, gözünü qırpdı. Bu, animasiya deyil. Animasiyada həyəcan, dramaturgiya olmalıdır. Disney filmlərinə baxın, orda bir balaca fincan, şamdan nələr törədir. Adi hərəkətlərsə izləyicidə həyəcan yaratmır. Nə isə... Belə mövzularda illərlə danışmışam, faydası olmayıb. Amma təzə nazirin bu işə diqqət ayırmasından çox ümidlənmişəm.

Təhsil Nazirliyi təklif versin!

- Elm və Təhsil Nazirliyinin də adını çəkdiniz. Onlara iradınız nədir?

- Neçə illər idi Təhsil Nazirliyinə müraciət edirdim ki, siz də mövzu verin. Bəlkə hansısa tədris planında olan mövzunuz var ki, onu bu gün cizgi filminə, animasiyaya gətirmək balalarımız üçün gərəklidir. Bizim animasiya studiyasını dəstəkləmək üçün elə filmlər də çəkərdik. Hansısa tarixi mövzuda, lap elə misal üçün əlifba mövzusunda çəkərdik. Bunları cizgi filmimizə gətirsək, uşaqlarımızın da dili zənginləşər.

İndi uşaqların çoxu dilimizi yaxşı bilmir. Ali məktəblərə qəbulda Azərbaycan dili fənnindən aşağı qiymət alırlar. Niyə? Çünki dilimizi yaxşı bilmirlər. Türk, rus ifadələri ilə danışırlar. Səbəbi də dilimizin yaxşı aşılanmamasıdır. Bunun üçün də animasiya filmləri mütləq olmalıdır.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

Bu şəxslərin maaşı ARTDI

Bu şəxslərin maaşı ARTDI

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

“Şamaxı” evdə uduzdu – VİDEO

“Şamaxı” evdə uduzdu – VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – SİYAHI

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – SİYAHI

İlham Əliyev: “Əzəli yurd yerlərimizi gözəlliklər məskəninə çevirəcəyik”

İlham Əliyev: “Əzəli yurd yerlərimizi gözəlliklər məskəninə çevirəcəyik”

Kreditlərin verilməsi ilə bağlı yenilik - VİDEO

Kreditlərin verilməsi ilə bağlı yenilik - VİDEO

Xocavəndə qayıdan azyaşlı Prezidentin avtomobilində sükan arxasında - FOTO/VİDEO

Xocavəndə qayıdan azyaşlı Prezidentin avtomobilində sükan arxasında - FOTO/VİDEO

İlin ilk ayında 8 minə yaxın körpə doğulub – RƏSMİ

İlin ilk ayında 8 minə yaxın körpə doğulub – RƏSMİ

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri SEÇİLDİ – FOTO

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri SEÇİLDİ – FOTO

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Bu il Azərbaycan əhalisi nə qədər gəlir əldə edib?

Bu il Azərbaycan əhalisi nə qədər gəlir əldə edib?

End of content

No more pages to load

RADİO