ABŞ-da qızıl medal qazanan məktəbli: Elmi çox sevirəm, lakin hüquqşünas olmaq istəyirəm MÜSAHİBƏ -FOTO/VİDEO

Azərbaycanı ABŞ-ın Texas ştatının Hyuston şəhərində keçirilən Beynəlxalq Kopernik Olimpiadasında təmsil edən Mətanət Mustafayeva təbiət elmləri fənni üzrə qızıl medal qazanıb.

Bizim.Media xəbər verir ki, AZƏRTAC-ın əməkdaşı Mətanət Mustafayeva ilə həmsöhbət olub.

Müsahibimizin 13 yaşı var, Azərbaycan Britaniya məktəbində 8-ci sinifdə təhsil alır. Deyir ki, hələ üçüncü sinifdə oxuyarkən müəllimi onda təbiət elmlərinə maraq yaradıb.



Mətanət Mustafayeva təbiət elmləri fənnini yaxşı bildiyi üçün anasının olimpiada haqqında elanı göstərməsi ilə özünü sınamaq qərarına gəlib. Özü sərbəst şəkildə hazırlaşıb, məktəb biliyi ilə imtahan verib:

“Bəzi mövzuları məktəbdə öyrənmədiyimiz üçün internetdə araşdırdım. Daha çox astronomiya və fizika fənni üzrə hazırlaşdım. Əvvəlcə Azərbaycanda, daha sonra Amerikada keçirilən olimpiadada qızıl medal qazandım. Fəxr edirəm ki, Azərbaycan Bayrağını başqa ölkələrdə qaldıra bildim”.



Müsahibimiz ongünlük yarışma müddətində NASA-ya getmək şansını da əldə edib: “Amerikada universitet və məktəblərə, muzeylərə apardılar, professorlar və astronomlarla tanış olduq. Ən çox sevdiyim NASA-ya getməyimiz oldu. Orada astronomlara suallarımı vermişdim və onlar da sualımı bəyənmişdilər”.



Həmsöhbətimiz daha əvvəl FISO Olimpiadasında da ingilis dili və elm fənləri üzrə iştirak edib. Ölkə üzrə hər iki fəndən qızıl, dünya üzrə ingilis dilindən gümüş, elm fənnindən qızıl medal qazanıb.

Albert Eynşteyni özünə kumir kimi seçən müsahibimiz hazırda elmə maraq göstərsə də, gələcəkdə bu sahə üzrə işləməyi planlaşdırmır: “Elmi çox sevirəm, lakin gələcəkdə hüquqşünas olmaq istəyirəm. Oksford Universitetinə qəbul olmaq üçün hazırlaşıram. Fikrimcə, olimpiadalarda qalib olmaq bu yolda mənə kömək edəcək”.



Mətanət Mustafayeva təhsil həyatı ilə yanaşı, hobbilərinə də vaxt ayırmağa çalışır: “Boş vaxtım az olur. Amma buna baxmayaraq, pianoda ifa edirəm, şahmat oynayıram, boyalarla rəsm çəkirəm, eyni zamanda, qrafik rəsmlər çəkirəm. Bunlarla yanaşı, dil biliklərimi təkmilləşdirirəm.

Hazırda fransız və alman dillərini öyrənirəm”.

Mətanət onun kimi uğurlu olmaq istəyən yaşıdlarına daima dərslərinə diqqətlə yanaşmağı, çox çalışmağı tövsiyə edib. Deyir ki, vaxtla işləməyi öyrənsələr, yaxşı nəticələr qazana bilərlər.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

Bu şəxslərin maaşı ARTDI

Bu şəxslərin maaşı ARTDI

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

“Şamaxı” evdə uduzdu – VİDEO

“Şamaxı” evdə uduzdu – VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – SİYAHI

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – SİYAHI

İlham Əliyev: “Əzəli yurd yerlərimizi gözəlliklər məskəninə çevirəcəyik”

İlham Əliyev: “Əzəli yurd yerlərimizi gözəlliklər məskəninə çevirəcəyik”

Kreditlərin verilməsi ilə bağlı yenilik - VİDEO

Kreditlərin verilməsi ilə bağlı yenilik - VİDEO

Xocavəndə qayıdan azyaşlı Prezidentin avtomobilində sükan arxasında - FOTO/VİDEO

Xocavəndə qayıdan azyaşlı Prezidentin avtomobilində sükan arxasında - FOTO/VİDEO

İlin ilk ayında 8 minə yaxın körpə doğulub – RƏSMİ

İlin ilk ayında 8 minə yaxın körpə doğulub – RƏSMİ

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri SEÇİLDİ – FOTO

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri SEÇİLDİ – FOTO

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Bu il Azərbaycan əhalisi nə qədər gəlir əldə edib?

Bu il Azərbaycan əhalisi nə qədər gəlir əldə edib?

End of content

No more pages to load

RADİO