Bu gün Bizim.Media xəbər portalının əməkdaşları koronavirus əleyhinə peyvənd olunublar.
Vaksinasiya prosesi Azərbaycan Mətbuat Şurasının inzibati binasında aparlıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov sayt əməkdaşlarının vaksinasiya prosesinə cəlb edilmələri təşəbbüsünü yüksək qiymətləndirib və onlara sağlamlıq arzulayıb. Həmçinin Bizim.Media-nın fəaliyyətinə uğurlar diləyib.
Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) ilə əldə etdiyi razılığa əsasən, kütləvi informasiya vasitələrinin əməkdaşlarının vaksinasiya prosesi həyata keçirilir. Vaksinasiya prosesi Azərbaycan Mətbuat Şurasının inzibati binasında aparılır.
Bizim.Media


