“Bakı Metrosunda gediş haqqının müəyyən edilməsi Tarif (Qiymət) Şurasının səlahiyyətindədir.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O, son vaxtlar metroda geniş haqqının artacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib:
“Bu məlumatlar şaiyədir. Ümumiyyətlə "Bakı Metropoliteni"nin qiymətlərin tənzimlənməsində rolu olmur. Biz sadəcə Tarif Şurasına müraciət edə bilərik, amma hələlik belə bir müraciət yoxdur. Bu gündən sərnişindaşıma prosesinə qoşulmuşuq, nələrin baş verəcəyini isə gələcəkdə görəcəyik ”, - deyə o vurğulayib.
Bizim.Media