DİM növbəti imtahanın tarixini açıqladı

Dövlət İmtahan Mərkəzi tərəfindən 2-3 iyun 2021-ci il tarixlərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

DİM-dən Bizim.Media-ya verilən xəbərə görə, imtahanlar respublikanın 28 şəhər və rayonunda təşkil olunacaq

İmtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır.

Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 185 imtahan binası, 3051 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 185 ümumi imtahan rəhbəri, 503 imtahan rəhbəri, 3702 nəzarətçi-müəllim, 370 buraxılışı rejimi əməkdaşı (mühafizə), 185 bina nümayəndəsi ayrılıb. İyunun 2-də keçiriləcək imtahanda 18609, iyunun 3-də keçiriləcək imtahanlarda isə 20438 nəfər olmaqla, ümumilikdə 39047 şagirdin iştirakı nəzərdə tutulur.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir.

Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

Bundan əlavə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər - hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.

İmtahana 1 gün qalmış təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədin üz tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını aşağı salaraq üzünü göstərməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Siyavuş Novruzovdan SƏRT TƏNQİD: “Onlar barədə ölçü götürülməlidir ki, yollarını azmasınlar”

Siyavuş Novruzovdan SƏRT TƏNQİD: “Onlar barədə ölçü götürülməlidir ki, yollarını azmasınlar”

Putindən Zaxarovaya hədiyyə - FOTO

Putindən Zaxarovaya hədiyyə - FOTO

Pekinə uçan təyyarə Qazaxıstanda TƏCİLİ eniş etdi – SƏBƏB

Pekinə uçan təyyarə Qazaxıstanda TƏCİLİ eniş etdi – SƏBƏB

Aydan 1 ildən sonra işinə qayıtdı – VİDEO

Aydan 1 ildən sonra işinə qayıtdı – VİDEO

Taksilərin avtobus zolaqlarından istifadəsinə icazə verilə bilər – YENİ TƏKLİF

Taksilərin avtobus zolaqlarından istifadəsinə icazə verilə bilər – YENİ TƏKLİF

Uşaqların virtual asılılığının artması parlamentin GÜNDƏMİNDƏ

Uşaqların virtual asılılığının artması parlamentin GÜNDƏMİNDƏ

Azərbaycanlı futbolçu “Spartak”a KEÇİR

Azərbaycanlı futbolçu “Spartak”a KEÇİR

Ağsuda mal-qara oğruları SAXLANILDI – FOTO

Ağsuda mal-qara oğruları SAXLANILDI – FOTO

Şimal-Qərb bölgəsində ilk qar – FOTO

Şimal-Qərb bölgəsində ilk qar – FOTO

Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ

Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ

Yollar qardan təmizlənir, duz-qum səpən maşınlar işə salındı – VİDEO

Yollar qardan təmizlənir, duz-qum səpən maşınlar işə salındı – VİDEO

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə OLUNUR?

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə OLUNUR?

Tarixə gömdüyümüzü düşünürdük, yenidən dirildi – Cüzam epidemiyası geri qayıdır?

Tarixə gömdüyümüzü düşünürdük, yenidən dirildi – Cüzam epidemiyası geri qayıdır?

Ərdoğan COP31-ə prezident TƏYİN ETDİ – FOTO

Ərdoğan COP31-ə prezident TƏYİN ETDİ – FOTO

Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub

Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub

DYP-dən həftəsonu səfərə çıxanlara ÇAĞIRIŞ - VİDEO

DYP-dən həftəsonu səfərə çıxanlara ÇAĞIRIŞ - VİDEO

Tovuzdakı qəzada ağır xəsarət alan şəxsin kimliyi BİLİNDİ - VİDEO

Tovuzdakı qəzada ağır xəsarət alan şəxsin kimliyi BİLİNDİ - VİDEO

Fransalı futbolçu “Qəbələ”dən GEDİR

Fransalı futbolçu “Qəbələ”dən GEDİR

Podolyak: “Ukrayna ordusunu Avropa maliyyələşdirməlidir”

Podolyak: “Ukrayna ordusunu Avropa maliyyələşdirməlidir”

Faciəli şəkildə ölən kombaynçının FOTOSU

Faciəli şəkildə ölən kombaynçının FOTOSU

Prezidentdən TARİXİ MESAJLAR – Azərbaycan böyük güclərin Qarabağ planını necə İFLASA UĞRATDI?

Prezidentdən TARİXİ MESAJLAR – Azərbaycan böyük güclərin Qarabağ planını necə İFLASA UĞRATDI?

Çayı belə içəndə mədə xərçəngi yaradır

Çayı belə içəndə mədə xərçəngi yaradır

Gədəbəyə mövsümün ilk qarı yağdı – VİDEO

Gədəbəyə mövsümün ilk qarı yağdı – VİDEO

Özünü vəzifəli şəxsin qohumu kimi təqdim edərək DƏLƏDUZLUQ ETDİ – FOTO

Özünü vəzifəli şəxsin qohumu kimi təqdim edərək DƏLƏDUZLUQ ETDİ – FOTO

End of content

No more pages to load

RADİO