Xırdalan şəhərinin Qalubiyyə küçəsində qətl hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.
Məlumata görə, hadisə Xırdalan bazarı ərazisində baş verib. Ölən şəxs boğazı kəsilərək qətlə yetirilib. Onun üzərindən heç bir sənəd çıxmasa da, tanıyanlar adının Sərdar olduğunu bildiriblər.
Həmin şəxsin bazarda satıcı işlədiyi məlum olub.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Bizim.Media