Sabirabadda bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, kənd sakini, 1974-cü il təvəllüdlü Əliyev İlqar Ağakişi oğlu və onun həyat yoldaşı, 1980-ci il təvəllüdlü Əliyeva Ziyafət Səməd qızı kürəkənləri tərəfindən bıçaqlanıb.
Yaralılar çoxsaylı bıçaq yaraları ilə Şirvan xəstəxanasına yerləşdirilib. Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (APA)
Bizim.Media