“Ermənilərin gecə 3-də Yuxarı Ayrımda nə işləri vardı?” - Əli Əsədovdan Qriqoryana CAVAB

Mayın 28-də Minskdə Müstəqil Dövlət Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov iclasda iştirak edib. 

Ə.Əsədov Şura üzvlərinin diqqətini Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi ilə əlaqədar Cənubi Qafqazda yaranmış yeni geoiqtisadi reallığa cəlb edib. Qeyd olunub ki, nəqliyyat yollarının açılması və kommunikasiya arteriyaları şəbəkəsinin yaradılması Cənubi Qafqazın nəqliyyat və iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıracaq, həm regionda, həm də bütün Birlik məkanında inkişaf üçün böyük perspektivlər yaradacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Əli Əsədov Belarusun Baş naziri ilə görüşdü


Azərbaycanın Baş nazirindən sonra Ermənistanın baş naziri müavinin səlahiyyətlərini icra edən Mqer Qriqoryan çıxış edib. O, Azərbaycan Respublikasına əsassız hücumlar edib, ölkəmizi guya Ermənistanın ərazi bütövlüyünü və suverenliyini pozmaqda, hərbi əsirləri saxlamaqda və mayın 27-də altı nəfər erməni hərbi qulluqçusunu əsir götürməkdə ittiham edib. 

Baş nazir Əli Əsədov MDB Hökumət Başçıları Şurasının sədrinə müraciət edərək erməni tərəfin yalan və böhtanla dolu ittihamlarına cavab verib. Əli Əsədov hələ 2020-ci il noyabrın 6-da MDB Hökumət Başçıları Şurasının videokonfrans formatında keçirilmiş iclasındakı çıxışında Azərbaycanın heç vaxt başqasının bircə qarış belə torpağına iddia etmədiyini bildirməsini xatırladıb. Azərbaycanın Baş naziri deyib:

“Bu gün həmin tezisi bir daha təsdiq edə bilərəm. Biz Ermənistan Respublikasının bircə qarış belə torpağına iddia etmirik, lakin özümüzün də bircə qarış belə torpağımızı heç kəsə verməyəcəyik. Bu, bizim prinsipial mövqeyimizdir”.

Qeyd edilib ki, Azərbaycan 2020-ci il noyabrın 20-də, yəni Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9/10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatına əsasən hərbi əməliyyatlar dayandırılandan sonra əllərində silah olduğu halda Azərbaycan ərazisinə keçmiş və dörd nəfəri, o cümlədən üç dinc sakini qətlə yetirmiş erməni hərbçilərini hərbi əsir hesab etmir. 

Baş nazir mayın 27-də baş vermiş insidentə toxunaraq bildirib ki, Ermənistandan olan bir qrup silahlı şəxs Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində dövlət sərhədini keçməyə cəhd göstərib, nəticədə altı nəfər erməni hərbçisi tərksilah edilib və əsir götürülüb.

Ə.Əsədov MDB Hökumət Başçıları Şurasının üzvlərinə müraciətlə deyib:
 

“Hörmətli həmkarlar, mənim Ermənistanın baş naziri səlahiyyətlərini icra edən şəxsə və Sizə sualım var: Ermənistan hərbçilərinin mayın 27-də gecə saat 3-də Azərbaycan Respublikası Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndində nə işləri vardı? Onlar bizim ərazini niyə minalayırdılar?”.


Azərbaycanın Baş naziri xüsusi vurğulayıb ki, Azərbaycan tərəfi insident baş verən ərazi barədə bütün məlumatlara, o cümlədən həmin yerin coğrafi koordinatlarına (en və uzunluq dairələri, saniyə dəqiqliyi ilə) malikdir.

Ə.Əsədov iclas iştirakçılarının diqqətini Ermənistanın baş naziri səlahiyyətlərini icra edən şəxsin və bu ölkənin baş qərargah rəisinin müavininin insident barədə bəyanatlarındakı ciddi uyğunsuzluqlara cəlb edib.

Qeyd edilib ki, Ermənistan bu məsələni hər vasitə ilə beynəlmiləlləşdirməyə cəhd edir və həmişəki kimi, başqa ölkələri bu məsələyə cəlb etməyə çalışır.

Qeyd olunub ki, Azərbaycan müstəqillik əldə edəndən sonra həmhüdud dövlətlərlə, o cümlədən Rusiya, İran və Gürcüstanla sərhədlərinin beynəlxalq hüquq normalarına uyğun şəkildə delimitasiya və demarkasiyasını həyata keçirib.

Baş nazir deyib: “Ermənistan ilə sərhədin delimitasiya və demarkasiyasını həyata keçirmək isə mümkün deyildi, çünki Azərbaycan Respublikasının ərazisinin bir hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdi”.
 

Bildirilib ki, indi, hərbi əməliyyatlar başa çatandan sonra Azərbaycan öz sərhəd infrastrukturunu müəyyən etməyə başlayıb və Ermənistan ilə sərhəd xətləri məsələsini konstruktiv şəkildə həll etməyə tam hazırdır.


Ə.Əsədov deyib ki, bununla əlaqədar Azərbaycan Rusiya tərəfinin Azərbaycan ilə Ermənistan arasında sərhədin delimitasiya və demarkasiyası üzrə müvafiq üçtərəfli komissiya yaradılması təklifini dəstəkləyib.

Qeyd edilib ki, sərhəd xətlərinin müəyyən edilməsi texniki prosesdir və bu prosesin ciddi beynəlxalq hüquqi əsası olmalıdır.

Baş nazir bildirib ki, Azərbaycan regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinə, o cümlədən münaqişədən sonrakı vəziyyətin normallaşdırılması prosesinə və bütün fikir ayrılıqlarının 2020-ci il 9/10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların müddəalarının vicdanla yerinə yetirilməsi kontekstində diplomatik vasitələrlə həll edilməsinə tərəfdardır. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Real" sabiq futbolçusunu GERİ QAYTARIR

"Real" sabiq futbolçusunu GERİ QAYTARIR

İt sahibi olmaq sağlamlığa FAYDALIDIR

İt sahibi olmaq sağlamlığa FAYDALIDIR

Əməkdar artist arxiv görüntüsünü PAYLAŞDI: “O günü yaxşı xatırlayıram…” - FOTO

Əməkdar artist arxiv görüntüsünü PAYLAŞDI: “O günü yaxşı xatırlayıram…” - FOTO

İngiltərə klubunun sabiq futbolçusu VƏFAT ETDİ

İngiltərə klubunun sabiq futbolçusu VƏFAT ETDİ

“Ukraynanın prezident seçkisi keçirmək üçün maliyyəsi yoxdur” - Podolyak

“Ukraynanın prezident seçkisi keçirmək üçün maliyyəsi yoxdur” - Podolyak

Sumqayıtda “Chevrolet” yanaraq kül oldu - VİDEO

Sumqayıtda “Chevrolet” yanaraq kül oldu - VİDEO

İkardi “Qalatasaray”dan gedir?

İkardi “Qalatasaray”dan gedir?

"Ulduz" metrosunun yaxınlığında yol təmiri nə vaxt yekunlaşacaq? - VİDEO

"Ulduz" metrosunun yaxınlığında yol təmiri nə vaxt yekunlaşacaq? - VİDEO

“Ailəmlə bağlı paylaşım etməyi özümə yaraşdırmıram” - VİDEO

“Ailəmlə bağlı paylaşım etməyi özümə yaraşdırmıram” - VİDEO

Moskva və Moskvaətrafı ərazilərdə güclü qar xəbərdalığı edilib - VİDEO

Moskva və Moskvaətrafı ərazilərdə güclü qar xəbərdalığı edilib - VİDEO

Birinci Liqa: “Şəfa”dan növbəti qələbə

Birinci Liqa: “Şəfa”dan növbəti qələbə

Bu süd məhsulu yaşlanmanı ləngidə bilər - ARAŞDIRMA

Bu süd məhsulu yaşlanmanı ləngidə bilər - ARAŞDIRMA

İsrail ordusu Misirlə sərhəddə PUA-lar ələ keçirdi

İsrail ordusu Misirlə sərhəddə PUA-lar ələ keçirdi

Balakəndə orta məktəb binasında yanğın olub

Balakəndə orta məktəb binasında yanğın olub

“Karvan” bu legionerlə yollarını ayırdı

“Karvan” bu legionerlə yollarını ayırdı

Ukrayna ordusu Dnepropetrovskda 5 kəndə nəzərəti bərpa edib

Ukrayna ordusu Dnepropetrovskda 5 kəndə nəzərəti bərpa edib

Ev almaq üçün rieltora 20 min manat verən vətəndaş aldadıldı - İDDİA/VİDEO

Ev almaq üçün rieltora 20 min manat verən vətəndaş aldadıldı - İDDİA/VİDEO

“Turan Tovuz” da Türkiyəyə GEDİR

“Turan Tovuz” da Türkiyəyə GEDİR

Alimlər xərçəngə qarşı pəhriz HAZIRLADILAR

Alimlər xərçəngə qarşı pəhriz HAZIRLADILAR

Leyla Quliyeva: “Özümü qəhrəman kimi hiss edirdim…” - VİDEO

Leyla Quliyeva: “Özümü qəhrəman kimi hiss edirdim…” - VİDEO

Yaponiyada güclü zəlzələ oldu

Yaponiyada güclü zəlzələ oldu

Avropada ən çox driblinqi kim edib?

Avropada ən çox driblinqi kim edib?

Gürcüstanın sabiq müdafiə naziri SAXLANILDI

Gürcüstanın sabiq müdafiə naziri SAXLANILDI

Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni hakimləri - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni hakimləri - FOTO

End of content

No more pages to load

RADİO