Bakıda intihara cəhd hadisəsi qeydə alınıb.
Bizim.Media xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Bakıxanov qəsəbəsində 1993-cü il təvəllüdlü Səfərov Samir Şakir oğlu iti alətlə qolunu kəsib.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol saidin aşağı üçdə bir hissəsinin kəsiyi diaqnozu qoyulub.
Bizim.Media