"Elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaq" - İlham Əliyev - FOTOLAR

“Bu gün Respublika Gününü biz Ağdamda, Ağdam şəhərində qeyd edirik. Bunun çox böyük rəmzi mənası var”.

Bizim.Media-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində çıxışında deyib.

Dövlət başçısı bildirib ki, Ağdam şəhərinin Baş Planı bu gün təsdiq ediləcək.
 

MÖVZU İLƏ BAĞLI:

Ağdamda 1 saylı məktəbin təməli qoyuldu


“Bu Baş Plan mənə təqdim edilib. Biz bir müddət bu plan üzərində işləyirdik və istərdim ki, Ağdam rayonunun tanınmış şəxsləri Baş Planla tanış olsunlar, öz fikirlərini bildirsinlər və sizin iştirakınızla biz bu gün bu gözəl mərasimi keçirək.

Bu mərasim üçün, bu görüş üçün başqa vaxt da müəyyən oluna bilərdi. Ancaq mən hesab etdim ki, ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, müstəqillik günüdür. Çünki bu gün burada olmağımız bir daha müstəqilliyimizin nə qədər güclü olmasını göstərir.

Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Ağdam şəhərinin bərpasının başlanğıcı bu gün baş verir, Respublika Günündə. Əminəm ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq.
 

Mən Ağdam rayonunda işğal dövründə doqquz dəfə olmuşam. Bildiyiniz kimi, şəhər işğal altında olduğu üçün rayonun mərkəzini biz Quzanlı qəsəbəsində müəyyən etdik. Quzanlı və digər kəndlərdə dəfələrlə olmuşam. Bu ərazi ilə bağlı bir çox tədbirlər keçirilmişdir.


Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində Ağdam rayonunun quruculuqla bağlı inkişaf planları təsdiq edilmişdir. Burada bir çox sosial layihələr icra edildi, bir çox məktəblər, Muğam Mərkəzi, uşaq xəstəxanası, mərkəzi rayon xəstəxanası, Olimpiya Mərkəzi, infrastruktur layihələri icra edilmişdir və deyə bilərəm ki, ölkə üzrə olan göstəricilərdən daha da yüksək göstəricilər burada var.

Qazlaşdırma təxminən 100 faizdir, elektrik enerjisi, su ilə təchizat təmin edilmiş, 150-dən çox artezian quyusu qazılmışdır. Çünki mənfur düşmən bu bölgəni sudan da məhrum etmişdi. Bir sözlə, işğal dövründə Ağdam rayonunun inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır.

Ağdamdan olan məcburi köçkünlərlə dəfələrlə görüşlər əsnasında deyirdim ki, torpaqlarımız, Ağdam şəhəri və bütün rayon azad olunandan sonra daha da gözəl şərait yaradılacaq.

Bu gün sizə təqdim ediləcək Ağdam şəhərinin Baş Planı bu sözümün təsdiqidir. Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır”, - deyə dövlət başçısı vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Turan Tovuz” da Türkiyəyə GEDİR

“Turan Tovuz” da Türkiyəyə GEDİR

Alimlər xərçəngə qarşı pəhriz HAZIRLADILAR

Alimlər xərçəngə qarşı pəhriz HAZIRLADILAR

Leyla Quliyeva: “Özümü qəhrəman kimi hiss edirdim…” - VİDEO

Leyla Quliyeva: “Özümü qəhrəman kimi hiss edirdim…” - VİDEO

Yaponiyada güclü zəlzələ oldu

Yaponiyada güclü zəlzələ oldu

Avropada ən çox driblinqi kim edib?

Avropada ən çox driblinqi kim edib?

Gürcüstanın sabiq müdafiə naziri SAXLANILDI

Gürcüstanın sabiq müdafiə naziri SAXLANILDI

Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni hakimləri - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni hakimləri - FOTO

Rəsmi Moskva vətəndaşlarını bu ölkəyə səfər etməməyə ÇAĞIRDI

Rəsmi Moskva vətəndaşlarını bu ölkəyə səfər etməməyə ÇAĞIRDI

Maradonanın cırılmış forması rekord məbləğə satıldı - FOTO

Maradonanın cırılmış forması rekord məbləğə satıldı - FOTO

Xankəndi Məhkəməsinin yeganə qadın hakimi odur

Xankəndi Məhkəməsinin yeganə qadın hakimi odur

Qaxa qar yağdı, yollar buz bağladı - VİDEO

Qaxa qar yağdı, yollar buz bağladı - VİDEO

“Araz Naxçıvan” Qara Qarayevlə yollarını AYIRDI – FOTO

“Araz Naxçıvan” Qara Qarayevlə yollarını AYIRDI – FOTO

Arayikgilin məhkəməsi son söz çıxışları ilə davam etdirilib - FOTO

Arayikgilin məhkəməsi son söz çıxışları ilə davam etdirilib - FOTO

Dövlət sifarişi ilə istehsal ediləcək 10 film müsabiqənin növbəti mərhələsinə keçdi - SİYAHI

Dövlət sifarişi ilə istehsal ediləcək 10 film müsabiqənin növbəti mərhələsinə keçdi - SİYAHI

Zelenski ABŞ rəsmiləri ilə sülh istiqamətində mümkün addımları müzakirə edib

Zelenski ABŞ rəsmiləri ilə sülh istiqamətində mümkün addımları müzakirə edib

"Fənərbağça" Şimanski ilə SAĞOLLAŞIR?

"Fənərbağça" Şimanski ilə SAĞOLLAŞIR?

“Övladlarım geyimlərimi bəyənmir”

“Övladlarım geyimlərimi bəyənmir”

“Araz Naxçıvan” qış hazırlığını harada keçirəcək? – Klubdan AÇIQLAMA

“Araz Naxçıvan” qış hazırlığını harada keçirəcək? – Klubdan AÇIQLAMA

AZAL təyyarəsinin qəzası ilə bağlı aralıq hesabat AÇIQLANDI

AZAL təyyarəsinin qəzası ilə bağlı aralıq hesabat AÇIQLANDI

Sertifikasiyaya hazırlaşan müəllimlərin NƏZƏRİNƏ

Sertifikasiyaya hazırlaşan müəllimlərin NƏZƏRİNƏ

DTX-nın saxladığı Saleh Səmədovun həbs müddəti UZADILDI

DTX-nın saxladığı Saleh Səmədovun həbs müddəti UZADILDI

Voleybolçumuz Yunanıstan kuperkubokunun QALİBİ OLDU

Voleybolçumuz Yunanıstan kuperkubokunun QALİBİ OLDU

Film kimi HADİSƏ: Oğurladıqları bankomatı qaçarkən itirdilər - VİDEO

Film kimi HADİSƏ: Oğurladıqları bankomatı qaçarkən itirdilər - VİDEO

Daxili qoşunların komandanını Prezident vəzifəyə TƏYİN EDƏCƏK

Daxili qoşunların komandanını Prezident vəzifəyə TƏYİN EDƏCƏK

End of content

No more pages to load

RADİO