Dünən Beynəlxalq Muzeylər günü münasibətiylə Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin rəhbəri Jalə Cəfərova Salyanda Tarix və diyarşünaslıq muzeyinin qonağı olub.
İkimərtəbəli muzeydə Fyuzat qəzetinin orjinal nüsxəsi saxlanılır.
Muzeylər günü münasibətiylə Uşaq yaradıcılıq mərkəzindən ziyarətə gələn uşaqlar arasında maraqlı sual-cavab heç kəsi biganə qoymadı. Çoxsaylı suallar içərisində bir azyaşlı məktəblinin dayısının şəhid Elçin İmanov olması məlumatı hamını kövrəltdi.xa0
Ziyarətdə həmçinin Ümid partiyasının İctimaiyyətlə əlaqələr üzrə və Xaricdə yaşayan soydaşlarımızla iş üzrə müavini Rüfət Muradlı da iştirak etdi.xa0
Sonda Jalə xanım uşaqlara müraciət edərək, "Baxın, əziz balalar, illərdir bizim Qarabağımızdakı saysız-hesabsız tarixi abidələrimiz, ev muzeylərimiz erməni vandalları tərəfindən darmadağın edilib. Bununla onlar bizim milli kimliyimizi məhv etmək istəyirlər. İnaniram ki, sizlər, məhz sizlər torpaqlarımız işğaldan azad olduqdan sonra, o dağıdılmış, viran qalmış abidələrimizi, muzeylərimizi bərpa edib yenidən həyata qaytaracaqsız. Qoy müəllimləriniz daim bu işdə təbliğatlarını əsirgəməsinlər."
Daha sonra, xatirə kitabına ürək sözləri yazıldı.


