"Azercell" Vətən uğrunda gedən döyüşlərdə şəhid olan Röyal Cəfərovun ailəsini himayəyə götürüb.
Bizim.Media xəbər verir ki, bunu Azercell-in Korporativ ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya öz feyzbuk səhifəsində məlumat verib.
Məlumata görə, qurum tərəfindən şəhidimizin həyat yoldaşı Firuzə Cəfərovanın bank hesabına övladlarının 18 yaşı tamam olana qədər hər ay 1000 AZN məbləğində pul köçürüləcək.
Qeyd edək ki, şəhidimizin Vətənə əmanət 3 yaşlı qızı və 3 aylıq oğlu var. Gələcəkdə ailənin digər ehtiyaclarının da diqqətə alınması nəzərdə tutulub.
Bizim.Media