Bu gün 2021-ci ilin ilk Ay tutulması hadisəsi baş verəcək.
Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, Ay tutulması Bakı vaxtı ilə saat 13:44:57-də başlayacaq və və 3 saat 8 dəqiqə davam edəcək. Tutulma hadisəsi Şərqi Asiya, Avstraliya, Amerika, Sakit okeanda müşahidə olunacaq.
Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə təbiət hadisəsi Azərbaycanda görsənməyəcək.
Bu il 2 Ay tutulması hadisəsi olacağı qeyd edilir. İkinci tutulma noyabrın 19-da baş verəcək.
Bizim.Media