2 ildir komada olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev bu gün axşam saatlarında yol-nəqliyyat qəzasına düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov "Facebook" hesabında qeyd edib. Onun sözlərinə görə ağır qəzada Təbriz Gülallyevin burnu sınıb, kəllə-beyin xəsarəti alıb.
Həkimin sözlərinə görə, başın sol tərəfində şişkinlik müşahidə olunur. Diz nahiyəsi zədələnib. Vəziyyəti orta ağırdır.
O da qeyd olunub ki, Təbriz Gülalıyev Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) yardımı ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.
Alçina Amilqızı, Bizim.Media