DSX polkovnikindən sərhəddəki vəziyyətlə bağlı AÇIQLAMA

"Azərbaycan sərhədçiləri tərəfindən Ermənistan ərazisinə atəş açılması barədə məlumat həqiqətə uyğun deyil". 

Bizim.Media xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin nümayəndəsi polkovnik Murad Nağıyev bu gün Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatla bağlı AzərTAc-ın suallarını cavablandırıb. 
 

MÖVZU İLƏ BAĞLI:

DSX: "Azərbaycan sərhədçiləri tərəfindən qarşı tərəfə atəş açılmayıb"


- Ermənistan Müdafiə Nazirliyi tərəfindən Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin guya Kəlbəcər rayonu ərazisindən atəşə tutulması və nəticədə bir hərbi qulluqçunun ölməsi barədə məlumat yayılıb. Bu barədə nə deyə bilərsiniz? 

- Ermənistan ilə dövlət sərhədində xidmət aparan Azərbaycan sərhədçiləri tərəfindən Ermənistan ərazisinə doğru atəş açılması barədə məlumat həqiqətə uyğun deyildir.

Ermənistan tərəfinin bu gün yaydığı informasiya ilə əlaqədar saat 14:40 radələrində Rusiya Federasiyasının nümayəndələri tərəfindən bizimlə əlaqə saxlanılıb və Ermənistanın hər iki tərəfin hərbi qulluqçularının guya havaya atəş açmaları nəticəsində bir hərbi qulluqçunun ayaq nahiyəsindən yaralandığını, bu hadisə ilə bağlı Azərbaycan tərəfinə hər hansı etirazlarının olmadığını bildirmələri barədə məlumat veriblər. Bir qədər sonra yaralanmanın qarın nahiyəsindən olduğunu və hərbi qulluqçunun aldığı yaralardan vəfat etdiyini bildiriblər.

Daha sonra isə hərbi qulluqçunun guya baş nahiyəsindən aldığı yaradan vəfat etməsi barədə bizə məlumat daxil olub.
 

Təbii ki, qeyd edilənlər həmin hadisənin Azərbaycan tərəfdən açılan atəş nəticəsində baş verməsi haqqında Ermənistan tərəfinin Rusiya nümayəndələrinə bildirdiyi məlumatın, eləcə də erməni KİV-lərində bu barədə yazılanların tam cəfəngiyat olmasının və həqiqəti əks etdirməməsinin göstəricisidir. Tam məsuliyyətlə bildirirəm ki, bu gün bölmələrimiz tərəfindən Ermənistan ərazisinə atəş açılmayıb.


- Hazırda Ermənistan ilə dövlət sərhədində mövcud vəziyyət necədir?

- Ermənistan ilə dövlət sərhədində vəziyyət sabitdir və nəzarətimiz altındadır. Bizim tərəfimizdən bütün mübahisəli məsələlərin gərginlik olmadan, operativ tənzimlənməsi üçün tədbirlər görülür.

Gündəlik olaraq tərəfimizdən Rusiya Federasiyası nümayəndələri ilə əlaqə saxlanılır və qarşıya çıxan bütün məsələlərin həllinə gərginliyin aradan qaldırılması məqsədilə konstruktiv yanaşılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

48 yaşlı qadın dərmandan ZƏHƏRLƏNDİ

48 yaşlı qadın dərmandan ZƏHƏRLƏNDİ

ETSN ilə BMT arasında gələcək fəaliyyət istiqamətlərinə dair müzakirələr aparıldı - FOTO

ETSN ilə BMT arasında gələcək fəaliyyət istiqamətlərinə dair müzakirələr aparıldı - FOTO

Ronaldonun komandası qrup mərhələsini darmadağınla BAŞA VURDU

Ronaldonun komandası qrup mərhələsini darmadağınla BAŞA VURDU

Bənövşəyi qidaların sağlamlığa faydaları AÇIQLANDI

Bənövşəyi qidaların sağlamlığa faydaları AÇIQLANDI

Bu futbolçunun “Fənərbağça”ya transferi BAŞ TUTMADI

Bu futbolçunun “Fənərbağça”ya transferi BAŞ TUTMADI

Bakının bəzi yerlərində QAZ OLMAYACAQ

Bakının bəzi yerlərində QAZ OLMAYACAQ

Röya ŞİKAYƏTLƏNDİ: “Şəbnəmin ad günündə o qədər adam səhnəyə çıxdı ki…” - VİDEO

Röya ŞİKAYƏTLƏNDİ: “Şəbnəmin ad günündə o qədər adam səhnəyə çıxdı ki…” - VİDEO

Sosial şəbəkələrdə "az yatır, çox götür" şüari ilə DƏLƏDUZLUQ - VİDEO

Sosial şəbəkələrdə "az yatır, çox götür" şüari ilə DƏLƏDUZLUQ - VİDEO

“Mançester Siti” bu futbolçu üçün danışıqlara başlayacaq

“Mançester Siti” bu futbolçu üçün danışıqlara başlayacaq

Şəhərlərarası və şəhərətrafı marşrutlar üzrə müsabiqələrin qalibləri bilindi

Şəhərlərarası və şəhərətrafı marşrutlar üzrə müsabiqələrin qalibləri bilindi

Əməkdar artist AĞLADI: “Oğlum atasını görməyib…” - VİDEO

Əməkdar artist AĞLADI: “Oğlum atasını görməyib…” - VİDEO

AZAL təyyarəsinin Aktauda qəzaya uğramasından bir il ÖTÜR

AZAL təyyarəsinin Aktauda qəzaya uğramasından bir il ÖTÜR

“Fənərbağça”nın prezidenti SAXLANILDI

“Fənərbağça”nın prezidenti SAXLANILDI

Emin Ağalarov Prezidentin doğum günü ilə bağlı paylaşım etdi - FOTO

Emin Ağalarov Prezidentin doğum günü ilə bağlı paylaşım etdi - FOTO

Magistraturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Magistraturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

22 ildir kollecə rəhbərlik edən direktor vəzifəsindən AZAD EDİLDİ

22 ildir kollecə rəhbərlik edən direktor vəzifəsindən AZAD EDİLDİ

"Təmiz Dünya" sığınacağında uşaqlar üçün bayram şənliyi təşkil olunub - FOTO

"Təmiz Dünya" sığınacağında uşaqlar üçün bayram şənliyi təşkil olunub - FOTO

“Atletiko”nun müdafiəçisi “Osasuna”ya KEÇİR

“Atletiko”nun müdafiəçisi “Osasuna”ya KEÇİR

Şəkidə 729 abonentin qazı kəsiləcək

Şəkidə 729 abonentin qazı kəsiləcək

Ağadadaş Ağayev səhnədə ƏSƏBİLƏŞDİ - VİDEO

Ağadadaş Ağayev səhnədə ƏSƏBİLƏŞDİ - VİDEO

Prezidentin ailəsi 5 nömrəli internat məktəbini ziyarət etdi - FOTO

Prezidentin ailəsi 5 nömrəli internat məktəbini ziyarət etdi - FOTO

Yağlı pendir və qaymaq demensiya riskini AZALDIR

Yağlı pendir və qaymaq demensiya riskini AZALDIR

“Karvan-Yevlax”ın qış hazırlıq planı müəyyənləşdi

“Karvan-Yevlax”ın qış hazırlıq planı müəyyənləşdi

Prezidentin doğum günündən AİLƏ FOTOSU

Prezidentin doğum günündən AİLƏ FOTOSU

End of content

No more pages to load

RADİO