Dövlətin EVSİZLİK problemi üçün ayırdığı 50 milyon manat – NİYƏ İSTİFADƏSİZ QALIB? 

Evsizlik probleminin təkcə gənc ailələrin problemi olmadığı indiki şəraitdə dövlətin bu problemin həllinə dəstək məqsədilə ayırdığı vəsaitin üçdə birindən də az hissəsi xərclənib. 

Belə ki, 2020-ci ilin dövlət büdcəsindən Azərbaycan İpoteka və Kredit Zəmanət Fonduna 90 mln. manat ayrılıb. Hesablama Palatasının “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata verdiyi rəydə bildirilir ki, həmin məbləğin 70 mln. manatı Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzillərin güzəştli ipoteka kreditləri vasitəsilə satışı üçün ayrılıb.

Ayrılmış 70 mln. manat vəsaitin ilin sonuna 50 mln. manatı isə istifadəsiz saxlanılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Verilən ipoteka kreditlərinin HƏCMİ – 2 milyard manata yaxınlaşır


Bizim.Media evsizlik probleminin aktual olduğu bir vaxtda bu qədər vəsaitin xərclənməməsinin səbəblərini araşdırmağa çalışıb.

Azərbaycan İpoteka və Kredit Zəmanət Fondundan Bizim.Media-ya verilən açıqlamada vəsaitin xərclənməsinin Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olduğu açıqlanıb. MİDA ilə isə əlaqə saxlamaq mümkün olmayıb.

İqtisadçı Rəşad Həsənov isə Bizim.Media-ya açıqlamasında bildirib ki, mövcud şərtlər daxilində dövlət vəsaitləri hesabına verilən ipoteka əlçatmazdır: 

“Çünki limitlidir və tələb çoxdur. Urbanizasiya prosesi, regionlarda iş yerlərinin olmaması, şəhərlərə axın da daşınmaz əmlak bazarında tələb formalaşdırır. Bunun qarşılığında Fond tərəfindən ən yaxşı halda 1000-1500 mənzil təklif edilir”.

MİDA-ya ayrılan vəsaitin xərclənməməsinin səbəblərinə gəlincə, iqtisadçı hesab edir ki, bu durum əsasən iki səbəblə bağlı ola bilər:

“MİDA-nın satışları hazırda Hövsan layihəsində davam edir. Ola bilsin ki, Agentlik tikinti prosesini vaxtında başa çatdırıb, satışları qrafikə uyğun həyata keçirə bilməyib. Digər səbəb isə o ola bilər ki, alqı satqı prosesində iştirak edənlərin əksəriyyəti daha çox nağd yolla mənzillərin alınmasına üstünlük veriblər.

Orda sistem belədir ki, həm nağd, həm ipoteka ilə alqı-satqı imkanları yaradılır, amma nağd alqı-satqı zamanı 10 faiz güzəşt edilir. Ola bilər ki, planlaşma əvvəlki illərdə olan alqı-satqı prosesinə uyğun aparılsın və ehtimal olunan tələb irəli sürülsün və həmin nisbət ayrılsın. Amma sonra həmin tələb yerinə yetirilməsin”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ŞAD XƏBƏR: Pensiyaçılar bu sosial xidmətdən pulsuz yararlanır, əks halda 200 manat ödəyəcəkdilər

ŞAD XƏBƏR: Pensiyaçılar bu sosial xidmətdən pulsuz yararlanır, əks halda 200 manat ödəyəcəkdilər

İlham Əliyev: “İsgəndər M” Şuşaya necə zərbə endirdi? – VİDEO

İlham Əliyev: “İsgəndər M” Şuşaya necə zərbə endirdi? – VİDEO

Milyonları göyə sovurdu, zibilyığan oldu - Fotolar

Milyonları göyə sovurdu, zibilyığan oldu - Fotolar

TƏCİLİ: “JEK”lərlə bağlı QƏRAR VERİLDİ

TƏCİLİ: “JEK”lərlə bağlı QƏRAR VERİLDİ

Prezidentlə xanımını kövrəldən çıxış: “Möhlət arzulamışdım” – VİDEO

Prezidentlə xanımını kövrəldən çıxış: “Möhlət arzulamışdım” – VİDEO

Başörtülü qadın Paris metrosunda TƏHQİR EDİLDİ

Başörtülü qadın Paris metrosunda TƏHQİR EDİLDİ

Prezident: “Balaca Heydərin iki oğlu var” – VİDEO

Prezident: “Balaca Heydərin iki oğlu var” – VİDEO

Daha 4 kəndə NÖVBƏTİ KÖÇ - FOTO

Daha 4 kəndə NÖVBƏTİ KÖÇ - FOTO

İlham Əliyevdən təyyarə faciəsinin ildönümü ilə bağlı PAYLAŞIM – FOTO

İlham Əliyevdən təyyarə faciəsinin ildönümü ilə bağlı PAYLAŞIM – FOTO

BİZİM TƏQVİM:25 dekabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:25 dekabrda baş vermiş tarixi hadisələr

Zidan oğlunu Mərakeşdə tribunadan izlədi

Zidan oğlunu Mərakeşdə tribunadan izlədi

48 yaşlı qadın dərmandan ZƏHƏRLƏNDİ

48 yaşlı qadın dərmandan ZƏHƏRLƏNDİ

ETSN ilə BMT arasında gələcək fəaliyyət istiqamətlərinə dair müzakirələr aparıldı - FOTO

ETSN ilə BMT arasında gələcək fəaliyyət istiqamətlərinə dair müzakirələr aparıldı - FOTO

Ronaldonun komandası qrup mərhələsini darmadağınla BAŞA VURDU

Ronaldonun komandası qrup mərhələsini darmadağınla BAŞA VURDU

Bənövşəyi qidaların sağlamlığa faydaları AÇIQLANDI

Bənövşəyi qidaların sağlamlığa faydaları AÇIQLANDI

Bu futbolçunun “Fənərbağça”ya transferi BAŞ TUTMADI

Bu futbolçunun “Fənərbağça”ya transferi BAŞ TUTMADI

Bakının bəzi yerlərində QAZ OLMAYACAQ

Bakının bəzi yerlərində QAZ OLMAYACAQ

Röya ŞİKAYƏTLƏNDİ: “Şəbnəmin ad günündə o qədər adam səhnəyə çıxdı ki…” - VİDEO

Röya ŞİKAYƏTLƏNDİ: “Şəbnəmin ad günündə o qədər adam səhnəyə çıxdı ki…” - VİDEO

Sosial şəbəkələrdə "az yatır, çox götür" şüari ilə DƏLƏDUZLUQ - VİDEO

Sosial şəbəkələrdə "az yatır, çox götür" şüari ilə DƏLƏDUZLUQ - VİDEO

“Mançester Siti” bu futbolçu üçün danışıqlara başlayacaq

“Mançester Siti” bu futbolçu üçün danışıqlara başlayacaq

Şəhərlərarası və şəhərətrafı marşrutlar üzrə müsabiqələrin qalibləri bilindi

Şəhərlərarası və şəhərətrafı marşrutlar üzrə müsabiqələrin qalibləri bilindi

Əməkdar artist AĞLADI: “Oğlum atasını görməyib…” - VİDEO

Əməkdar artist AĞLADI: “Oğlum atasını görməyib…” - VİDEO

AZAL təyyarəsinin Aktauda qəzaya uğramasından bir il ÖTÜR

AZAL təyyarəsinin Aktauda qəzaya uğramasından bir il ÖTÜR

“Fənərbağça”nın prezidenti SAXLANILDI

“Fənərbağça”nın prezidenti SAXLANILDI

End of content

No more pages to load

RADİO