Diaspor Komitəsindən dünya azərbaycanlılarına MÜRACİƏT

Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarına müraciət edib.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:

"Əziz həmvətənlər,

Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfəri hər birimizə sevinc və qürur hissi ilə yaşatdı. 30 ilə yaxın işğal altında olan tarixi torpaqlarımızın 44 gün ərzində azad edilməsi doğma Vətənimizin qalib və qüdrətli dövlət olduğunu bir daha dünyaya sübut etdi.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da dəfələrlə öz çıxışlarında vurğuladığı kimi, məhz xaricdə yaşayan soydaşlarımızın birliyi, mütəşəkkilliyi sayəsində Azərbaycanın haqq səsi bütün dünyaya çatdırıldı. Ermənistanın işğalçılıq siyasətinin, harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların, beynəlxalq hüquqa hörmətlə yanaşan hər bir kəsin problemi olduğu bəyan edildi.

Vətən müharibəsində şəhidlərimizin canı, qazilərimizin qanı bahasına başa gələn şanlı Qələbə hamımızı sevindirdi, lakin müharibə nəticəsində 2800 nəfərdən çox şəhidimiz, 100-lərlə qazimiz var.

“YAŞAT” xeyriyyə marafonu qələbəni bizə yaşadanları yaşatmaq, şəhid ailələrinin, qazilərimizin problemlərinin həllinə kömək etmək məsuliyyətindən irəli gələn zərurətdir. Mayın 25-dək marafonda 60-a yaxın ölkənin iştirakı dünya azərbaycanlılarının Vətənə sədaqətinin daha bir nümunəsi, diaspor-dövlət birliyinin sübutudur.

Mayın 25-i saat 21-00-da “YAŞAT” xeyriyyə marafonu Azərbaycan Televiziyasında (AzTV) bir neçə saat ərzində yayımlanacaq, həmçinin bu günə qədər olan nəticələrlə bağlı məlumat veriləcək. Marafon mayın 31-nədək davam edəcək və nəticələri ictimaiyyətə açıqlanacaq. Bir daha Sizi marafonu yaxından izləməyə və marafonda fəal iştiraka çağırırıq.

Diasporla İş üzrə Dövlət Komitəsi marafonun əhatə dairəsinin geniş olmasında, kütləviliyində zəhməti olan hər bir soydaşımıza, şəhid və qazi ailələrini hər zaman diqqət mərkəzində saxlayan həmvətənlərimizə təşəkkür edir və minnət­darlığını çatdırır".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bənövşəyi qidaların sağlamlığa faydaları AÇIQLANDI

Bənövşəyi qidaların sağlamlığa faydaları AÇIQLANDI

Bu futbolçunun “Fənərbağça”ya transferi BAŞ TUTMADI

Bu futbolçunun “Fənərbağça”ya transferi BAŞ TUTMADI

Bakının bəzi yerlərində QAZ OLMAYACAQ

Bakının bəzi yerlərində QAZ OLMAYACAQ

Röya ŞİKAYƏTLƏNDİ: “Şəbnəmin ad günündə o qədər adam səhnəyə çıxdı ki…” - VİDEO

Röya ŞİKAYƏTLƏNDİ: “Şəbnəmin ad günündə o qədər adam səhnəyə çıxdı ki…” - VİDEO

Sosial şəbəkələrdə "az yatır, çox götür" şüari ilə DƏLƏDUZLUQ - VİDEO

Sosial şəbəkələrdə "az yatır, çox götür" şüari ilə DƏLƏDUZLUQ - VİDEO

“Mançester Siti” bu futbolçu üçün danışıqlara başlayacaq

“Mançester Siti” bu futbolçu üçün danışıqlara başlayacaq

Şəhərlərarası və şəhərətrafı marşrutlar üzrə müsabiqələrin qalibləri bilindi

Şəhərlərarası və şəhərətrafı marşrutlar üzrə müsabiqələrin qalibləri bilindi

Əməkdar artist AĞLADI: “Oğlum atasını görməyib…” - VİDEO

Əməkdar artist AĞLADI: “Oğlum atasını görməyib…” - VİDEO

AZAL təyyarəsinin Aktauda qəzaya uğramasından bir il ÖTÜR

AZAL təyyarəsinin Aktauda qəzaya uğramasından bir il ÖTÜR

“Fənərbağça”nın prezidenti SAXLANILDI

“Fənərbağça”nın prezidenti SAXLANILDI

Emin Ağalarov Prezidentin doğum günü ilə bağlı paylaşım etdi - FOTO

Emin Ağalarov Prezidentin doğum günü ilə bağlı paylaşım etdi - FOTO

Magistraturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Magistraturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

22 ildir kollecə rəhbərlik edən direktor vəzifəsindən AZAD EDİLDİ

22 ildir kollecə rəhbərlik edən direktor vəzifəsindən AZAD EDİLDİ

"Təmiz Dünya" sığınacağında uşaqlar üçün bayram şənliyi təşkil olunub - FOTO

"Təmiz Dünya" sığınacağında uşaqlar üçün bayram şənliyi təşkil olunub - FOTO

“Atletiko”nun müdafiəçisi “Osasuna”ya KEÇİR

“Atletiko”nun müdafiəçisi “Osasuna”ya KEÇİR

Şəkidə 729 abonentin qazı kəsiləcək

Şəkidə 729 abonentin qazı kəsiləcək

Ağadadaş Ağayev səhnədə ƏSƏBİLƏŞDİ - VİDEO

Ağadadaş Ağayev səhnədə ƏSƏBİLƏŞDİ - VİDEO

Prezidentin ailəsi 5 nömrəli internat məktəbini ziyarət etdi - FOTO

Prezidentin ailəsi 5 nömrəli internat məktəbini ziyarət etdi - FOTO

Yağlı pendir və qaymaq demensiya riskini AZALDIR

Yağlı pendir və qaymaq demensiya riskini AZALDIR

“Karvan-Yevlax”ın qış hazırlıq planı müəyyənləşdi

“Karvan-Yevlax”ın qış hazırlıq planı müəyyənləşdi

Prezidentin doğum günündən AİLƏ FOTOSU

Prezidentin doğum günündən AİLƏ FOTOSU

İlham Əliyev: “Düşmənlərimiz dostlarımızdan bir neçə dəfə çox olub” - VİDEO

İlham Əliyev: “Düşmənlərimiz dostlarımızdan bir neçə dəfə çox olub” - VİDEO

Bakıda bəzi lazer mərkəzlərindən həyəcan təbili çalınır - VİDEO

Bakıda bəzi lazer mərkəzlərindən həyəcan təbili çalınır - VİDEO

Leyla Əliyeva 5 nömrəli xüsusi internat məktəbindən paylaşım etdi - VİDEO

Leyla Əliyeva 5 nömrəli xüsusi internat məktəbindən paylaşım etdi - VİDEO

End of content

No more pages to load

RADİO